21 okt 16:32siyaset

Avropa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib

Avropa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib


Newscenter.az.21.10.2017.
Böyük Lüksemburq Hersoqluğu Xalq Partiyasının funksioneri, keçmiş deputat Jak-lv Henkesin başçılıq etdiyi nümayəndə heyəti Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla birlikdə Azərbaycanda səfərdədir.

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və qrupun üzvləri Sona Əliyeva, Eldəniz Səlimov qonaqlarla görüş keçirib. Görüş zamanı Avropa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub.

Qeyd edək ki, J. Henkes öz ölkəsində tanınmış hüquqşünasdır: O, uzun müddət Lüksemburq parlamentinin üzvü olub. Hazırda Benilüks Azərbaycanlıları Konqresinin fəxri vitse-prezidentidir.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb