19 okt 15:36medeniyyet

Soçidə XIX Beynəlxalq Gənclər və Tələbələr festivalı keçirilir

Soçidə XIX Beynəlxalq Gənclər və Tələbələr festivalı keçirilir


Newscenter.az.19.10.2017. Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında Azərbycan nümayəndə heyəti də iştirak edib. Newscenter.az-ın xəbərinə görə, “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər. Festival çərçivəsində təxribatı hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və forum iştirakçılarına məlumat veriblər. Sədr onu da qeyd edib ki, ermənilərin təxribatının qarşısı alınması məqsədi ilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr Dövlət Müstəqillik gününün festivalda qeyd olunmasına nail olubdur: “Müstəqillik günümüzdə Dağlıq Qarabağ və onun ruhunu, Azərbaycanı əks etdirən çıxışlar olub, Azərbaycanın milli musiqiləri, həmçinin “Sarı gəlin” ifa olunub. Həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar paylanılıb, iştirakçılara bəyanat nüsxələri verilib, Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən –şəkərbura, paxlava kimi milli mətbəximizin nümunələri öz əksini tapıb”. M. Seyidov bildirib ki, əlavə olaraq tərəfimizdən sosial şəbəkələrdə festival iştirakçıları xüsusi məlumatlandırma həştagları müəyyənləşdiriblər.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb