21 okt 21:56siyaset

ATƏT PA-nın prezidenti niyə dəyişdi?

ATƏT PA-nın prezidenti niyə dəyişdi?


Newscenter.az.21.10.2017.
ATƏT PA-nın Avstriyadan olan prezidenti Kristine Muttonenin dəyişməsi və vitse- prezident George Tseretelinin prezident olması haqqında xəbərə aydınlıq gətirilib.

Newscenter.az-ın xəbərinə görə, Azay Quliyev məsələ ilə bağlı bunları deyib: "ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 5-8 maddəsinə əsasən Prezident bu və ya digər səbəbədən öz vəzifələrini icra edə bilmədikdə və ya Assambleyanın üzvü kimi mandatını itirdikdə onu vaxt baxımından ən uzun müddət fəaliyyət göstərən vitse-prezident əvəz etməlidir".

Azay Quliyev deyib ki, hazırda isə ATƏT PA-da ən çox staja malik vitse-prezident Gürcüstan parlamentinin üzvü olan George Tseretelidir: "Ona görə də George avtomatik olaraq qaydalara görə prezidentin səlahiyyətlərini həyata keçirəcək və ATƏT PA-nın fəaliyyətdə olan prezidenti olacaq. O bu vəzifəni noyabrın 9-dan gələn ilin iyulun 11-nə kimi icra etməyə başlayacaq. 2018-ci ilin 7-11 iyulunda isə Berlində keçiriləcək illik sessiyada isə quruma yeni prezident seçiləcək".
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb