18 noy 16:00hadise

Polis saxta pul və civə aşkar edib

Polis saxta pul və civə aşkar edib


Newscenter.az.18.11.2017.
Newscenter.az-ın DİN Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz əməllərlə məşğul olan şəxsi saxlayıblar.

Əldə edilən məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm kənd sakini Bəhruz Nəbiyevin evində saxta pul və onları hazırlamaq üçün 12 ədəd bağlamada olan 200 ədəd qara rəngli kağız aşkarlanıb.

Bundan başqa, mənzilə baxış zamanı evin zirzəmisində 1 ədəd şüşə flakonda və 1 ədəd keramik qabda ümumi çəkisi 1 kiloqram 76.150 qram olan zavod üsulu ilə hazırlanmış, zəhərli və güclü təsiredici qüvvəyə malik civə də tapılıb.

Qeyd olunanları polis əməkdaşları maddi sübut kimi götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bəhruz Nəbiyevin saxta pulları və civəni əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində Şəmkir RPŞ-nin əməkdaşları istintaq əməliyyat tədbirləri həyata keçirir.
XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu