20 okt 23:35sosial

Şantajçılar yenə dövriyyədədirlər

Şantajçılar yenə dövriyyədədirlər


Newscenter.az.20.10.2017.
İnsanların cəmiyyət üçün faydalı olan, özünəməxsus tarixi keçmişə sahib, müəyyən mədəni, ictimai məzmun kəsb edən müsbət ənənələri yaşatması, çox təqdirəlayiqdir. Ancaq təəssüflər olsun ki, bununla yanaşı naqislik, kəmfürsətlilik, namərdlik və abırsızlıq kimi mənfi və eybəcər “adət”lərdə mövcuddur.

Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr sahəsinə məsul olduğum vaxtdan indiyədək istər qurumumuzun, istərsə də Şura sədri, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin fəaliyyəti haqqında müəyyən vaxtlarda sistemli və sifarişli çirkin kampaniya aparmağa, şər və böhtan atmağa adət etmiş müəyyən “jurnalist”lərin enerjimizi izafi istiqamətə yönəltməyə çalışmasına öyrəncəliyəm. Təəsüf ki, müəyyən fasilədən sonra belələri yenə də bu şər maşınını işə salmağa çalışırlar.

Bu günlərdə jurnalist dostlar sağ olsunlar, məlumat verdilər ki, haqqımızda yenə bir sıra KİV-lərin emaillərinə böhtan və şantaj xarakterli məlumatlar göndərməyə başlayıblar. Belə məlum olur ki, yaramazlığı özlərinə peşə edənlərdə ənənəvi iftira, şəratma xəstəliyinin növbəti simptomları yenə özünü göstərməkdədir. Şantajçılar yenə dövriyyədədirlər. İldə bir neçə dəfə zövq korlayan bayağı “mahnı”larının bəzən sərlövhəsini dəyişərək, bəzən isə hərfinə belə toxunmadan yayanların halına acımamaq olmur. Bu dəfə də Azay Quliyev haqqında inandırıcı bir şey tapa bilməyiblər, lakın mahiyyətlərinə uyğun nəsə uydurmağa çalışıblar. Mövzu axtarışıyla bağlı baş sındırmaqdan olmayan başlarını da az qala sındırıblar. Bu azğınlaşmış adamlar elə bilirlər ki, bu çirkin oyunlarına hamını sala biləcəklər.

Əlbətdə əxlaqı, vicdanı və şəxsiyyəti olan, çalışdığı sahənin peşə prinsiplərinə hörmət edən ləyaqətli, şərəfli, peşəkar jurnalistlər, media qurumları bu kimi çirkin kampaniyalara alət olan deyil və əminəm ki, bundan sonra da olmayacaq.
Ancaq gərək jurnalistikanı tullantıların qəbul edildiyi ünvanla səhv sayanlara nəhayət vicdan pəhrizlərini tərgitdirək. Bu xeyirxah tərgitmə işində gərək ən azı vətəndaş cəmiyyətinin geniş spektrinin məsuliyyətli və vicdanlı nümayəndələri əl-ələ versinlər.
Elməddin Behbud
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb