20 okt 14:05sosial

Bibiheybət-Lökbatan istiqamətində hərəkət məhdudlaşdırılacaq

Bibiheybət-Lökbatan istiqamətində hərəkət məhdudlaşdırılacaq


Newscenter.az.20.10.2017. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq. Bu barədə məlumat Newscenter.az-a BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb