19 okt 22:00siyaset

Ermənistanın Azərbaycana növbəti təxribatı

Ermənistanın Azərbaycana növbəti təxribatı



Yaxud əsgər yoldaşı tərəfindən güllələnən erməni əsgərinin ölümündə Azərbaycanın ittiham edilməsinin başlıca səbəbi


Newscenter.az.19.10.2017
. Ermənstanın müntəzəm olaraq atəşkəsi pozması düşmən ölkənin canlı qüvvə sarıdan itki verməsinə səbəb olur. Newscenter.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan Ordusu daha bir itki verib.

Məlumatda bildirilir ki, bu 1988-ci il təvəllüdlü Tiqran Haçatryandır. İşğalçı ölkənin Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Tiqran Haçatryan Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində dünyasını dəyişib.

Newscenter.az-ın əldə etdiyi məlumata görə isə erməni əsgəri heç də Azərbaycan Silahlı Qüvvələinin atəşi nəticəsində həlak olmayıb. Tiqran Haçatryanın əsgər yoldaşları ilə mübahisə zəmində baş verən qarşıdurma zamanı hərbiçi həmkarları tərəfindən güllələndiyi bildirilir. Erməni əsgərin ölümündə Azərbaycan Silahlı Qüvvələrini günahkar bilən İrəvan bununla Bakıya qarşı diplomatik savaş açmaq istəyir və belə bir rəy formalaşdırmağa çalışır ki, Azərbaycan Cenevrədə əldə edilən anlaşmanı pozur.
İnqilab
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb