11 okt 15:30sosial

Millət vəkilindən fiziki məhdudiyyətli gənclərə dəstək

Millət vəkilindən fiziki məhdudiyyətli gənclərə dəstək


Newscenter.az.11.10.2017
. Millət vəkili Sona Əliyevanın iştirakı ilə “Gəncliyə Yardım Fondu”nun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində iki fiziki məhdudiyyətli gənc- Şəmkir rayon Dəllər qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev İsmayıl Niyaməddin oğlu və Gəncə şəhər sakini Məmmədov Natiq Vüsal oğlu əlil arabası ilə təmin edilib. Newscenter.az-ın xəbərinə görə, əlil arabaları ilə təmin edilən İsmayıl və Natiqin ailə üzvləri bu gözəl hədiyyəyə görə öz minnətdarlıqlarını bildiriblər. Millət vəkili Sona Əliyeva bu cür aksiyaların fiziki məhdudiyyətli gənclərin cəmiyyətə adaptasiyasının təşkili, onların həyat şəraitinin qismən də olsa yaxşılaşdırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
Millət vəkilindən fiziki məhdudiyyətli gənclərə dəstək
Millət vəkilindən fiziki məhdudiyyətli gənclərə dəstək
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi