Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır10:39Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq10:25Axtarışda olan 22 nəfər saxlanılıb09:54Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:03Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir08:14Paytaxtda daha bir intihar cəhdi16:07Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil15:21Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq14:35Sabah hava necə olacaq?14:12BƏƏ mətbuatı Qəbələdə keçirilən festivaldan yazdı13:39XƏBƏRDARLIQ-Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq13:24"Nyukasl xəstəliyi"nə qarşı profilaktik tədbirlər aparılır13:15Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (322)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib

03 noy 2017, 12:47   
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib


Newscenter.az.3.11.2017. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclası pensiya təminatı və dövlət məşğulluq xidmətləri sahələrində ayrı-ayrı ölkələrlə təcrübə mübadilələrinin aparılması sahəsində görülən işlərə, nazirliyin nümayəndələrinin “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstana, müvafiq tvinninq layihələri çərçivəsində Fransa və Litvaya səfərlərinin yekunlarına həsr olunub.

Newscenter.az-ın xəbərinə görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək və sosial müdafiə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən son illərdə mühüm islahatların həyata keçirildiyini vurğulayıb: “İslahatların bir istiqaməti kimi, hələ 2006-cı ildən sosial sığorta, fərdi uçot və pensiya təminatı üzrə funksiyaların vahid mexanizm əsasında bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi qurulub. Dövlət başçısının müvafiq sərəncamları ilə bərabər bu sistemin yaratdığı imkanların nəticəsi olaraq, ötən dövrdə pensiyaların mütəmadi artımı müşahidə olunub. Hazırda ölkə əhalisinin 13,5%-i (1 milyon 330 min nəfər) əmək pensiyası alır və pensiyaların orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Cari ildə növbəti islahat olaraq pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərlə tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsi işləyən əhalinin gələcək layiqli pensiya təminatı hüquqlarının formalaşmasında iştirakının aktivləşməsinə, bununla da etibarlı maliyyə dayaqları üzərində bu sistemin uzunmüddətli inkişafına yönələn uğulu addım olub. Bu sahədə bizim islahatlarımız, eləcə də pensiya təminatına əsas verən sığorta kapitalının toplanmasında vətəndaşlara öz fərdi hesablarına əlavə vəsait daxil edə bilmək imkanının yaradılması və s. beynəlxalq qurumlar tərəfindən də müsbət təcrübə kimi yüksək dəyərləndirilir. Cari ilin sentyabr ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasında təşkil olunmuş beynəlxalq konfransda da ölkəmizdə müvafiq sahədə aparılan islahatlar barədə məlumatlar böyük maraq doğurub”.

Nazir bildirib ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni tvinninq layihəsi icra olunur: “Bu layihə də bizə ölkəmizdə pensiya və sosial müdafiə sistemində elektron audit sisteminin yaradılmasında, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsində, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişafında və s. dəstək verir. Layihə bu sahələrdə gələcək islahatlarla bağlı Avropa ölkələrinin qabaqcıl təcrübələrini öyrənməyə imkan yaradıb. Fransanın müvafiq qurumları ilə əməkdaşlıqda artıq müvafiq işlərə başlanılıb və bununla əlaqədar nazirliyin əməkdaşlarının Fransa təcrübəsinin öyrənilməsi üçün ötən ay bu ölkəyə səfəri təşkil olunub”.

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə məşğulluq xidməti əməkdaşlarının işçilərinin say həddinin ümumilikdə 2,5 dəfə artırılması, beləliklə, ölkədə əhalinin sayına nisbətdə məşğulluq xidmətinin kadr potensialının beynəlxalq normaya uyğunlaşdırılması məşğulluq xidmətləri sisteminin inkişafına yüksək səviyyədə önəm verilməsinin növbəti təsdiqidir: “Hazırda məşğulluq orqanlarının fəaliyyətinin modernləşdirilməsi və səmərəliliyinin, əmək bazarında rolunun artırılması, institusional potensialının gücləndirilməsi, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. qarşıda duran əsas vəzifələrdir. Eyni zamanda, əmək bazarının monitorinqi və proqnozlaşdırılması ilə bağlı təkmil sistemin, peşəyönümü sahəsində yeni xidmətlərin yaradılması, kvota sistemi ilə paralel olaraq, əmək bazarına inteqrasiyada çətinlik çəkən insanlar üçün səmərəli aktiv əmək bazarı proqramlarının hazırlanması aktual məsələlərdir. Ötən ay təqdimatı olan “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yenitvinninq layihəsi bizə həmin sahələr üzrə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bu məqsədlə Litvanın müvafiq qurumları ilə əməkdaşlığa şərait yaradıb”.

İclasda “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirakla əlaqədar nazirliyin nümayəndələrinin Qazaxıstan Respublikasına səfərinin yekunu barədə təqdimat edilib. Həmçinin nazirliyin nümayəndələrinin “Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Fransa Respublikasına və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litva Respublikasına səfərlərinin nəticələri ilə bağlı təqdimatlar olub. İclas təqdim olunan məlumatlar əsasında müzakirələrlə davam edib.
A.Tağıyev
OXŞAR MÖVZULAR