Impera

XƏBƏR LENTİ
16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (342)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

01 dek 2017, 11:37   
Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib


Newscenter.az.1.12.2017. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernis, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik BMT-nin Konvensiyasına uyğunlaşdırılır


Konfransda çıxış edən S.Müslümov ölkəmizdə əlilliyin qarşısının alınmasının, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının, onların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir bildirib ki, 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulan Azərbaycanda müvafiq sahədə qanunvericiliyin və praktiki icra mexanizmlərinin həmin sənədə uyğunlaşdırılması üçün mühüm işlər görülüb: “Təsadüfi deyil ki, Konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə müsbət dəyərləndirilib”.
S.Müslümov qeyd edib ki, Konvensiyada müəyyən edilən öhdəliklərin səmərəli icrası məqsədilə aidiyyəti dövlət qurumları və QHT-lərin təmsil olunduğu İşçi Qrup fəaliyyət göstərir. Bu Qrupun əsas vəzifəsi əlillərin hüquqlarının müdafiəsi üzrə plan və strategiyaları əlaqələndirmək və icrasını təmin etməkdir. Konvensiyanın nəzərdə tutulan müstəqil monitorinq mexanizmi funksiyaları isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həyata keçirilir”.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanır

Nazir hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsində əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin, dövlət təminatlarının, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, onların məşğulluğu və s. kimi məsələlərin əhatə olunduğunu diqqətə çatdırıb: “Həmin qanun layihəsinə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin təcrübəsində ilk dəfə olaraq münasibət bildirilib və bu təcrübə digər ölkələrə də tövsiyə olunub. Hazırda qanun layihəsinin üzərində son araşdırmalar aparılır”. S.Müslümov vurğulayıb ki, qanunvericiliyin təkmilləşdirilməsi işlərində əlil ictimai təşkilatlarının da yaxından iştirakına şərait yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihəsinin hazırlanmasında və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında fəaliyyət göstərən İctimai şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ki, onlardan 7-si əlil ictimai birlikləridir.

Məşğulluq orqanları tərəfindən bu ilin 10 ayında 400 nəfər əlilliyi
olan şəxsin məşğulluğu təmin olunub

Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin yolverilməz olduğunun milli qanunvericilikdə aydın şəkildə təsbit olunduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, əlilliyi olan şəxslərin məşğulluğunun stimullaşdırılması da daim diqqətdə saxlanılır. S.Müslümov əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində də əksini tapdığını bildirib. O, 2017-ci ilin sentyabr ayında icrasına başlanan və dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədi daşıyan tvininq layihəsində həmin insanların məşğulluğunun təşviqi üzrə yeni xidmətlərin təmin edilməsi üzrə vacib modulun nəzərdə tutulduğunu qeyd edib: “Müvafiq sahədə aparılan işlərin davamı kimi, nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 10 ayında 400 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin olunub, 70 nəfər əliliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib. Özünüməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir. Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri Mərkəzdə 1285 nəfər bu təbəqədən olan gənc yeni peşələrə yiyələnib”.

Sosial təminat sistemi ilə əhatə edilənlərin mühüm
hissəsi əlilliyi olan insanlardır


Ölkədə pensiya ilə təmin olunanların 29 faizini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilənlərin 72,3 faizini əlilliyi olan şəxslərin təşkil etdiyini diqqətə çatdıran S.Müslümov bildirib ki, aylıq sosial müavinət ödənilənlərin də 60,8 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müharibə və Çernobıl AES əlillərinin ümumilikdə 15,8 min nəfər uşağına aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət də verilir. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillərdir. Həmçinin indiyədək 5,9 min nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.

Cari ildə bərpa mərkəzlərində 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib


Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə tibbi-sosial reabilitasiya infrastrukturu təkmilləşdirilir. Hazırda nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti vardır və digər bərpa müəssisələrimizdə də bu istiqamətdə işlər davam etdirilir”. Aparılan işlərin davamı olaraq, bu ilin 10 ayı ərzində nazirliyin reabilitasiya müəssisələrində əliliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib. Bu təbəqələrdən olan insanlar 25,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib. Bakının Zabrat qəsəbəsində yaradılan Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi də qeyd olunan təbəqəyə aid şəxslərin sosial və peşə-əmək reabilitasiyasının həyata keçirilməsi baxımından mühüm önəm kəsb edir.
Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 4046 nəfər uşağın sosial reabilitasiya yönümlü xidmətlərlə təmin olunduğunu qeyd edən nazir bildirib ki, onlardan mühüm bir hissəsi sağlamlıq imkanları məhdud uşaqlardır. Evlərində səyyar formada sosial xidmətlərlə təmin olunan 11,2 min nəfər şəxsin də bir hissəsi əlilliyi olan şəxslərdir: “Əlilliyi olan şəxslərin istirahətlərinin təşkili də aparılan işlər sırasındadır. Bu işlərin davamı olaraq, cari ildə 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib”.
Nazir əlilliyi olan şəxslərlə bağlı Heydər Əliyev Fondu tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb: “Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti, habelə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində Regional İnformasiya Mərkəzləri, Bakıda isə Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb”.

İnfrastruktur obyektlərinin əlilliyi olan insanlar üçün əlçatanlığının təmin edilməsi aktual məsələlərdəndir


S.Müslümov infrastruktur obyektlərinin əlilliyi olan insanlar üçün əlçatanlığının təmin edilməsinin aktual məsələlərdən olduğunu, bu məsələnin həlli ilə bağlı qanunvericilik əsaslarının təkmilləşdirilməsi istiqamətində işlərin görüldüyünü bildirib: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyekti (layihələndirilmə və tikilmə zamanı) əlilliyi olan insanların və hərəkət imkanları məhdud digər şəxslərin ondan istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli Sərəncamına əsasən respublika ərazisində şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin yenidənqurulması və yenilərinin layihələndirilməsi, planlaşdırılması, tikintisi və abadlaşdırılmasına olan əsas tələb və qaydaları tənzimləyən normalarda həmin şəxslərin həyat fəaliyyəti üçün müvafiq əlverişli şərait yaradılmasına dair müddəalar nəzərdə tutulub. Bu sahədə beynəlxalq norma və standartlar əsasında hazırda yeni qaydaların layihəsi də hazırlanır”.
Son illərdə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sisteminin əhəmiyyətini diqqətə çatdıran nazir bu sistemin əlilliyin qiymətləndirilməsinin obyektiv və şəffaf şəraitdə həyata keçirilməsini, aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsini təmin etdiyini bildirib: “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası, əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində tədbirlər qarşıdakı dövrdə də yüksələn xətlə davam edəcəkdir”, deyə S.Müslümov vurğulayıb.

Konfransda çıxış edən H.Rəcəbli əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi yönündə aparılan işlərdən bəhs edib, həmin şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının daim artırıldığını diqqətə çatdırıb. E.Karvardin və Z.Hernis BMT-nin müvafiq Konvensiyasından irəli gələn yanaşmaların milli qanunvericilikdə tətbiqi ilə bağlı Azərbaycanda görülən tədbirləri yüksək dəyərləndiriblər.
Daha sonra konfrans əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun moderatorluğu ilə işçi sessiya formatında davam edib. Sessiyada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada əlilliyə yeni yanaşma və Konvensiyanın ayrı-ayrı maddələri (o cümlədən bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi, təhsil, əlçatanlılıq, məlumatlılığın artırılması, əmək və məşğulluq, mədəni həyatda iştirak və s.) barədə təqdimatlar edilib, Konvensiyanın icrası üzrə qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.
Anar Tağıyev
OXŞAR MÖVZULAR