21 okt 11:42siyaset, idman

A4 ölçülü Qarabağ sevgisi - Bizə niyə gülürlər?

A4 ölçülü Qarabağ sevgisi - Bizə niyə gülürlər?


Newscenter.az.21.10.2017.
Özümüzdən başqa hamını suçlu çıxarmağa öyrənmişik. Qanımızdadır elə bil. Filankəs arxadan vurdu, filankəs təhqir elədi, filankəs düşmən mövqe tutdu... deyib başlayırıq şivən qoparmağa. Ay qardaşlar, ay bacılar, biz niyə özümüzə sual vermirik ki, "Qarabağ"ın Bakıdakı oyunları 10-a yaxın ölkənin teleməkanında nümayiş olunduğu halda, xarici idman jurnalistlərinin paytaxtımıza gəldiyini bilə-bilə... stadionda göz qamaşdıran dəstək səhnələri yaratmırıq? Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına fanatlar A4 ölçülü kağızlara həkk olunmuş "QARABAĞ"la gəlirlərsə, biz niyə ölüb yerə girməyək? Ayıbımızı tərs şapalaq kimi üzümüzə çırpırlarsa, buna görə niyə birinci özümüzü günahkar bilməyək?

Sizə qurban olum, biz ÇL-in qrup mərhələsinin hansı oyununda göstərə bilirik ki, bu günlərin həsrətində olmuşuq və indi böyük hadisənin şahidiyik, komandamız tarixi nailiyyət əldə edib? Adam sayını nəzərə almasaq həmin oyunları ölkə çempionatından fərqləndirəcək ab-hava müşahidə olunurmu? Atletiko ilə sonuncu oyunda Azərbaycan bayrağı da barmaqla sayılacaq qədər idi. Niyə? Hanı Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi? Türkiyə qəzetlərini, "Qarabağ"ı erməni klubu kimi təqdim edən İspan mətbuatını söyməkdənsə gəncləri stadiona xüsusi rənglər həkk olunmuş köynəklərdə göndərmək olmazmı? Rənglərin rəqsini təşkil etməklə stadionda "Qarabağ"ın loqosunu, Azərbaycanın bayrağını yaratmaq bu qədərmi çətindir? Yox əlbəttə. Sadacə sevgi, səmimiyyət və bir də ürək lazıımdır. İstəsək, həmin o 65 min nəfər bir göz qırpımındaca "QARABAĞ"a, "AZƏRBAYCAN"a, "BAKI"ya, "AĞDAM"a çevrilər. Bax, onda A4 ölçülü kağızları gözümüzə soxub bizə gülməzlər. Hələ yaxşı ki, "Sizin Qarabağ istəyiniz də elə A4 ölçüdədir" kimi tüstüsü təpəmizdən çıxacaq sözlər yazmırlar...

Qadanızı alaram, gəlin hamılıqla ayıbımıza kor olaq. Yaranmış bu cür imkandan istifadə edib stadionda əsrarəngiz rənglər tamaşası ilə "Qarabağ"a və QARABAĞA sevgimizi nümayiş etdirə bilmiriksə, A4 ölçülü həvəsimizə gülənləri niyə söyək ki?

P.S.Biz heç düzəməlli "Qarabağ" da qışqıra bilmirik. Hərənin ağzından bir avaz gəlir...

P.S.S. "Qarabağ" ÇL-in qrup mərhələsində sonuncu oyununu Bakıda "Çelsi"yə qarşı keçirəcək. Gəlin bütün dünyaya nümayiş etdirək ki, bizim QARABAĞ sevgimiz PRİNTERLƏRƏ SIĞMAZ!
Nicat Dağlar
A4 ölçülü Qarabağ sevgisi - Bizə niyə gülürlər?
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb