Putin və Ərdoğan Qarabağa sülh gətirir? » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır10:39Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq10:25Axtarışda olan 22 nəfər saxlanılıb09:54Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:03Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir08:14Paytaxtda daha bir intihar cəhdi16:07Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil15:21Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq14:35Sabah hava necə olacaq?14:12BƏƏ mətbuatı Qəbələdə keçirilən festivaldan yazdı13:39XƏBƏRDARLIQ-Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq13:24"Nyukasl xəstəliyi"nə qarşı profilaktik tədbirlər aparılır13:15Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (322)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Putin və Ərdoğan Qarabağa sülh gətirir?

06 noy 2017, 14:02   
Putin və Ərdoğan Qarabağa sülh gətirir?


Newscenter.az.6.11.2017. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyəb Ərdoğan il ərzində rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə görüşür, fikir mübadiləsi aparır. Ancaq növbəti görüş fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var.

Ərdoğan Putinlə budəfəki görüşünü əsasən iki mövzuya həsr etmək istəyir.

Birinci mövzu Dağlıq Qarabağ münaqişəsiylə bağlıdır. Türkiyə Cumhurbaşqanı Bakı-Tbilisi-Qars dəmiryolunun açılışından sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında dedi ki, Putin istəsə Qarabağ münaqişəsini qısa müddətdə həll etmək olar.

Ərdoğan bu açıqlamasıyla ona işarə edib ki, Ermənistan tamamən Rusiyadan asılıdır və Kreml sahibinin istəyi yetər ki, Ermənistan prezidentinin kimliyindən asılı olmayaraq İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bu belədir. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək. Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Sazişdə bu maddə olmasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın “aralıq statusuna” və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təmatına razılaşa bilər. Ancaq Kreml üçün bu azdır.

Rusiyanın hakimiyyət dairələrində Azərbaycan üçün hazırlanan plan təxminən belədir:

Rusiya Ermənistan hakimiyyətini razı salaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edir, “aralıq status” mexanizmi hazırlanıb işə düşür, bölgə üçün yazılı təhlükəsizlik təminatı verilir. Bunun əvəzində isə rəsmi Bakıdan aşağıdakıların yerinə yetirilməsi istənilir:

1. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olur;

2. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olur;

3. Başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilir.

Azərbaycan 5 rayonun qeyri-şərtsiz boşaldılması əvəzinə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini nəzərdən keçirə bilər. Digər iki şərt Azərbaycan üçün ağırdır. Buna baxmayaraq, 3-cü şərti də istisnalarla bu şəkildə qəbul etmək olar ki, Rusiya sülhməramlılarının sayı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri - Qazaxıstan və ya Belarus sülhməramlılarının sayından çox olmamalı, üstəgəl Türkiyə hərbçiləri də eyni sayda Dağlıq Qarabağda yerləşdirilməlidirlər. 5 rayonun boşaldılmasından başqa qısa müddətdə digər 2 rayonun boşaldılması da təmin edilərsə və azərbaycanlı məcburi köçkünlərin tamamı Dağlıq Qarabağa qayıdarsa, üstəgəl referendum şərti irəli sürülməzsə, Azərbaycanın müşahidəçi statusunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı nəzərdən keçirilə bilər. Yetər ki, işğala son qoyulsun və erməni separatçıları müstəqillik tələblərindən vaz keçsinlər.

Bölgədə 3 böyük layihədən birinə start verildi. Bakı-Tbilisi-Qars dəmiryolu işə düşdü. Üstəgəl şimal-cənub dəhlizi adlandırılan Rusiya-Azərbaycan-İran dəmiryolunun işə düşəcəyi tarixə də çox qalmayıb. Bu da işə düşdükdən sonra TAP və TANAP layihələrinə start veriləcək və Azərbaycan qazı Avropaya daşınacaq. Ermənistan bütün bu layihələrdən təcrid olunub. İrəvan strateji planlaşdırmada nə qədər kasad olsa da, anlayır ki, böyük regional layihələrdən təcrid Ermənistanı uçuruma aparır. İrəvanda Azərbaycanın hər il silahlanmaya milyardlarla dollar xərcləməsinin məqsədini də anlamamış deyillər. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını azad edib Dağlıq Qarabağa yüksək muxtariyyətlə kifayətlənməklə həm özünü xilas etmək imkanı qazanacaq, həm regional layihələrə qoşula biləcək, həm də Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrini bərpa edəcək.

Rəcəb Təyyub Ərdoğan Vladimir Putinə “böyük sülhün” bu üstünlüklərini anlatmağa çalışacaq. Ancaq Türkiyə Cumhurbaşqanının Putınlə müzakirə edəcəyi başqa mövzu da var.

Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” layihəsi sürətlə irəriləyir və boruların böyük hissəsi artıq Qara dənizin dibinə döşənib. Ərdoğan Putindən xahiş etmək istəyir ki, Rusiya Xəzərin dibinin dibi ilə də boru xəttinin inşasına mane olmasın və Türkmənistan qazı Azərbaycan və Türkiyə üzərindən Avropaya daşına bilsin. Ərdoğan Kremlin “Xəzərin dibindən boru xəttinin çəkilməsi ekologiyaya zərər vura bilər” bəhanəsindən imtina edəcəyinə ümidlidir. Rusiya Şimal dənizinin və Qara dənizin dibi ilə boru xətti çəkirsə və bu ekologiyaya heç bir zərər vurmursa, Xəzərin dibi ilə çəkilən boru xətti niyə ekologiyaya zərər vurmalıdır?

Sadəcə Kremlı Türkmənistan qazının TAP və TANAP boru xətləriylə daşınmasını istəmir. Yeganə izah budur. Ancaq Avropa bazarı böyükdür və hamının qaza ehtiyacı var. Digər tərtəfdən Avropa Rusiyanın qaz bazarından asılılığını azaltmaq istəyir və bunu Kremldə də bilirlər. Rusiya öz qazının tamamını Avropaya sırımaqda çətinlik çəkir. Brüssel də Ankara kimi istəyir ki, Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınsın. Xəzərin dibi ilə boru xəttinin tikintisinə süni əngəllər yaratmaq Putinin özünün səsləndirdiyi yanaşmaya ziddir. Rusiya prezidenti hər zaman deyir ki, azad rəqabətin tərəfdarıdır. Putin bu cümləni tez-tez ona görə təkrarlayır ki, ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb özünün sıxılmış qazını satmaq istəyir. Demək məntiqlə Putin başqalarına da öz qazını Avropaya çatdırmaqda mane olmamalıdır. Yoxsa onun tənqid etdiyi Vaşinqtondan fərqi olmayacaq.

Putinin Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsini həll edək, bu hamının xeyrinədir” təklifinə necə cavab verəcəyi yuxarı-aşağı bəllidir, şərtlər ortadadır, Türkmənistan qazının Avropaya çatdırılması məqsədilə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyinə necə cavab verəcəyi haqqında isə səhih məlumat yoxdur. Ancaq şübhəsiz Putin bunun qarşılığında da Ərdoğandan nəsə istəyəcək və bu istək miqyasına görə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyindən az olmayacaq.

Beləliklə, növbəti Ərdoğan-Putin görüşünə hər iki tərəf ciddi hazırlaşır. Ərdoğan hər iki təklifiylə bağlı Putindən müsbət cavab alarsa bu, bölgədə radikal dəyişikliklərə yol açacaq. Əks halda vəziyyət dəyişməyəcək, adəti üzrə atəşkəs intensiv pozulacaq, snayperlər həmişəki kimi işləyəcək, müharibə ehtimalı da azalmayacaq.

Ərdoğan Putinlə görüşdən sonra böyük ehtimalla azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək ki, Kreml sahibi ilə danışıqlar barədə onu məlumatlandırsın. Eyni məntiqlə də Putin erməni həmkarı Serj Sərkisyanla görüşəcək. Çünki bu dəfə görüş Cənubi Qafqazdakı problemlərin kompleks həllinə həsr olunub. Bölgədə sabitliyin, davamlı inkişafın və əməkdaşlığın təminatı üçün optimal həll variantı aşağıdakı kimidir:

Birincisi, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilir, rayonlar boşaldılır və məcburi köçkünlər geri qayıdırlar, bölgədə geniş tərkibli sülhməramlı qüvvələr yerləşdirilir, Dağlıq Qarabağ erməniləri ya geniş muxtariyyətə, ya da “aralıq statusa” malik olurlar.

İkincisi, birinci şərtin yerinə yetirilməsi Azərbaycanın və Türkiyənin Rusiya ilə regional əsasda əməkdaşlığını gücləndirir;

Üçüncüsü, Ermənistanın təcridinə son qoyulur və bu ölkənin regional layihələrdə iştirakı təmin edilir. Bu mənada Rusiya-Azərbaycan-Ermənistan dəmiryolunun bərpası da müzakirə oluna bilər;

Dördüncüsü, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilişinə mane olmur və Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınır.

Bu planın işləməsi üçün Kreml Ərdoğanın təklifləriylə razılaşaraq İrəvana təsir etməli və enerji bazarında azad rəqabətə üstünlük verdiyini göstərməlidir. Seçim Putinindir.

“Atlas” Araşdırmalar Mərkəzi
OXŞAR MÖVZULAR