21 okt 21:35siyaset

Gürcüstanda seçkinin ilkin qalibi bəlli oldu

Gürcüstanda seçkinin ilkin qalibi bəlli oldu


Newscenter.az.21.10.2017.
Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası liderlik edir.

AZƏRTAC xəbər verir ki, seçkilərlə əlaqədar “Edison Richer” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə hakim partiya seçkilərdə 58 faiz səs toplamaqla liderdir.

“Vahid milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıblar.

“Exit-pollun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini toplayıb.

Qeyd edək ki, səsvermə 73 seçki dairəsinin 3634 seçki məntəqəsində keçirilib. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb