17 noy 16:34iqtisadiyyat

Mingəçevir və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

Mingəçevir və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib


Newscenter.az.17.11.2017. Noyabrın 17-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevirdə sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarlar, Şəki nümayəndəliyinin təşkilatçılığ ilə isə Şəkinin I Biləcik kəndində aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün treninqlər keçirilib.

Newscenter.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətinin genişləndirilməsi məqsədilə keçirilən treninqlər “Made in Azerbaijan” brendi, marketinq, menecment, tütünçülük və baramaçılıq mövzularını əhatə edib.
Treninqlərdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, marketinq, bazar araşdırmalarının aparılması, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, tütün və barama istehsalında səmərəliliyin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlərdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.
A.Tağıyev
XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu