21 okt 18:55sosial

Nəsimi rayonunda 1000-dən çox ağac əkilib

Nəsimi rayonunda 1000-dən çox ağac əkilib


Newscenter.az.21.10.2017.
Nəsimi rayonunda icra hakimiyyəti işçiləri, idarə və müəssisələrin nümayəndələri və rayon sakinlərinin iştirakı ilə iməcilik keçirilib.

Newscenter.az xəbər verir ki, iməcilikdə rayonun mərkəzi küçələrində və mikrorayonların ərazisində 1000-dən çox şam və sərv ağacları əkilib, 2000-dən çox ağaca quluq edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahələrində meyvə ağaclarının əkilməsi davam etdirilib. Rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 nömrəli uşaq bağçası–körpələr evinin və “Qərənfil” uşaq bağçası-körpələr evinin həyətlərində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilib, müxtəlif növ meyvə ağacları əkilib.

Bağçanın həyətində rəngarəng geyinmiş uşaqların iştirakı ilə hazırlanmış kompozisiyalara baxış keçirilib, onların ifasında musiqi nömrələri dinlənilib.

Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov “Yaşıl marafon ” layihəsi çərçivəsində rayonda çoxlu sayda ağaclar əkildiyi və yeni yaşıllıq zolaqları salındığını söyləyib. Sonra icra hakimiyyətinin başçısı sakinlərlə görüşərək onların qaldırdığı məsələlərin həll edilməsi üçün tapşırıqlar verib.
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb