16 okt 21:46siyaset

Cenevrə görüşündən sonra Sərkisyandan ilk aqressiv açıqlama

Cenevrə görüşündən sonra Sərkisyandan ilk  aqressiv açıqlama


Serj Sərkisyan: "Bizim üçün yeganə həll variantı Qarabağın Azərbaycana aid olmamasıdır"

Newscenter.az.16.10.2017.
Cenevrədə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdən sonra danışıqlarda müzakirə edilən məsələlər barədə İsveçrədəki Ermənistan səfirliyində diaspor nümayəındələrinə açıqlama verən Ermənistan prezidenti bir daha öz aqressiv mövqeyini nümayiş etdirib. Newscenter.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, Sərkisyan danışıqlarda problemin həlli istiqamətində hər hansı bir nəticənin əldə edilmədiyini söyləyib: "Ancaq gərginliyin aradan qaldırılması və ön xəttdə itkilərin baş verməməsi üçün ortaq mövqe nümayiş etdirdik". Ermənistan prezidenti daha sonra özünün ənənəvi aqressiv fikirlərini də səsləndirib. O, açıqca Qarabağdan vaz keçməyəcəklərini bildirib: "Bizim üçün yeganə həll variantı Qarabağın Azərbaycana aid olmamasıdır".
İnqilab
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb