Impera

XƏBƏR LENTİ
18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (274)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçirilib

20 noy 2017, 15:13   
Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçirilib


Əli Həsənov: "Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır"

Newscenter.az.20.11.2017.
Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum işinə başlayıb.

Məlumata görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov, Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, həmçinin bir çox nüfuzlu beynəlxalq ekspertlər, siyasi xadimlər, sabiq ölkə prezidentləri, baş nazirlər və parlament sədrləri iştirak edirlər.

Ə.Həsənov tədbirdə çıxışı zamanı qeyd edib ki, bugünkü forum müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunub: "Azərbaycan hökuməti adından mövzu ilə bağlı bəzi fikirlərimi diqqətimizə çatdırmaq istəyirəm. Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur".

Prezidentin köməkçisi bildirib ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon km² ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşahidə olunur:

"Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir. "Soyuq müharibə"nin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır".

Ə.Həsənov vurğulayıb ki, bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər:

"Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquqi normalar çərçivəsində həlli üçün səylərini artırmalıdır".

O əlavə edib ki, hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir: "Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma, "Dağlıq Qarabağ" rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüquqi prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir".

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir: "Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir".

Prezidentin köməkçisi bildirib ki, millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir: "Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir.

Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. "Qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər".

Ə.Həsənov deyib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənir.

O qeyd edib ki, 2007-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi "Cənub Qaz Dəhlizi"nin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan yalnız Aİ-nin enerji təminatı və təhlükəsizliyi baxımından, habelə "Qonşuluq siyasəti"nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur:

"Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq".

Ə.Həsənov təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: "Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər.

Çıxışımın sonunda bildirmək istərdim ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir. Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir".

Tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunur
OXŞAR MÖVZULAR