17 noy 13:33iqtisadiyyat

Metro vaqonların təmiri sexi istifadəyə verilib

Metro vaqonların təmiri sexi istifadəyə verilib


Newscenter.az.17.11.2017. "Nərimanov" elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb.

Bu barədə məlumat Newscenter.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilib. Bildirilib ki, bununla, ən müasir tələblərə cavab verməklə inşa olunmuş sahə metropolitenin lokomotiv təsərrüfatında kəskin dönüş yaradacaq.

Uzunluğu 136 m, eni 24 m olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub. Sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub. Səhmdar Cəmiyyətdən bildirilib ki, bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.
Vaqif

XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu