20 okt 13:47sosial

Bu açıq şəkildə dövlətə, prezidentə qarşı təxribatdır

Bu açıq şəkildə dövlətə, prezidentə qarşı təxribatdır


Newscenter.az.20.10.2017. "Son günlər Dövlət Yol Polisi tərəfindən verilən qərar əhali arasında ciddi narazılıq yaratdıb. Sükan arxasında olan sürücü yanındakı sərnişinlə danışmasına görə cərimələnəcək. DYP-nin verdiyi açıqlamaya görə sürücünün diqqətini yayındıracaq söhbətin mövzusunu DYP əməkdaşı vizual olaraq, yəni bir baxışdan hiss edəcək". Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli bildirib ki, bu qədər gülməli və bir o qədər də absurd qərar görəsən DYP-nin ağlına hardan gəlib?: "3-cü sinfi zorla oxuyub müxtəlif vasitələrlə yol polisi olan bəzi əməkdaşlar sürücülük vəsiqəsini üzündən zorla oxuduğu halda, vizual baxışla sürücünün nə haqqənda danışdığını necə ayırd edəcək??? Onda təklif edirəm ki, gəlin sürücüyə mane olmamaq üçün musiqi avadanlığını da yığışdırsınlar. DYP-nin növbəti cərimə hoqqası sosial vəziyyəti günbəgün çətinləşən əhalini hiddətləndirməkdədir. Və bu açıq şəkildə dövlətə, prezidentə qarşı təxribatdır. Bu cür cərimələr onsuz da bir qrup imkanlı və harınlamış adamlara təsir etməyəcək. Əsas zərbəni yenə də kasıb camaat alacaq".
Bu açıq şəkildə dövlətə, prezidentə qarşı təxribatdır
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb