11 okt 10:45siyaset

Millət vəkilindən AŞPA üzvlərinə çağırış

Millət vəkilindən  AŞPA üzvlərinə  çağırış


Newscenter.az.11.10.2017. AŞPA-nın payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulan Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov təqdim olunan məruzənin Assambleyanın etibarlılığını və birliyini gücləndirəcəyinə inandığını bildirib. Newscenter.az-ın xəbərinə görə, o qeyd edib ki, parlamentarilərin fəaliyyətini tənzimləyən və onlardakı mənfi halların qarşısını alan təkmil “davranış qaydaları”nın tələblərinə riayət olunmalıdır. Deputat Assambleya üzvləri, üzv dövlətlər haqqında açıq mənbələrdə çoxlu iddialar olmasına baxmayaraq, məruzədə yalnız bir ölkədən danışılmasını təəssüflə bildirib, obyektivlik prinsipinin pozduğunu qeyd edib. O, açıq iddialardan qarayaxma kampaniyasında alət kimi istifadə etməyin asan olduğunu vurğulayaraq, belə iddialarda ehtiyatlı olmağa çağırıb. Bildirib ki, təsdiq olunmamış hər hansı iddialara yüksək səslə, zəruri olduğundan artıq reaksiyalar vermək parlamentin nüfuzuna xələl gətirir. Deputat ölkəmizin də qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qarayaxma kampaniyasına məruz qaldığını bildirib.
V.Hüseynov son zamanlar baş verən arzuolunmaz hadisələr və onlara qarşı seçilən cavab üsullarının Assambleyanı nüfuzdan saldığını deyib. Bildirib ki, məruzə və müzakirələr AŞPA-nın nüfuzunun diqqətdə saxlanılmasını şərtləndirir. Bu baxımdan məruzədə belə hallarda araşdırmaların məxfiliyini nəzərdə tutan təklif alqışlanmalıdır.
Deputat diqqətə çatdırıb ki, Assambleya üzvlərinə dair bütün qayda, məhdudiyyət və öhdəliklərə paralel olaraq yuxarıda göstərilən iddialardan müdafiə mexanizminin hazırlanması vacibdir. Assambleya üzvlərinin qaydalara zidd hər hansı fəaliyyətlə məşğul olması ilə bağlı qərəzli iddialar irəli sürənlər bunun üçün məsuliyyət daşıdıqlarını bilməlidirlər. V.Hüseynov bunun Assambleyada daxili qaydaların təkmilləşdirilməsi üçün növbəti istiqamət olacağına inandığını vurğulayıb və parlamentariləri etibarlı, əmin mənbələrə istinad etməyə çağırıb.
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi