20 okt 15:30din

Dini məsələlərdə özünü reformist göstərənlər

Dini məsələlərdə özünü reformist göstərənlər


Newscenter.az.20.10.2017. Dini məsələdə özünü reformist göstərib ağlıllarına gəlini danışanlar, gündəmdə qalmaq üçün nəfslərinin istəyinə boyun əyənlərə xoş gəlmək üçün hər nə desən danışmağa özlərinə ar bilmirlər. Bunlar əsasən Türkiyədən ixrac etdikləri bu İslama zidd fikirləri dinin əsaslarından xəbəri olmayan, dindən anlayışları olmayan, dini sadəcə "molla" ilə sərhədləyən dini baxımdan cahil zümrənin gözündə özlərini "alim" göstərmək üçün söz oyunundan məharətlə istifadə edirlər. Bütün bunların arxasında islama zərbə endirmək istəyən qüvvələrin cahillərdən istifadə edərək bu dinin əsaslarını sarsıtmaq, bu dinin orjinalından həmin dinin mənsublarını uzaqlaşdırmaq istəkləridir.Qismən də olsa bu "alimciklər" sayəsində buna ancaq dinin bilinmədiyi, öyrənilmədiyi və yaşanılmadığı bölgələrdə nail ola biliblər. Dini əqidəsini dünya mənfəətinə satanlar və bu günkü sosial medianın gətirdiyi qısa zaman kəsiyində məhşurlaşmaq istəyən biçarələr bu fikirləri cəmiyyətdə yaymaqla məşğuldurlar. Onlar bunu heç vaxt bacara bilməyəcəklər. Özləri ağılda olanlar onlara tabe olsa da 14 əsirdi öz orijinallığını Allahın izni ilə qoruyub saxlayan Qurani Kərim və Peyğəmbərinin sünnəsi qiyamətə qədər davam edəcəkdir. Dini bizə çatdıran səhabə və əhli beytin kəlamları kafirlər istəməsə də qorunub saxlanılacaq. Kimlərinsə durub Peyğəmbər sünnəsini inkar etməsi və ya Quranda keçən hər hansı bir hökmü inkar etməsi nə Allaha, nə də onun dininə bir xələl gətirməyəcək. Xələl yalnız insanları azdırmaq istəyənlər üçün olacacaq. Ziyana uğrayan məhz dini öz mənafelərinə uyğun şəkildə yozumlayanlar olacaq. İnsanları bilərəkdən, məqsədli şəkildə Allahdan və onun dinindən uzaqlaşdırmaq istəyənlər üçün yaxşı aqibət vəd olunmur. Xalqımı öz dinlərinə sahib olmaları üçün, on öyrənməyə və həyatlarının bütün sahələrinə şamil etməyə dəvət edirəm. Zəruri dini maarifçiliyə sahib olmalarını bacardıqca dinin əslinə müxalif olan nə varsa hamısını tərk etməlidir.
Hacı Ceyhun Şükürov
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb