21 okt 13:24siyaset

Baş redaktordan irad: Türkiyənin 5-ci kalonu deyə bilməzsiniz

Baş redaktordan irad: Türkiyənin 5-ci kalonu deyə bilməzsiniz


Aqil Ələsgər: "Bu Əliyevlə Ərdoğanın münasibətlərinin səmimi olmadığını iddia etməkdir"

Newscenter.az. 21.10.2017.
Türkiyə ilə bağlı sovet dövründə belə pantürkist ifadəsi işlədilib, ancaq "Türkiyənin 5-ci kalonu" kimi alçaq, rəzil ifadə işlədilməyib. Bunu deyənlər ya nə dediklərinin fərqində deyil, ya da xaindirlər. Bəli, Türkiyəni də, onu müdafiə edənləri də istədiyiniz şəkildə tənqid edə bilərsiniz, ancaq 5-ci kalon deyə bilməzsiniz. Anlamırsınızsa, açıqlayım: 5-ci kalon İspaniyada vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı casus şəbəkəsinə verilən ad idi. Hakimiyyətə yiyələnmək üçün bu təxribatçı xainlərdən istifadə edilirdi.

Bəli, ölkəmizdə İranın, Rusiyanın, Qərbin xeyli sayda 5-ci kalon üzvü var. Ancaq Türkiyəyə bunu şamil etmək hər şeydən öncə Ulu Öndərimizin "Bir millət, iki dövlət" fəlsəfəsinə qarşı gəlməkdir. Hər platformda qardaş olduqlarını sərgiləyən Əliyevlə Ərdoğanın münasibətlərinin səmimi olmadığını iddia etməkdir. "Türkiyənin 5-ci kalonu" sözünü yunan, erməni, rus, fars yazsa, yeri ola bilər, ancaq bir Azərbaycanlının bunu yazması üçün o adını çəkdiklərimin birinin uşağı olması lazımdır. Türkiyəni sevən hansı azərbaycanlı tanıyırsınız ki, ölkəmizin hər hansı məsələsində Azərbaycanı müdafiə etməsin? Bunu minnət olaraq demirəm, hamımızın borcudur, ancaq əlinizi varsa, vicdanınıza qoyun, deyin.

Ölkəmizdə türk millətçisi, türkiyəsevər kimi tanınan hansı Azərbaycan vətəndaşı istənilən məsələdə ölkənin əleyhinə gedib? Bir nümunə göstərin. Göstərə bilməzsiniz. Bu ölkədə türkü sevən, türk olduğundan qürur duyan hər bir azərbaycanlı İlham Əliyevin ən sadiq əsgəridir. Bunu söz deyil, əməli ilə sübut etmiş onlarla şəxsin adını çəkə bilərəm. Ancaq Türkiyəyə nifrət edən onlarla azərbaycanlı adı da sadalaya bilərəm ki, mövzu İran, Rusiya ya da Qərb olduğu zaman ölkəsinin marağını keçi qiymətinə satıb. Əlqərəz, bu ifadə çox çirkindir və nə dostluğa, nə qardaşlığa sığır. İstədiyiniz tənqidi edin, ancaq bu alçaq ifadədən istifadə edən də eyni qarşılığı alacağından da əmin olsun. Eynilə, erməni küçüklüyü edən türk vətəndaşlarına göstərdiyimiz münasibəti içimizdəki irlandalılara da göstərməkdən çəkinməyəcəyik!
Aqil Ələsgər
"Yeni Çağ" media qrupunun rəhbəri
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb