21 okt 15:42medeniyyet

Muğam müsabiqəsinin qalibi solo konsert verəcək

Muğam müsabiqəsinin qalibi solo konsert verəcək


Newscenter.az.21.10.2017.
Sayca 6-cı Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov 26 oktyabr tarixində Muğam Mərkəzində solo konsert verəcək. Newscenter.az-a daxil olan məılumata görə, konsert Mədəniyyət televiziya kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi və dəstəyi ilə həyata keçirilir.

Konsertdə xalq mahnıları və muğamlardan ibarət maraqlı kompozisiyalar səslənəcək. Biletləri şəhərin kassalarından və iticket.az online bilet satışı saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Qasımov Pərviz Qasım oğlu 1990-cı ildə Bakıda doğulub. Əslən Ağdam rayonunun Gülablı kəndindəndir. Kiçik yaşlarından musiqiyə olan böyük həvəsi onu bu sənətə gətirib. 2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb