12 okt 11:25sosial

Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib


Newscenter.az.12.10.2017.
Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirildi. Newscenter.az-a daxil olan məlumata görə, keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil məktəblərinin direktorları və ibtidai hərbi hazırlıq müəllimləri, “Şahinlər” hərbi idman oyununun qalibləri, rayon ərazisində fəaliyyət göstərən İctimai birliklərin sədrləri və fəal gənclər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Cocuq Mərcanlıya həsr olunmuş video rolik nümayiş olundu.
Sonra tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi polkovnik Yusif Mirzəyev, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirdilər ki, vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Natiqlər qeyd etdilər ki, xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov bildirdi ki, vətəni sevmək Vətən fədaisi olmaq deməkdir. Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. Vətəni sevmək Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur.
Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Sevindirici haldır ki, son illər ərzində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilmişdir. Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı,ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu açıb. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanmışdır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.
Əminik ki, artıq Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir və Ali baş komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Bu gün Azərbaycan ordusuna göstərilən qayğı və diqqət onu deməyə əsas verir ki,qüdrətli ordumuz tezliklə vətənin torpaqlarını düşməndən xilas edəcəklər.
Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Çıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tədbirin təşkilatçılığında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərən Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürnamə, Şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının atalarına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar təqdim edildi. O cümlədən, Gənclərin çağırışa qədərki hazırlığı fənninin tədrisində xüsusi fərqlənən Binəqədi rayonu şəhid, Milli Qəhrəman Namiq Fərəczadə adına 100 saylı orta məktəbin hərbi rəhbəri Cəlal Cəlilov və həmin məktəbin 10-cu sinif şagirdi İsrail İsayev təltif edildilər.
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam etdi. Rayonun istedadlı şagirdləri ifasında “İgid əsgər möhkəm dayan”, “Azərbaycan əsgəri”, “Gəlin dönək evə” mahnıları səsləndirildi, şeirlər söyləndi və rayonun şəhidləri Emin Bağırovun və Fəxrəddin Qurbanlının obrazları canlandırıldı.
Tədbirin bədii hissəsinə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı yekun vurdu və Azərbaycan bayrağı səhnədə açılaraq, tədbir atəşfəşanlıqla yekunlaşdı.
Anar

Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi