Impera

XƏBƏR LENTİ
14:30Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı14:06İyunun 22-də “Açıq qapı” günü keçiriləcək14:03338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib13:42Türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib-VIDEO13:13Həbsxana satışa çıxarıldı12:53Bu yollarda rəngləmə işləri aparılacaq12:45300 məktəbə yeni direktor təyin edilib12:40“Virtual Qarabağ” IKT Gənclər ictimai birliyi və Google şirkətinin Google Mədəniyyət İnstitutu tərəfdaş oldu12:30Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib12:25“Carlsberg Azerbaijan” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı12:192018-2019-cu tədris ilində 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib12:06“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi11:55165 mindən çox uşaq birinci sinfə gedib11:30AQTA enerji içkiləriiləbağlı qaydaları müəyyənləşdirdi11:17“Türk Hava Yolları” yeni istiqamətlərə uçuşlar həyata keçirəcək11:00Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb10:55Böyük Britaniya dərgisində azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında məqalə dərc edilib10:30Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib10:13Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar09:55Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək09:432018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514 şagird bitirir09:25Düşmən 19 dəfə atəşkəsi pozub09:02Nazirdən məzunlara təbrik mesajı15:51“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib15:29Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilir14:5715 iyundan başlanan yol14:15Bakıda dağlıq ərazidə yanğın başlayıb14:00BŞTİ-nin tabeliyində 318 məktəb fəaliyyət göstərir13:40“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər keçirilir13:3150 minə yaxın müraciət daxil olub13:11Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO13:00Ola bilsin Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var12:54“Kaspersky Lab”: istifadəçilərin yalnız 28%-isənədlərinin təhlükəsizliyini yoxlayır və lazımi dəyişikliklər edir12:49“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb12:22Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?10:14Paytaxt təhsili 2018-2019-cu tədris ilini uğurla başa vurur10:00Energetika Nazirliyinin rəhbərliyi şimal zonasında vətəndaşları qəbul edəcək09:50AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?09:37Atəşkəs rejimi 15 dəfə pozulub09:00Fuad Muradov Latviyaya səfər edib08:50Doğum günün mübarək olsun, ŞƏHİD!08:43Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi08:30Türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib18:05Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib17:39Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib17:10AzTU Elmi Şurasının növbəti iclası keçirilib16:41Yevlaxda “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirili16:35Murad Köhnəqala həbs edilib16:26“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib16:10Komitə rəhbərliyi vətəndaşları qəbul edib16:00Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib15:46Bu günə qədər 235159 hektar sahədə taxıl biçini aparılıb15:35Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb15:11Naftalanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır14:51Energetika naziri Pərviz Şahbazov Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib14:45“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 135836 istehlakçıya xidmət edib14:30Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb13:52Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar konfransı və sərgisi keçirilir13:27Bu günə qədər gümçülər 313,13 ton yaş barama təhvil veriblər13:10Bu yollarda diqqətli olmaq tövsiyə edilir12:50Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib12:43“Təhsil Liqası”na yekun vurulub12:30Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb12:12Millət vəkili Eldəniz Səlimov seçicilərlə görüşüb12:05İngilis Dili Olimpiadası başa çatıb12:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur11:54Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb11:35Bərdədə pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib11:08Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib11:00Gənc bioloqların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib10:51Prezident İlham Əliyev təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib10:20Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb09:49Düşmən ərazilərimizə 8 mərmi atlb09:00Komitə sədri vətəndaşları qəbul edib08:39Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib17:432019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub17:00Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib16:1218-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgilərinin açılışı olub15:52“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı Əlaqələndirmə Komissiyasının son toplantısı keçirilib15:40Beynəlxalq turnirin çempionları bəlli olub15:20Bakıda III Milli Mühasiblər Forumu keçiriləcək15:03Yeni vaqonlar artıq Bakıdadır14:50Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursuna göndərilib14:22Sabah 40 dərəcə isti olacaq13:45Tovuzun daha bir yaşayış məntəqəsi qazlaşdırılır13:27“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir13:17Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib13:00Aİİ rektoru tələbə və valideynlərə müraciət etdi12:45Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın xilaskarı oldu.12:03Mini-futbol çempionatı başa çatıb11:55Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır11:45Təhsil nazirin müavini videoqəbul keçirəcək11:30O cəmiyyətlərdə ki din gəlir, pul mənbəyinə çevrilib.....11:24Gədəbəydə 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur11:14Müsabiqə-konfransın qalibləri mükafatlandırılıb10:56Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycan da təmsil olunacaq10:35Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək10:10Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib09:41Atəşkəs rejimi 16 dəfə pozulub09:00Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib-VIDEO
BÜTÜN XƏBƏRLƏR
İyun 2019 (308)
May 2019 (846)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sığorta sektorunda aparılan islahatlarla AtaSığorta ASC dinamik inkişafını davam etdirir

10 noy 2017, 10:53   
Sığorta sektorunda aparılan islahatlarla AtaSığorta ASC dinamik inkişafını davam etdirir


Newscenter.az.10.11.2017. “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Qoşqar Həsənov sığorta bazarında gedən proseslər, təmsil etdiyi qurumun bu istiqamətdəki fəaliyyəti və digər məsələlərlə bağlı geniş müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir.

-Qoşqar müəllim, bir sıra sığorta şirkətlərindən fərqli olaraq “AtaSığorta”nın yığımları bu il artmaqda davam edir. Bu nə ilə bağlıdır?


-2017-ci ilin 10 ayının sığorta sektoru üzrə statistikası açıqlanmadığı üçün 9 ayın rəqəmlərini paylaşmaq istərdim. Qeyd olunan dövrdə sığorta sektoru üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 414,4 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6,2% artım deməkdir. Lakin qeyd etmək lazımdır ki, artımın səbəbi həyat sığortası üzrə yığımların 31,1% artmasıdır.

2017-ci ilin 10 ayı ərzində “AtaSığorta” ASC üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 11,1 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 31,9% artım deməkdir. Satışların artmasının əsas səbəbi kimi əhatə dairəsinin genişlənməsini qeyd edə bilərik. Bu ilin ötən dövrü ərzində AtaSığorta satışlarını və xidmət nöqtələrinin sayını artırmağa müvəffəq olub. Şirkətimizin inkişaf proqramına uyğun olaraq, bu il ərzində bütün respublikanı əhatə etməklə filial və nümayəndəliklərin sayı 31-ə, satış ofislərinin sayı isə 64-ə çatıb və bu proses davam edir.

Bilirsiniz, insanlar sığorta şirkəti seçəndə imicə, güvənliyə, rahat və keyfiyyətli xidmətin alınmasına diqqət edirlər. Bu xüsusilə, avtomobillərin kasko sığortası, əmlak sığortası, tibbi sığorta və icbari sığortada özünü göstərir. Məsələn, ötən ilə nisbətən bizim tibbi sığorta, icbari sığorta və kasko sığortası üzə portfellərimizdə ciddi artım olub. Bu o deməkdir ki, artıq sığortanı alanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdısa və keyfiyyətə o qədər də diqqət etmirdisə, artıq onlar güvənli və xidmətə önəm verən şirkətə üz tutmağa başlayıblar.

-Artım icbari sığorta növlərinin hesabınadır?

Təbii ki, xeyr. Bu artım bir az öncə qeyd etdiyim könüllü və icbari sığorta növlərin payına düşür. Əslində könüllü sığortanı da iki yerə bölmək olar. Birincisi, adı könüllü olan - yəni daşınan və daşınmaz əmlakın girov sığortası olanlar, ikincisi isə sözün əsl mənasında könüllü olanlardır. Yəni vətəndaşlar öz əmlaklarını və nəqliyyat vasitələrini və digər sığorta risklərini özləri gəlib sığortalayırlar. Əsl könüllü hissədə artım var. Bu ilbəil müşahidə olunur. Doğrudur, hazırkı iqtisadi vəziyyət və insanların maddi durumu da buna təsir göstərir. Amma son 10 il ərzində burada artım müşahidə olunur. Yəni könüllü qaydada sığortalıların sayı azalmır. Son illər bütün növ könüllü sığortalarda dinamik artım hiss edilməkdədir.

-Sığorta bazarındakı son vəziyyətə baxmayaraq, 2017-ci ili “AtaSığorta” üçün uğurlu hesab etmək olarmı?

Bütün nəticələri ümumiləşdirsək, şirkətimiz cari ilin 10 ayını artımla, daha dəqiqi itkisiz başa vurub. Bundan əlavə, “AtaSığorta” 2017-ci ilin oktyabr ayında növbəti 3 il müddətinə “İntertek” şirkəti tərəfindən İSO 9001:2015 Beynəlxalq Keyfiyyət İdarəetməsi Sertifikatı alıb. Bu bizim daha bir uğurumuzdur.
Bütün bunlarla bərabər yenə də var gücümüzlə çalışırıq. Məsələn, bu il 3 yeni sığorta məhsulu hazırlamışıq. “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsulları artıq bazara təqdim edilib və hazırda bu məhsullara maraq getdikcə artır.

-Bildiyiniz kimi, sığorta bazarında çalxalanma bəzi şirkətlərin bağlanması, bəzilərinin birləşməsi ilə nəticələndi. Bununla belə digər şirkətlər arasında güclü rəqabət var. “AtaSığorta” bu rəqabətə davam gətirmək üçün nələri planlaşdırır?


Təbii olaraq, biz də sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. Ən azından strategiyamız və qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, növbəti il də könülü növlər üzrə ən azı 25-35 % artıma nail ola biləcəyik. Bunun üçün oktyabr ayından yeni məhsulların hazırlanıb sığorta bazarına təqdim olunmasına nail olmuşuq. “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsulları müştərilərimizin rahatlığı və istəklərinə uyğun hazırlanmışdır. Artıq, qeyd etdiyim məhsullara Bakı şəhəri və regionlarda olan müştərilərimiz ciddi maraq göstərirlər.

Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslərə yüksək səviyyəli sığorta xidmətləri göstərməklə onların təlabatına uyğun yeni məhsulu təqdim etməyi davam etdirməkdir.
-“AtaSığorta” qarşıdakı illərdə genişlənmə planını davam etdirəcəkmi?
Şirkətimizin strategiyasına uyğun olaraq, bu işlərimizi uğurla davam etdiririk. Müştəri sıxlığı və sığortaya tələb olan ərazilərə, təbii ki, bunun iqtisadi səmərəsini hesablayaraq qənaətə gəlirik ki, müştərilərin və hadisələrin sayını nəzərə alaraq, daha yaxşı xidmət göstərilməsi üçün filial və nümayəndəliklərin açılmasını məqsədə uyğun hesab edirik. Artıq Bakı şəhəri və regionlarda əsasən tam bir şəbəkə qurulmuşdur. Ehtiyac yarandıqda bu işlər davam etdirilməlidir.

-Müştərilərin diqqət yetirdiyi əsas məsələ sığorta ödənişin tez verilməsi və ya avtomobilin operativ şəkildə təmir edilməsidir. AtaSığorta hadisələrin tənzimlənməsini necə həyata keçirir?

Bakı şəhəri və regionlarda hər bir hadisəyə ən qısa zamanda çıxış imkanına malik olan qəza komissarlarımız sığorta hadisələrinin operativ tənzimlənməsi və araşdırılmasını həyata keçirir. Həftənin 7 günü, günün 24 saatı ərzində harada baş verməsindən asılı olmayaraq bütün hadisələr tənzimlənir. Həmçinin sığorta hadisəsi nəticəsində baş vermiş zərərlərin qiymətləndirilməsini 1-2 iş günü ərzində yerinə yetiririk. Müəyyən obyektiv səbəblərə görə bu müddətin uzanması baş verə bilər. Lakin hər bir halda müştəri və zərərçəkənlərin məlumatlandırılması və prosesin qısa müddətdə yekunlaşması üçün əlimizdən gələni edirik. Yekunda bütün məlumatlar proqram təminatı vasitəsilə elektron bazaya daxil olunur və insan amili minimuma endirilir. Sığorta hadisələrinin tənzimlənməsi prosesinin hər bir mərhələsində müştərilərimiz avtomatik olaraq məlumatlandırılır.

Bundan əlavə hər bir filial və nümayəndəliklərimizin bu işin təşkil olunması və texniki cəhətdən tam təchiz olunmasını həyata keçirmişik. Yəni, regionda baş vermiş hadisə ilə əlaqədar vətəndaşların Baş ofisə müraciət etmələrinə ehtiyac yoxdur. Standart hadisələr üzrə ödənişlərin müddəti 1-3 iş gününə tənzimlənir. Bu proseslərin yaxın gələcəkdə daha da optimallaşması üçün işlər aparılır.

-Bu gün sığorta bazarında maliyyə göstəriciləri, müştəri portfeli aşağı olan zəif şirkətlər hələ də qalmaqdadır. Sizcə, bu şirkətlərin bazarı tərk etməsi nəyi dəyişəcək?

-Əslində bu, sığorta sektorunda və maliyyə sahəsində baş verən proseslərlə əlaqədardır. Çünki, artıq sığortanın qloballaşması, sığorta fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və kapitallaşmaya olan tələbin artması rəqabətə davam gətirməyən bəzi şirkətlərin sektordan çıxmasına səbəb olur. Eləcə də bu özünü korporativ idarə etmənin tətbiqində və xidmət səviyyəsinin yüksəlməsində biruzə verir. Yəni, istənilən məsələdə müəyyən bünövrəsi olan şirkətin şansları daha böyükdür. İnsanlar sığortadan indiyədək necə istifadə edirdilərsə, bundan sonra da edəcəklər. Lakin perspektivdə sağlam sığorta mühitinin yaranmasından təbii olaraq bazarın bütün iştirakçıları xüsusən də geniş əhali kütləsi faydalanacaq. Sığorta artıq insanların maliyyə-təsərrüfat və şəxsi həyatının ayrılmaz və əvəzolunmaz bir tərkib hissəsinə çevrilməkdədir.

-Son iki ildəki iqtisadi vəziyyət sığortada da zərərliliyi xeyli artırıb.Necə hesab edirsiz, bu, icbari sığorta tarifləri artmasına təsir edə bilərmi?


Düşünürəm ki, hazırkı iqtisadi şəraitdə mövcud tariflər məqsədəuyğundur. Amma ümumi baxanda, hesab edirəm ki, sığorta şirkətləri xərclərin optimallaşdırılmasını səmərəli aparmaqla daha çox gəlir əldə edə bilərlər.

-Sığortaçılar növbəti dəfə Baden-Baden şəhərində toplaşmışdılar. Bu beynəlxalq simpoziumda “AtaSığorta” üçün yeniliklər nədən ibarət oldu?


22-26 Oktyabr tarixlərində Almaniyanın Baden-Baden şəhərində keçirilən ənənəvi illik təkrarsığorta simpoziumu çərçivəsində bir sıra broker və təkrarsığorta şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirildi. AtaSığorta şirkəti olaraq tədbirdə mən və Anderaytinq və Təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova təmsil etmişdik.

Burada təkrarsığorta şirkətlərindən A reytinqli VIG Re (Çexiya), Swiss Re (İsveçrə), Hannover Re və Munich Re (Almaniya), PolishRe (Polşa), Trust Re (Yunanıstan), Russian Re (Rusiya), Eurasia (Qazaxstan), Lloyd’s brokerləri olan MAI (Latvia), TürkerBroker (Türkiyə), “JLT” (Türkiyə nümayəndəliyi), AON Benfield nümayəndələri ilə təkrarsığorta işləri üzrə müzakirələr aparıldı.

Həmçinin, 22.10.2017-ci il tarixdə “AzRe Təkrarsığorta” ASC təkrarsığorta simpoziumunda 10 illik yubileyini qeyd edildi. Tədbirdə şirkətin yerli və beynəlxalq müştəriləri və partnyorlarının 240-dan çox nümayəndəsi iştirak etdi.

-Qoşqar müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı?


“AtaSığorta” şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə sizə təşəkkürümü bildirirəm. Təbii olaraq, biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq. Əlbəttə, mən mütləq bizim kollektivi qeyd etmək istəyirəm. AtaSığorta kollektivi hər zaman öz peşəkarlığı və məsuliyyəti ilə fərqlənib. Mən xüsusi olaraq bizim bütün əməkdaşları, əməkdaşlıq etdiyimiz agentlərimizi qeyd edərək onlara təşəkkürümü bildirmək istəyirəm.
NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR