12 okt 10:55iqtisadiyyat, sosial

Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edilib-FOTOLAR

Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edilib-FOTOLAR


Newscenter.az.12.10.2017.
Müasir dövrün tələblərinə uyğun olaraq ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar, həyata keçirilən məqsədyönlü siyasət öz müsbət nəticələrini verir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə ən böyük təkan verən amil 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların social-iqtisadi inkişafı Dövlət Proqramı oldu. Məhz sözügedən proqramın uğurla icrası və görülən tədbirlər nəticəsində əyalətlərdə bir çox sənaye və istehsal müəssisələri yaradıldı, zavod və fabriklər fəaliyyətə başladı.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına əvəzsiz töhfələr verən “Azərsun” Holdinq Şirkətlər Qrupu da sözügedən Dövlət Proqramlarının icrası çərçivəsində bir sıra uğurlara imza ataraq yeni-yeni istehsal müəssisələri açıb. Bu sırada İmişli Şəkər Zavodu, Qafqaz Konserv Zavodu, Sumqayıt Sənaye Parkının nəzdində fəaliyyət göstərən Sumqayıt Yağ Fabriki və s. istehsal müəssisələrinin adını qeyd etmək lazımdır. Məhz adlarını qeyd etdiyimiz onlarla belə istehsal müəssisələrinin fəaliyyətə başlaması yerli istehsalın artırılması, bununla daxili tələbatın ödənilməsi ilə yanaşı, ölkəmizin ixrac imkanlarının artmasına da öz müsbət təsirini göstərib. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın qida bazarının böyük bir qismini məhz “Azərsun” Holdinqin tərkibində fəaliyət göstərən bir çox zavod və müəssisələrində istehsal edilən məhsullar tutur. Bununla parallel olaraq şirkətin istehsal etdiyi məhsullar xarici ölkələrə də ixrac edilir. Bunu istər statistik göstəricilər, istərsə də müntəzəm olaraq media nümayəndələrinin həmin müəssisələrə səfərləri zamanı iş prosesi ilə yaxından tanışlıqları təsdiq edir.
Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edilib-FOTOLAR


Qida sənayesinin inkişafına mühüm töhfə

Hər zaman cəmiyyət, istehlakçını düşünən, qazandığı yeni nailiyyətlər barədə onu məlumatlandıran, istehsal prosesində şəffaflığı sevərək bu barədə cəmiyyəti məlumatlandırmağı borclu bilən “Azərsun Holdinq” Şirkətlər Qrupu ənənəsinə sadiq qalaraq bu dəfə media nümayəndələrinin daha bir istehsal müəssisəsinə, Sumqayıt Sənaye Parkının nəzdindəki Sumqayıt Yağ Fabrikinə səfərini təşkil edib. Məqsəd isə həm istehsal prosesində bütün lazımı norma və prinsiplərin necə qorunduğunu KİV vasitəsilə cəmiyyətə çatdırmaq, həm də müntəzəm olaraq yağ istehsalı barədə qaldırılan bəzi həqiqətə uyğun olmayan məlumatlara son qoymaq idi.
“Azərsun Sənaye Parkı”nda yerləşən Yağ Fabrikində qonaq olan jurnalistlərə əvvəlcə “Azərsun Sənaye Parkı” barədə məlumat verilib, burada Yağ fabrikindən başqa həmçinin Kağızın Təkrar Emalı müəssisəsinin də yerləşdiyi bildirilib. Daha sonra KİV nümayəndələrini qarşılayan Bakı Qida və Yağ fabrikinin müdiri Şahəddin İbrahimov illik istehsal həcmi 270 min ton olan müəssisə barədə qısa məlumat verib və onları Fabrikin bitki yağların istehsal edildiyi sahəyə dəvət edib. Əvvəlcə qarğıdalı yağının istehsalını müşahidə edən media mənsublarına müəssisənin ən müasir avadanlıqlarla təchiz edildiyi bildirilib. Bundan sonra jurnalistlərə zeytun yağlarının istehsal prosesi nümayiş etdiriıib və istehsal xəttində olan “Zeytun bağları” markasının tam olaraq Abşeron rayonu ərazisindən toplanan yerli zeytundan hazırlandığı qeyd edilib. Bitki yağları ilə bağlı jurnalistlərin suallarını cavablandıran duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov daxil olan şikayətlərlə bağlı suala cavab verərkən ən çox rastlaşılan problemin bəzi mağazalarda saxlanma şəraitinin tələblərə cavab vermədiyini bildirib. O, bu məsələyə evlərdə istehlakçılar tərəfindən də ciddi riayət olunmadığını söyləyib və duru bitki yağlarının tələb olunan şəraitdə saxlanılmadıqda keyfiyyətini itirdiyini söyləyib. Bitki yağlarının istehsal prosesi ilə tanışlıq bitdikdən sonra jurnalistlər kərə və spred yağlarının istehsal edildiyi sahəyə keçiblər. Onların kərə yağlarının istehsalı ilə bağlı suallarını cavablandıran mütəxəssislər bu məhsulun Yeni Zellandiyadan idxal edildiyini bildiriblər və “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdiyi bildirilib. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib. Jurnalistlərin kərə yağının xammal tələbatını daxili istehsal hesabına təmin etmək barədə sualına cavab verən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bunun çox baha başa gəldiyini söyləyib. O, Yeni Zellandiyanın iqlim şəraitinin daha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindən qat-qat çox olduğunu bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldə olunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir.
Afiq Səfərov onu da qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunub ki, buna imkan yaradan əsas amillərdən biri də özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Afiq Səfərovun sözlərinə görə. dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir: “Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. “Azərsun Sənaye Parkı”nın nəzdində Sumqayıt yağ fabrikinin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər”.
Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edilib-FOTOLAR


Palma yağı şübhəsinə son

Mediatur zamanı bildirilib ki, “Azərsun Holdinq” tərəfindən keyfiyyəti beynəlxalaq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərək tərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq “Best Cow”, “Wellington” markaları ilə istehlakçılara təklif edilir. İstehsal sahəsi ilə tanışlıqdan sonra jurnalistlərə rafinasiya sahəsi nümayiş etdirilib və müəssisəyə daxil olan xammalın müasir avadanlıqlarla təchiz edilmiş bu sahədə zəruri yoxlamalardan keçərək yad maddələrdən təmizləndiyi qeyd edilib. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə Yağ fabrikində də “Azərsun Holdinq”in digər müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi gün ərzində, istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi bildirilib. Bundan başqa laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu qeyd edilib.
Laboratoriya ilə tanışlıq bitdikdən sonra jurnalistləri maraqlandıran suallara “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev cavab verib. O, ilk olaraq insan orqanizminin həm bitki həm kərə yağına ehtiyac duyduğunu bildirib və bunlardan birinin imtinasının və ya aşırı istifadəsinin insan sağlamlığı üçün zərərli olduğunu bildirib. Jurnalistlərin palma yağı barədə sualını cavablandıran mütəxəssis bu mövzuda çoxlu sayda miflərin formalaşdığını bildirib. Tural Babayev dünyanın ən məşhur markalarının belə bu məhsuldan istifadə etdiyini və dünyanın əksər ölkələrində palma yağından istifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib. Mütəxəssis bu yağın təbii halda bərk formada olmasının da ona əlavə üstünlüklər qazandırdığını qeyd edib. Digər bitki yağları duru formada olduğu üçün onların bərkləşdirilməsi bəzən kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu da yağın tərkibində insan sağlamlığı üçün olduqca zərərli transyağların əmələ gəlməsinə səbəb olur. Tural Babayev “Azərsun Holdinq” tərəfindən istehsal olunan heç bir yağın tərkibində trans yağların olmadığını bildirib və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyini qeyd edib.
Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edilib-FOTOLAR


Keyfiyyətə nəzarət, yüksək səviyyədə xidmət

Ümumiyyətlə, mediator zamanı gəlinən qənaət ondan ibarət oldu ki, ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması, keyfiyyətli istehsal, insanlara xidmət və müştəri məmnuniyyətini əsas prinsip olaraq qəbul edən müəssisənin rəhbərliyi öz işçiləri ilə birlikdə göstərdiyi uğurlu fəaliyyət, istehsalda keyfiyyətin artmasına səbəb olan əsas amillərdən biri kimi qəbul edilir. Müəssisə əl dəymədən mətbəx yağlarının istehsalında ən müasir texnologiyalardan istifadə edir. Burada İtaliya, Fransa kimi müasir texnologiyalara sahib olan dövlətlərdən alınan avadanlıqlardan istifadə olunur. Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılıb. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meхanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunur. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Bütün bunların göstəricisidir ki, müəssisənin ekoloji cəhətdən sağlam şəraitdə istehsal etdiyi məhsullar Azərbaycan xalqının etimadını qazanmaqla yanaşı, beynəlxalq səviyyədə keyfiyyət idarəetmə sistemləri sertifikatları, mükafatlarla təltif edilib.
Müəssisədə istehsal edilən məhsullar Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilir. Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.
NEWSCENTER.AZ
Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edilib-FOTOLAR
XƏBƏR LENTİ
Büdcə gəlirləri artıb
20-10-2017, 15:20

Büdcə gəlirləri artıb

Jirinovski yenə sərsəmlədi
20-10-2017, 10:11

Jirinovski yenə sərsəmlədi