Impera

XƏBƏR LENTİ
15:47Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edilib15:34Ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası davam edir15:15Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir15:01“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək14:47AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib14:33Əli İnsanov kimdir ki, gəlib müxalifət adına danışır?14:16Binə qəsəbəsində 2 küçə təmir edildi, daha 4 yolda isə təmir davam edir13:49Nazirin iştirakı ilə Göygöldə taxılçılıqla bağlı respublika müşavirəsi keçirilib13:08“ADA” Universiteti və “Coca-Cola”Novruz bayramında “Təmiz ölkəm” ekoloji layihəsinə start verdi12:53“Məktəb seminarları” başa çatıb12:47BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb12:33Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi12:22Ən fəal tələbə-könüllülər mükafatlandırılıb12:18Təhsil müəssisəsində təntənəli bayram tədbiri keçirilib12:09Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib11:41Fizuli Məmmədovdan səhhətində problem olan döyüşçüyə dəstək11:22Bakıda OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası başlayıb11:08Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb10:47Dövlət başçısının imzaladığı əfv sərəncamı milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilməlidir10:35Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi10:21Tələbələr Heydər məscidini ziyarət edib09:50Cənab prezident ölkəmizin nüfuzunu ləkələməyə maraqlı olanların arqumentlərini əllərindən almış oldu09:20Atəşkəs rejimi 24 dəfə pozulub18:59Bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq18:41Ölkəmizdə humanizm, tolerantlıq, multikulturalizm ənənələri davam etdiriıməlidir18:30Qazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilib18:17Sumqayıtda ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib18:10Bu qədər dərin nifrət əslində Qərb dünyasının faciəsidir, üz qarasıdır, utanc yeridir18:02SOS: Bir sıra rayonlarda siçanabənzər gəmiricilər yayılıb17:50Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib17:37Ekologiya Nazirliyindən xəbərdarlıq-qar yağacaq17:34Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib17:24Almaniya azərbaycanlıları bir araya gəlib17:14“BMT-nin Könüllülər Proqramı” təqdim olunub17:00Ağdamda ikigünlük seminar-müşavirə keçirilib16:50Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub16:37Dini Komitə Elşad Mirinin ittihamlarına cavab verdi16:21Binə qəsəbəsində təmir işləri yekunlaşıb16:17Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib16:10“Carlsberg Azerbaijan” və “Green Baku” Bakı Mühəndislik Universitetinin ərazisində xiyaban saldılar15:55“Azərsu” kollektivi qan verdi15:21“Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda konfransı keçirilib15:03Təhsil nazirinin müavini Qırğızıstana səfər edib14:50Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi maarifləndirilmə tədbiri keçirilib14:40AQTA “Sağlam qida” şüarı ilə tədbirlərə start verdi14:31Mərdəkan qəsəbəsində 4 küçə təmir edilib, 4-də isə işlər davam etdirilir14:20Motosiklet minik avtomobili ilə toqquşdu13:46ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası13:30206 və 211 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi dəyişdi13:21Müəllim və valideynlərin müraciəti dinlənilib13:12Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib13:00Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək12:52“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı11:40AzTU-da növbəti seminar keçirilib11:25Nazir Birləşmiş Ərəb Əmirliklərinə səfər edib11:12Zakir Həsənov hərbi təlimlərlə bağlı kollegiya iclası keçirib11:00Rektor əvəzi qalib tələbələrlə görüşüb10:55Yararsız ət satışı ilə məşğul olanlar həbs edildi10:48Hərbi-idman oyunları keçirilib10:26Düşmən atəşkəs rejimini 26 dəfə pozub10:14Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib09:23I sinfə qəbulla bağlı suallar cavablandırılacaq09:00Əfqanıstanla neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib16:38“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir16:25BMT baş katibindən Azərbaycana təşəkkür məktubu16:12“Al-Əlvan Qarabağ -2” layihəsi çərçivəsində sərgi təşkil olunub16:04Dəmir yolunda “Sağlamlıq günü” keçirilib16:00Metropolitendən daha bir aksiya15:50BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub15:37Balakən məktəbliləri ilə görüş keçirilib15:23Müsabiqə qalibləri bəlli olub15:12“Azərsu” Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb15:00Şamaxı rayonunun daha bir kəndi qazlaşdırılır14:47Əli Kərimli Tale Bağırzadəyə hansı vədi verib?14:37Şamaxıda zəlzələ olub14:20“CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib13:52Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olub13:42Biləcəri qəsəbəsinin mərkəzi yolunda təmir-tikinti işləri aparılır13:37Ermənistanda zəlzələ olub13:32Sabah hava necə olacaq?13:20Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşlarla görüşüblər12:45Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub12:34Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib12:28Müəllimlərə sertifikatlar verilib11:51Ağdamda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri başa çatıb11:39Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb-VIDEO11:12Azərbaycan-Yaponiya əlaqələri genişlənir10:57VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumun açılışında iştirak edir10:44Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib10:00Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib09:54Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər09:3827 dəfə atəşkəs rejimi pozulub09:00Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub20:00Ağdamın icra başçısının səs yazısı yayıldı - rüşvət alarkən (VİDEO)19:03Daha 3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil olunacaq18:40Aİİ-də “Din və elm” mövzusunda seminar təşkil olunub18:35Təhsil Nazirliyində kollegiya iclası keçirilib18:29Azərbaycan ilə Yaponiyanın vergi xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub18:15Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (203)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub

30 okt 2017, 17:55   
“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub


Newscenter.az.30.10.2017. Oktyabrın 30-da Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

Newscenter.az-ın xəbərinə görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Yevlax şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb. Nazir müavini gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, biznes inkubatorlar gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və digər sənədlərdə ölkədə biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 20 məzunundan 14-ü artıq kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq, quşçuluq, arıçılıq), kənd turizmi, innovasiya mərkəzinin yaradılması, konsultativ biznes və s. sahələr üzrə öz bizneslərini yaratmış və hazırda gənc sahibkar kimi fəaliyyət göstərirlər. Biznes inkubatorların digər iştirakçıları da öz bizneslərinin təşkili üzərində çalışırlar.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq region üzrə xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub. Biznes inkubatorda xalq sənəti olan xalçaçılığın sirlərinin dərindən öyrənilməsi üçün hər cür şərait yaradılıb, tədris üçün zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahəsi ayrılıb. Hazırda Tədris Mərkəzinin dinləyiciləri xalçaçılıq sənətinin sirlərini öyrənməklə yanaşı, xalçaçılıq məhsullarının istehsalı ilə də məşğul olurlar. Biznes inkubatorun digər rezidenti - gənc əlil qadın isə dekorativ sənət və rəssamlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. İstehsal olunmuş dekorativ sənət və rəssamlıq məhsullarının artıq satışa çıxarılması nəzərdə tutulur.

Regional inkişaf mərkəzlərində qadınlar üçün biznes inkubatorların yaradıldığını vurğulayan Sahib Məmmədov təşəbbüskar qadınları biznes inkubatorlarda fəal iştiraka dəvət edib.

Qeyd olunub ki, biznes inkubatorlarda treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsi, davamlı olaraq məsləhət xidmətlərinin göstərilməsi və s. tədbirlər biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında əhəmiyyətli rol oynayır və bu işlər hazırda da davam etdirilir.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə gənclərə güzəştli maliyyə göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 5500-dək gənc sahibkara 398.5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 17 mindən çox yeni iş yerləri yaradılıb.

“İdeyadan biznesə doğru” müsabiqənin keçirilməsində də məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.

İqtisadiyyat Nazirliyinin, “ASAN Xidmət”in, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri və digər iştirakçılar çıxışlarında gənclərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə aparılan davamlı islahatlar Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradır.

Tədbirdə regionlarda qadın sahibkarlığının inkişafı, gənclərin məşğulluğunun artırılması və bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə keçirilən “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib. Bundan başqa, biznes inkubatorun 21 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülübkər.

Müsabiqə qalibləri, gənc sahibkarlar çıxış edərək onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
A.Tağıyev
“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub
OXŞAR MÖVZULAR