17 noy 15:15sosial

SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.

SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.


Newscenter.az.17.11.2017. Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, görüşdə AzTU-nun prorektoru İsa Xəlilov bildirib ki, SABAH qruplarında həyata keçirilən innovativ layihələr, ümumilikdə bu qrupların təşkili özlüyündə ali təhsil sistemi üçün müstəsna əhəmiyyət kəsb edir. Prorektor AzTU-nun SABAH qruplarında təşkil olunan tədrisin universitetin digər fakültələrini sağlam rəqabətə sövq etdiyini vurğulayıb.

Təhsil Nazirliyi SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə əvvəlcə SABAH-a yeni qoşulan tələbələri salamlıyıb və bu qrupların ilk məzunlarının uğurlarını qeyd edərək, layihənin əhəmiyyətindən danışıb.
Görüşdə layihənin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün tədris prosesinin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, SABAH qruplarında təhsil mühitinin yaxşılaşdırılması, dərs prosesinin xüsusi proqram əsasında təşkili, ingilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir.
Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib.
XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu