Impera

XƏBƏR LENTİ
16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (342)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib

13 dek 2017, 16:37   
İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib


Newscenter.az.13.12.2017. Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Əvvəlcə birgə foto çəkdirildi.

Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.

İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd etdi ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət etdi və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirdi.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. “Bütün ümmət biləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırdı. “Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, - deyən Mahmud Abbas vurğuladı ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.

İordaniya Kralı II Abdullah qeyd etdi ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirdi və qeyd etdi ki, bir neçə gün öncə Ərəb Liqasının İordaniyada keçirilən Zirvə görüşündə də vəziyyətin nə qədər təhlükəli olduğu bəyan edilib. “Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”, - deyən İordaniya Kralı əminliklə bildirdi ki, müsəlmanların Qüdsdə olan haqları əbədidir.

Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış etdi. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışdı, ABŞ Prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirdi. “Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”,- deyən Yusif Əl-Osaymin vurğuladı ki, təşkilata üzv ölkələr ABŞ-ın təktərəfli qəbul etdiyi bu qərara qarşı çıxmalı, Qüdsün xarakteri və ədalətin arxasınca gedən Fələstin xalqının hüquqları qorunmalıdır.

İran Prezidenti Həsən Ruhani bildirdi ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. ABŞ adminstrasiyasının bu yalnış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırdı. İran dövlətinin başçısı BMT qərarlarının da bu cür məsələlər qarşısında aciz qaldığını vurğuladı, bu toplantının ABŞ-a qarşı güclü qınama qərarı qəbul edəcəyinə əminliyini ifadə etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Bismillahir-rəhmanir-rəhim.

Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli baş katib.

Zati-aliləri.

Zirvə görüşünün iştirakçıları.

İlk növbədə fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.

Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.

Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.

Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.

Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Təşəkkür edirəm.

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarını açıqlayıb. Bu qərar təkcə müsəlman dövlətlərində deyil, dünyanın əksər ölkələrində ciddi etirazlarla qarşılanıb. Qərardan dərhal sonra İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikası bununla əlaqədar İƏT-in fövqəladə Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
İƏT-in Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib
OXŞAR MÖVZULAR