21 okt 11:56siyaset

Türkiyənin "Sabah" qəzetində Azərbaycanı təhqir edən müəllif ermənidir

Türkiyənin "Sabah" qəzetində Azərbaycanı təhqir edən müəllif ermənidir


Newscenter.az.21.10.2017.
"Sabah" qəzetində "Qarabağ" FK ilə bağlı dərc edilən yazı Türkiyənin özündə də ciddi eritrazla qarşılanıb. Birinci gün elə "Sabah" qəzetində bununla bağlı yazı dərc ediləcəyini söz verdilər. Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı səsləndirib. O, bildirib ki, bundan öncə də dəfələrlə Türkiyənin bu tipli media qurumlarında Azərbaycana qarşı, xüsusilə də Qarabağ mövzusunda yazılar dərc edilib.

"Açığı hər dəfə məsələni ictimailəşdirmədən həll etmişik. Sonralar bu işi kimlərsə öz adlarına bağlayıblar. Bunu redaksiyamızda da bilirlər. Amma mənim üçün önəmli olan bu deyil, olsun. Qəbul etmədiyim məsələ ermənimövqeli yazıların Türkiyə mediasında yer almasıdır. Son yazı ilə bağlı mənə çatan ilkin məlumatlara rəğmən onu deyə bilərəm: Müəllif üzərindən atsa da ermənidir".
Türkiyənin "Sabah" qəzetində Azərbaycanı təhqir edən müəllif ermənidir

PJB sədri qeyd edib ki, yaranmış problemin bir daha təkrarlanmaması üçün təklif irəli sürüb: "Ya 3-4 jurnalist olaraq biz gedib İstanbulda həmin media qurumlarının rəhbərləri ilə görüşməliyik, ya da onları Bakıya dəvət etməliyik. Fikrimi Türkiyəyə, həmin media qurumlarının rəhbərlərinə də çatdırdım. Gələn həftə bununla bağlı qərar verəcəyik. Belə olmur. Hər dəfə Türkiyədə Qarabağla bağlı hansısa erməniəsilli jurnalist əleyhimizə yazı yazacaq, biz də onu təkzib etdirməklə, yaxud da saytlardan çıxatdırmaqla işimizi tamamlanmış sayacağıq. Problemi kompleks şəkildə həll etməliyik. Onun üçün bu təklifi irəli sürdüm və Türkiyədəki dostlar tərəfindən dəstəkləndi".

Elşad Eyvazlı onu da vurğulayıb ki, hansısa xarici ölkədə Azərbaycana qarşı baş verən xoşagəlməz olayların erməni lobbisi tərəfindən edildiyini qəbul edə bilmir: " Birincisi, bununla erməni lobbisinin faktiki gücünü daha da böyüdürük. İkincisi isə bəzən vəzifəmizin öhtəsindən gələ bilmədikdə erməni lobbisini ortaya atırıq. Bəs bizim Diaspor Komitəsi? Tanıyanlar yaxşı bilir ki, gedənin arxasınca danışmaq xarakterimə yaddır. Ancaq Azərbaycan diplomatının fəaliyyəti üçün Türkiyədən yaxşı, münbit şəraitli ölkə varmı? Neçə illər idi, Azərbaycanın Türkiyədəki sabiq səfiri Faiq Bağırov bizi ancaq məyus etməklə məşğul oldu. Altı il öncə Ankarada Kızıl Ay Meydanında bir həftə müddətində keçirdiyimiz "Ermənistanın Azərbaycanda törətdikləri soyqırımlar fotolarda" sərgisinə (Türkiyə Qəzetçilər Federasiyası həmin sərgini 10 böyük şəhərdə keçirdi) o zaman Faiq Bağırov gəlmədi, hətta ağız büzdü. Sərgiyə Türkiyənin nazirlərinin, deputatlarının qatıldığını eşidən sabiq səfirin halını sizə anlada bilməyəcəm. Bu onunla bağlı 1 detal idi. Niyə bunu yada saldım. Çünki bizim Türkiyədəki indiki səfirimiz Xəzər İbrahimdən qeyd edilən problemlərin həlli ilə bağlı böyük ümid və gözləntilərimiz var. Əminik ki, Xəzər İbrahim bu sahədə böyük dönüş yaradacaq. Çünki biz jurnalistlər onu Vətənini sevən, çalışqan, jurnalistlərə açıq, Azərbaycanı dünyanın istənilən ölkəsində istədiyimiz kimi təmsil edəcək diplomat, azərbaycanlı kimi tanıyırıq. Bu arada qeyd etdiyimiz məsələlərlə bağlı verdiyi dəstəyə görə dostumuz İlkər Erdoğana böyük-böyük təşəkkürümüzü bildiririk".
NEWSCENTER.AZ
XƏBƏR LENTİ
Qoyun oğruları saxlanılıb
17-11-2017, 16:58

Qoyun oğruları saxlanılıb