20 okt 18:11iqtisadiyyat

Energetiklərin peşə bayramı günü qeyd edilib

Energetiklərin peşə bayramı günü qeyd edilib


Newscenter.az.20.10.2017.
20 oktyabr – “Energetik Günü” münasibətilə Energetika Nazirliyində tədbir keçirilib. Newscenter.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, energetika naziri Pərviz Şahbazov bu əlamətdar gün münasibətilə Azərbaycanın bütün energetiklərini təbrik edərək, bu günün özünəməxsus tarixi əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərimizin peşə bayramı günü kimi təsis edilməsini dövlətimizin energetika sektorunda çalışan insanların əməyinə qiyməti kimi dəyərləndirib. Energetika sektorunun iqtisadiyyatın inkişafında həlledici rol oynadığını deyən nazir bildirib ki, elektroenergetika sektorunun modernləşməsi və dünyada cərəyan edən qlobal dəyişikliklərə, yeni çağırışlara uyğun inkişaf etdirilməsi ölkə energetikləri qarşısında duran başlıca vəzifələrdir.

Azərbaycan energetiklərindən bir qrupunun bu gün ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə yüksək dövlət mükafatlarına layiq görüldüyünü xatırladan Pərviz Şahbazov energetiklərin əməyini həmişə yüksək qiymətləndirən, onların fəaliyyətini, elektroenergetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan ölkə Prezidentinə Nazirliyin kollektivi adından minnətdarlığını bildirib.
Energetiklərin peşə bayramı günü qeyd edilib
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb