Impera

XƏBƏR LENTİ
16:21Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb16:11Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib15:58AzTU-nun nümayəndə heyəti Almaniyada keçirilən beynəlxalq konfransda iştirak edib15:49AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir14:53Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib14:38Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib14:26Stomatologiyanın tədrisində yenilik tətbiq olundu14:15“Sağlam məktəbli” layihəsi davam edir13:43Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi13:29Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır13:12KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb13:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır12:45Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdiriləcək12:30Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb11:24Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib11:10Müəllimlər üçün seminarlar keçirilir11:00Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək10:50Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib10:45Təsərrüfat sahiblərinə "Fermer kartı"nın verilməsinə başlanılıb10:16Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər09:36Atəşkəs rejimi 27 dəfə pozulub18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (295)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Səudlarda “update”

08 noy 2017, 11:00   
Səudlarda “update”


Newscenter.az.8.11.2017.
Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili “yenilənmə” kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, çünki bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu. Dəyişikliyin əsası isə hələ iyun ayında qoyulmuşdu. Həmin zaman Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırdı və yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi.

Diqqətli oxucularımız xatırlayırsa, elə o zaman da birmənalı şəkildə vurğulamışdıq ki, vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət göstərəcəyinin əlaməti kimi qiymətləndirilə bilər.

Məhəmməd bin Salman İrana qarşı daha sərt mövqeyi ilə seçilən bir vəliəhddir. Qətər böhranının davam etdiyi və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin daha kəskin şəkil aldığı bir vaxtda vəliəhdin dəyişməsi sıradan bir hadisə deyildi.Yəni bunu yalnız ailədaxili rəqabət kimi qiymətləndirmək olmazdı. Bu həm də İslam ummasının içində ciddi siyasi və ideoloji gücü və dayaqları olan bir ölkənin xarici siyasətinin dəyişəcəyi ilə bağlı ciddi mesaj idi. Bu ilk növbədə İrana münasibətdə özünü göstərəcəkdi. Belə də oldu. Bu barədə hələ qabaqda danışacağıq...

Lakin yeni və regionda itirilmiş mövqelərin qaytarılmasını hədəfləyən sərt xarici siyasət kursunun davamlı və əsaslı olmasını şərtləndirən ən vacib məqam, şübhəsiz ki, daxildə münbit mühitin təmin edilməsidir. Beləliklə də Məhəmməd bin Salmanın “korrupsiya ilə mübarizə kampaniyası” start götürmüş oldu: 10 şahzadə və 12 keçmiş nazir həbs edildi. Həbs edilənlər arasında istər hərbi dairələrdə nüfuzu (Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və hərbi dəniz donanmasının komandanı, admiral Abdullah ibn Sultan ibn Muhəmməd əl-Sultan), istərsə də ciddi iqtisadi kapitalı olan (Vəlid bin Talal, Məhəmməd əl-Amudi, Saleh Kamil, Süleyman əl-Rajhi, Bəkr bin Ladi) şahzadələr, yəni həm də taxta gedən mürəkkəb yolda rəqiblər də var. Hələ bu azmış kimi, vertolyot qəzasında ölən şahzadə (Mənsur bin Muqrin) də var, onu həbs etməyə gələn təhlükəsizlik qüvvələri ilə mühafizəçilər arasında çıxan qarşıdurma zamanı öldüyü bildirilən şahzadə (Əbdüləziz bin Fəhd) də. Və bütün bu olanların fonunda Amerikanın dövlət orqanları, xüsusilə də hərbi və kəşfiyyat strukturlarının hər zaman dəstəyini qazanmış olan məhşur “Vaşinqton Post”da vurğulanır ki, ibn Salman yeni ölkə yaratmaq niyyətindədir.
Səudlarda “update”

Hazırda Səudların daxilində baş verənləri belə xarakterizə etmək olar: Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemi tamamən sırada çıxarılır. Şahzadə ailədəki siyasi rəqiblərini sürətlə zərərsizləşdirərək, icraedici hakimiyyəti ələ keçirir və öz sistemini formalaşdırır. Şübhəsiz ki, bu zaman amerikalıların baş verən dəyişiklikləri dəstəkləməsi də ön plandadır. Tramp vəliəhdi övgü ilə təqdim edir. Amerikalılar qarmaqarışıq Yaxın Şərqə yeni siyasi lider və ölkə hazırlamaqdadırlar. Şahzadə Məhəmməd təqribən 20 gün əvvəl nüfuzlu “The Guardian”a müsahibəsində bildirir ki, Ərəbistan vaxtilə olduğu kimi mülayim, bütün dünyaya və dinlərə açıq olan İslama qayıdır. Əslində şahzadənin ölkənin “mülayim islama keçəcəyi” barədə çıxışı yeni imicin vacib elementidir. Təbii ki, bu imici möhkəmlətmək üçün icraatlar da var: uzun illərdən sonra qadınlara seçkilərdə iştirak hüququ verilir, qadınların avtomobil sürməsinə icazə verilir və s.

Şübhəsiz ki, daxildə gedən bu dəyişiklikər istər-istəməz öz xarici təsirlərini də göstərmiş olur. Diqqət edin: Səudların daxilində korrupsiya həbslərinə paralel olaraq İranın dəstəklədiyi Husilər Yəməndən Səudlara ballastik raket “yollayırlar”. Və bütün bunlar isə Livanın baş naziri Saad Haririnin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlaması, İranın bölgədəki siyasətini və Livandakı "Hizbullah" hərəkatını ciddi tənqid etməsi, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham etməsi fonunda baş verir. Və ən maraqlısı bütün bunlardan sonra, livanlı eks-baş nazir, Qətər böhranından bu yana Yaxın Şərqin az qala “boz kardinalı” funksiyasını yerinə yetirməkdə olan Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Bu həmin BƏƏ-dir ki, Qətər böhranında da bütün ipləri öz əlində cəmləşdirmişdi və Amerikanın ərəb dünyasında faktki olaraq ciddi strateji müttəfiqi hesab edilir.
Səudlarda “update”

Əslində ilk baxışda “ərəb saçı” kimi qarışıq olan son ərəb hadisələri, regionda yeni siyasi dövrün başlanğıcının göstəriciləridir. Bölgədə mövqelərini gücləndirməyə müvəffəq olmuş İran və eləcə də son manevrləri ilə üstünlüklər əldə etmiş Türkiyəyə alternativ və eləcə də İslam sivilizasiyasında ənənəvi umma rəqabətində ərəb dünyası tərəfindən birmənalı dəstəklənməsi gözlənilən Səudlar yenilənmiş şəkildə meydana çıxmaqdadırlar. Bu həm “şiə inqilabı”nın ixracatçısı olan İrana qarşı ənənəvi sünni cameənin dəstəkləyəcəyi qüvvə olmalıdır, həm də neo-osmançılıq vurğusana üstünlük verən rəsmi Ankaraya qarşı neo-Xilafət ənənəsini ortaya qoyacaq peyğəmbər əmanətinin “qoruyucuları” kimi özünü təsdiq edə bilməlidir. Təbii ki, Qərbə də yönəlik mesaj var: mülayim islam.

Bir sözlə müasir proqramçıların dili ilə desək, səudları “update” edirlər, ne deyirik, xeyirli olsun...
Vüqar Zifəroğlu
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri
OXŞAR MÖVZULAR