18 noy 22:13siyaset

Putin sonda ABŞ-la anlaşacaq

Putin sonda ABŞ-la anlaşacaq


Newscenter.az.18.11.2017.
"Türkiyənin hakim partiyasının Rusiya ilə strateji yaxınlaşması, Qərblə konflikti dərinləşdirməsi, çox ciddi problemlərə yol aça bilər. Putin çalışır ki, Türkiyəni mümkün qədər Qərbdən uzaqlaşdırsın. Buna da nail olur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Rusiya daimi dost dediklərini lazımi anda yarı yolda qoyub.

"Suriya problemində Putin sonda ABŞ-la anlaşacaq. Çünki, ABŞ-sız Suriya münaqişəsinin həlli mümkün deyil. Türkiyə rəhbərliyi NATO və ABŞ-la siyasi əlaqələri inkişaf etdirməli, dövlətlər arası münasibətlərə zərbə vuran bəyanatlara son verməsi mütləqdi".

Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə siyasətində korektlər etsə, ABŞ kürd terrorçularından dəstəyi kəsə bilər:

"Düzdür, ABŞ-ın Suriyada terrorçu YPG kürdlərini silahlandırması, Türkiyənin əleyhinədir. ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını Yaxın Şərqdə heçə sayır. Amma, burada Türkiyə hakimiyyətinin səhvləri də görünür. Türkiyə-ABŞ artıq müttəfiqlik əlaqələrinə kölgə salıblar. Baş nazir Binəli Yıldırımın ABŞ səfəri uğursuz oldu. AKP çünki, qoca vaiz, hərbi çevriliş cəhdində iddiham olunan, lakin sübut olunmayan Fətullah Gülən deyib durub".
XƏBƏR LENTİ
Paytaxtda bina uçdu
9-12-2017, 19:24

Paytaxtda bina uçdu