20 okt 12:35sosial

Nazir cənub zonasında vətəndaşları qəbul edib

Nazir cənub zonasında vətəndaşları qəbul edib


Newscenter.az.20.10.2017.
Gənclər və İdman naziri Azad Rəhimov bu gün Masallı Gənclər Mərkəzində Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib. Newscenter.az-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, ümumilikdə qəbulda 20-dən artıq vətəndaş iştirak edib.

İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi və s olub.

Qeyri hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və təmiri gənclər sahəsində olunan əsas müraciətlər istiqamətində olub.


Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb