18 noy 09:55siyaset

Özbəkistanın müdafiə naziri Silahlı Qüvvələrin Hərbi Akademiyasında

Özbəkistanın müdafiə naziri Silahlı Qüvvələrin Hərbi Akademiyasında


Newscenter.az.18.11.2017.
Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizov və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Newscenter.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.

Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.
XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu