20 okt 14:22diaspor

Diaspor rəhbərindən irad-İş görmək əvəzinə təmbəlllik edirik

Diaspor rəhbərindən irad-İş görmək əvəzinə təmbəlllik edirik


Newscenter.az.20.10.2017. "Avropa Şurasında bizi tənqid edirlər , erməni barmağı var. Amerika Konqresi müzakirələr təşkil edir , yenə erməni barmağı var. Avropa Parlamenti tənqidi qətnamə çıxarır , Amenesty International, Human Rights ölkəmizlə bağlı bəyanat verir, bunları heç "taxan" yoxdu , çünki bizim təəbirimizcə onlar qeyri hökumət təşkilatlarıdır, BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatlar ölkəmizlə bağlı tənqidi bəyanat verən kimi yenə erməni məsələsindən yapışırıq". Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev səsləndirib. O, qeyd edib ki, Rusiyada azərbaycanlılarla bağlı neqativ bir hərəkətdən tutmuş təşkilatın ləğvinə qədər hər yerdə erməni izi axtarırıq: "Bu erməni olub bir əjdaha düşüb beynəlxalq aləmin yaxasına. Ya da olmayıb biz bunu etmişik. İş görmək əvəzinə təmbəlllik edirik. İşi erməni məsələsi ilə bağlamağa çalışırıq. Parlamentdə oturanların əksəriyyətinə diqqət edin , bu adamların çoxunun köynəyinin yuxarıdan ilk düyməsi bağlanmır. Adamlar gecə 1-ə kimi yağlı qabırğa yeyirlər. Bu adamların işləmək həvəsi hardan olsun ki? Diplomatların əksəriyyəti yüksək çinli məmurların övladlarıdır yaxud ən yaxın qohumluq bağına bağlı şəxslərdir. Bu adamlar üçün vəzifə şan şöhrətdir, prestijdir, qulluq yeri deyil. Jurnalistlər üçün çox yaxşı mövzudur. Araşdırın , görək diplomatik missiyamızı kimlər həyata keçirirlər. Məsələn ixtisası tətbiqi riyaziyyat olan , kimya, biologiya, filologiya olan şəxslər nədən diplomat statusu daşıyırlar? Bu şəxslər hansı parametrlərinə görə təyin olunurlar?"
İnqiılab
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb