21 okt 13:08siyaset, din

"Belələri necə ağıllı və bilikli ola bilər ki?..."

"Belələri necə ağıllı və bilikli ola bilər ki?..."


Əkrəm Həsənov: "Qurana və sünnəyə zidd gedərək təxribatla məşğul olurlar"

Newscenter.az.21.10.2017.
Mən dəqiq əminəm ki, məni yaradan, yaşadan, kömək edən, ruzi verən Allahdır. Mənə Allah islam dinimizi mənbələri ilə öyrədib və gücüm çatan qədər yaşamağa çalışıram. Newscenter.az-ın xəbərinə görə, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib: "Mən dəqiq əminəm ki, yaşadığın ölkədə ölkə rəhbərinə qarşı çıxmaq, insanları hakimiyyətə qarşı narazı salıb mitinqlər etmək islam dinimizdə qadağan və haramdır. Mən bunun qadağan və haram olması ilə bağlı mənbələr əsasında dəlil sübutlarla mediada yazılar yazıram. Elə bu səbəbdən islam dinindən xəbərsiz insanlar, xaricdən mailiyyələşib ölkəmizdə təxribat salmaq istəyən adamlar müxtəlif səhifələrdə bizi müzakirəyə çıxararaq yaltaqlıqda ittiham edirlər. Bəzi dindən və dünyəvi işlərdən cahil olanlar da şərhlərdə və rəylərdə tərbiyələrini ortaya qoyurlar. Aralarında bir ağıllısı yoxdur ki, etdikləri səhvləri, günahları, haramları, insanları xaosa çağırmalarını, qarşıdurma yaratmalarını sübut edəcək şəriətdən dəlil gətirsinlər. Belələri necə ağıllı və bilikli ola bilər ki, Qurana və sünnəyə zidd gedərək təxribatla məşğul olurlar. Əslində özləri müxalifətin ən böyük yaltaqlarıdır. Ancaq öz adlarını başqalarına verirlər".
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb