20 okt 10:11siyaset

Jirinovski yenə sərsəmlədi

Jirinovski yenə sərsəmlədi


Newscenter.az.20.10.2017. Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə məlum olduğu kimi, heç bir müsbət irəliləyiş əldə olunmadı. Ermənistan prezidenti görüşdən dərhal sonra, Qarabağ münaqişəsinin həll variantının olmadığını və mürəkkəb bir problem olduğunu qeyd edərək, əslində danışıqlardan yayınmaq kursunu davam etdirdi. Təbii ki, Sərkisyanın bu bəyanatının arxasında Moskvanın olması şübhəsizdir.

Rəsmi Kremlin danışan dili, RLDP lideri Vladimir Jirinovski qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: "Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur". Göründüyü kimi, Sərkisyanla Jirinovskinin qeydləri ortaq və Kremlin region siyasətinin tərkib hissəsini təşkil edir. Rəsmi Moskvanın Qarabağla bağlı konkret siyasətini Jirinovski ortaya qoydu. Deməli, Rusiyanın moderatorluğu və Minsk qrupunda həmsədrliyi, yalnız münaqişənin dondurulmasına xidmət edir.
Jirinovski yenə sərsəmlədi

Jirinovski Rusiyanın rəsmi şəxsidir, kifayət qədər Kremlin ən yaxın danışmanıdır. Moskva Jirnovskiyə çox ciddi siyasi dəstək verir. Onun xarici ölkələrdə dövlət başçıları səviyyəsində qəbul edilməsi, beynəlxalq və regional məsələləri onunla müzakirə etmələri, bir daha sübut edir ki, Vladimir Jirnovski ciddi qəbul edilən fiqurdu. Onun dedikləri birbaşa Kremlin -Putinin siyasətini əks etdirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Jirnovskinin bu bəyanatına cavab verməsi mütləqdi.
Məhəmməd Əsədullazadə
Politoloq
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb