Impera

XƏBƏR LENTİ
16:21Azərbaycanda ilk: Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb16:11Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib15:58AzTU-nun nümayəndə heyəti Almaniyada keçirilən beynəlxalq konfransda iştirak edib15:49AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir14:53Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib14:38Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib14:26Stomatologiyanın tədrisində yenilik tətbiq olundu14:15“Sağlam məktəbli” layihəsi davam edir13:43Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi13:29Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır13:12KOBİA və UNEC arasında Anlaşma Memorandumu imzalanıb13:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır12:45Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdiriləcək12:30Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisi açılıb11:24Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib11:10Müəllimlər üçün seminarlar keçirilir11:00Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək10:50Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib10:45Təsərrüfat sahiblərinə "Fermer kartı"nın verilməsinə başlanılıb10:16Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər09:36Atəşkəs rejimi 27 dəfə pozulub18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (295)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb

30 noy 2017, 14:37   
Əlillərin stolüstü idman oyunları  üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb


Newscenter.az.30.11.2017. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil etdiyi Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb və 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib.

Newscenter.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial müdafiə sahəsinə diqqət və qayğısının əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verdiyini vurğulayıb: “Cənab Prezidentin “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” sözləri bu gün əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılması üçün aparılan işlərin əsas məramını ifadə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti əlilliyi olan şəxslərin istedadlarının, bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına yönəlib. Nazirlik tərəfindən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə hər il üçün təsdiqlənən Proqramlarda bununla bağlı mütəmadi olaraq tədbirlər əksini tapır. Həmin proqramlar əsasında qeyd olunan insanların tətbiqi sənət və bədii yaradıcılıq, həmçinin stolüstü idman növləri üzrə bacarıqlarını nümayiş etdirmələri üçün hər il noyabr ayında ümumrespublika səviyyəli müsabiqələr, yarışlar təşkil olunur və ənənəvi olaraq Beynəlxalq Əlillər günü ərəfəsində bu müsabiqə və yarışların qaliblərinin mükafatlandırılması tədbirləri keçirilir”.

Nazir bildirib ki, qeyd olunan Proqramlardan əlavə, eyni zamanda nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə reabilitasiyasına cəlb olunmuş gənclərin, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindəki uşaqların, ayrı-ayrı əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin ictimaiyyətə təqdim edilməsi üçün müxtəlif məkanlarda tez-tez sərgilər də təşkil olunur. Cəmiyyət tərəfindən rəğbətlə qarşılanan bu kimi tədbirlər əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara öz istedadları müqabilində ictimai-mədəni həyatda fəal iştirak imkanı da qazandırır: “Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışları da hər üç ildən bir təşkil olunur. Bu yarışlarda ölkənin bütün rayon və şəhərləri üzrə əlilliyi olan şəxslərin və sağlamlıq imkanı məhdud uşaqların iştirakı təmin edilir. Məqsədimiz həmin insanların cəmiyyətə inteqrasiyasının, idman bacarıqlarının dəstəklənməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, onlarda özünəinam hissinin artırılmasıdır”.
Əlillərin stolüstü idman oyunları  üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb


Tədbirdə iştirak edən yunan-Roma güləşi üzrə Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə idman hərəkatının getdikcə gücləndiyi şəraitdə əlilliyi olan şəxslərin də idmana maraqlarının artırılması və idman bacarıqlarının üzə çıxarılması üçün təşkil olunan tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

İkiqat Paralimpiya Oyunları və ikiqat dünya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev əlilliyi olan şəxslərin idmana cəlb edilməsinin həmin insanların idmanın bu və ya digər növündə potensial imkanlarının aşkar edilməsində mühüm rol oynadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin çox önəmli olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər Beynəlxalq Əlillər günü ərəfəsində təşkil olunan bu tədbirin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə diplom və mükafatlar, yarışların final turunun digər iştirakçılarına da pul mükafatları və təşəkkürnamələr təqdim olunub.
Əlillərin stolüstü idman oyunları  üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb

Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunub. Nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi (armrestlinq) idman növləri üzrə keçirilən yarışların zona turnirlərində ölkəmizin bütün bölgələri üzrə ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Onlardan 108 nəfər fərqlənərək final mərhələsində iştirak hüququ qazanıb. Dama, şahmat, stolüstü idman növləri üzrə yarışlar həm qadınlar, həm də kişilər arasında, nərd və qol güləşi (armrestlinq) idman növləri üzrə yarışlar isə yalnız kişilər arasında keçirilib.
Eyni zamanda, tədbirdə “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən Türkiyədəki müvafiq reabilitasiya mərkəzlərində təcrübə səfərində olaraq, Avropa İttifaqının Avropa Könüllülük Proqramı Çərçivəsində keçirilən “Əngəlsiz Gülümsə” layihəsində iştirak etmiş 10 nəfər sağlamlıq imkanları məhdud gəncə sertifikatlar verilib.
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, onların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün aparılan işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Anar Tağıyev
OXŞAR MÖVZULAR