Impera

XƏBƏR LENTİ
19:22“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib19:05Müdafiə naziri bölmələrin döyüşə hazırlığını yoxlayıb18:43Ələt-Astara-İran ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolu yenidən qurulur18:38İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb18:30Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib18:13Metropoliten sərnişinlərə Milli Musiqi Günü sürprizi etdi18:03Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək17:47Dini Komitə və Dövlət Təhlükəsizlik Xidməti Ağsuda "Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğunu aşkar edib17:43Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb17:38İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib17:35Prezident Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayırıb17:19AQTA balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir17:04Azad Rəhimov Avstriyanın vitse-kansleri ilə görüşüb16:55Ağcabədinin su təchizatı və kanalizasiya sistemləri yenilənir16:12Moldova ilə əməkdaşlıq protokolu imzalanıb15:59Prezident Cavid Qurbanova "Şöhrət" ordeni verdi15:26AzTU-nun müətəxəsissləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar15:11Dövlət Komitəsindən diaspor təşkilatlarına səmərəli təklif14:40İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib14:25“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində14:05Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək13:59Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib13:44Azərbaycan gənclərinin Mərakeşə səfəri baş tutub13:36Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib13:35Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib13:11Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib13:00Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO12:45Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub12:30Prezident Masallı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib11:55Prezident Masallı rayonuna gedib11:44Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib11:20Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb10:40Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır-VİDEO09:20Ermənilər atəşkəs rejimini 85 dəfə pozub16:20Babək prospektində işlərin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulur16:09“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb15:47Səfir Daşqın Şikarov Xəlifə Fondunun baş direktoru Məhəmməd Haci əl Xuri ilə görüşüb15:33Beynəlxalq Atletika Federasiyası 1-ci dərəcəli lektorlar üçün seminar keçirib14:32Diaspor təmsilçisinə İtaliyada yüksək etimad14:23Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur14:12“Bilik günü” AzMİU-da qeyd olunub13:44Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir13:23ATU-da “Bilik günü” qeyd olundu13:07Bakının İrəvana son mesajı12:57489 namizəd uğur qazanıb12:40Bakıda keçirilən parad Ermənistada açıq hərbi dərs idi12:35Culia Gralou: "Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun"12:27Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır12:08Bu yolda rənglənmə işləri aparılacaq11:55İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub11:47Millət vəkili Kiyev Universitetinin tələbələri ilə görüşüb11:35Məktəblilər Avropa birinciliyinin qalibi olublar11:27Tələbə adını qazanan 1803 gənc Azərbaycan Texniki Universitetini seçib11:11Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi olub10:56Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:38Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər keçiriləcək10:17Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir10:00Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar09:40Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb09:30Atəşkəs rejimi 93 dəfə pozulub09:15Azərbaycanda məmur vəfat edib19:35İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib19:13Dövlət Fitosanitar Xidməti əhaliyə xəbərdarlıq edir18:37Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib18:32"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir18:27Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib18:18Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq18:11Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrılıb18:03Paytaxtda fəaliyyət göstərən bir sıra çörək istehsalı müəssisələrində nöqsanlar aşkar edilib17:37AQTA sahibkarlara müraciət etdi17:12Energetika Nazirliyi“Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib17:01İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib16:34İlqar Məmmədovun "demokartikliyi"16:12Təhsil naziri İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb16:02Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək15:25NATO Parlament Assambleyasının nümayəndə heyəti Energetika Nazirliyində olub15:00İnam Kərimov Salyanda vətəndaşları qəbul edib14:34Energetik içkilərə vergi tətbiq edilməlidirmi?14:22“Türk Hava Yolları” yeni uniformasını təqdim edib14:04Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilir13:45Nazir Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb13:27AzTU-da Tvininq layihəsi çərçivəsində görüş keçirilib12:58İlhaiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə tədbirlər həyata keçirəcək12:39Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib11:42Tanınmış jurnalist vəfat etdi11:24Göygöl rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib11:01Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib10:52Abonentlərin sayı 2 149 772-ə çatıb10:46İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib10:30Metropolitendə milli musiqi günü qeyd olunacaq10:17Dövlət Agentliyi Piran-Hamarat avtomobil yolu ilə bağlı məsələyə aydınlıq gətirdi09:55Azərbaycan Tibb Universitetində köklü islahatlar aparılıb09:40Atəşkəs rejimi 92 dəfə pozulub09:11Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır08:34Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub08:10"SpaceX" dünyada ilk dəfə Ayın ətrafına sərnişin aparacaq08:00Bu marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək17:23Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı tədbir keçirilib17:05Bilik Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondu birinci sinif şagirdlərinə məktəbli forması və məktəb ləvazimatları hədiyyə edib17:00Azərbaycan İlahiyyat İnstitutununprorektorları təyin edilib
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (239)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib

26 dek 2017, 19:55   
Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib


Newscenter.az.26.12.2017. Dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu.

Sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim etdi.

Mərasimdə çıxış edən Patriarx Kirill dedi:

- Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim. Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid Rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub.

Mən Sizə təşəkkürümü bildirərək Tanrıdan işlərinizə kömək, Sizə və möhtərəm həyat yoldaşınıza möhkəm cansağlığı, siyasi və peşəkar fəaliyyətinizdə uğurlar, bütün Azərbaycan xalqına firavanlıq diləmək istərdim. Bu görüşümüzə, Sizə öz ehtiramımı, minnətdarlığımı bildirmək və bu yüksək mükafatı təqdim etmək imkanına görə ürəkdən şadam.

x x x

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edərək dedi:

- Sağ olun, Zati-müqəddəsləri. Belə fəxri mükafata və fəaliyyətimi bu cür yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bu ordeni mənə Siz təqdim etdiyinizə görə xüsusi fərəh duyuram. Sizə səmimi qəlbdən təşəkkür edirəm, Sizə və Sizin yüksək missiyanıza sonsuz hörmətimi ifadə edirəm. Siz insanlara dini və mənəvi, düzgünlük və ədalət, humanizm və şəfqət, yaxşılıq etmək, adamlara kömək göstərmək kimi fundamental bəşəri dəyərləri çatdırırsınız. Biz Azərbaycanda Sizin ölkəmizə səfərinizi çox yaxşı xatırlayırıq. Biz Sizin mədəni və mənəvi irsin qorunmasındakı xidmətlərinizi, cəmiyyətdə qarşılıqlı anlaşmanın, qarşılıqlı hörmətin və həmrəyliyin bərqərar olmasına yönələn fəal sülhpərvər və maarifçilik fəaliyyətinizi yüksək qiymətləndiririk. Paytaxtımıza son səfəriniz zamanı Siz Təzəpir məscidini ziyarət etdiniz və Bakıdakı Müqəddəs Mirodaşıyan kafedral kilsəsində ibadət etdiniz. Bununla da Siz bir daha vurğuladınız ki, istənilən etiqad, istənilən din insanları birləşdirməyə və barışdırmağa xidmət edir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur.

Son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir. 2010-cu ildə bizim Vətənimizin paytaxtında Sizin də fəal iştirakınızla Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildi. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutdu. Bu il dekabrın 21-də “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında, müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi. Fürsətdən istifadə edib, bu konfransa göndərdiyiniz məktuba və Rus Pravoslav Kilsəsinin yüksək səviyyədə təmsil olunmasına görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir. Bizim çox böyük ortaq mədəni irsimiz var və humanitar sahədə əməkdaşlığımız hələ Azərbaycan və Rusiya eyni dövlətin hissələri olduğu illərdə formalaşıb. Çox sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra bu potensialı nəinki itirməyib, hətta əksinə, çoxaldıb. Bu gün Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Bizim ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyili yaranıb – bizdə Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Bu, bizim uğurlu əməkdaşlığımızın daha bir nümunəsidir.

Həştərxan vilayəti ilə bizim çox səmimi dostluq münasibətlərimiz var. Bu vilayət bizim dostumuz, qonşumuzdur və burada uğurlu əməkdaşlıq nümunələri çoxdur. 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar.

Zati-Müqəddəsləri, səmimiyyətinizə, mehribanlığınıza görə Sizə bir daha ürəkdən təşəkkür etmək, öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sizə səmimi salamını və ölkəmizə yenidən səfər etməyə dəvətini çatdırmaq istəyirəm. Sizə əmin-amanlıq, firavanlıq, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Çox sağ olun.

x x x

Patriarx Kirill: Çox sağ olun. Bu səmimi və çox düzgün, gərəkli, dəyərli informasiya ilə dolu sözlərinizə görə Sizə təşəkkür edirəm.

Birinci vitse-prezident: Mehriban Əliyeva: Sağ olun.

x x x

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xilaskar İsa Məbədi ilə tanış oldular. Bu məbəd Rus Pravoslav Kilsəsinin baş məbədidir. XIX əsrdə inşa edilmiş məbəd ötən əsrin 90-cı illərində yenidən bərpa olunub. Hazırda məbəddə Rusiya üçün dini baxımdan əhəmiyyətli tədbirlər keçirilir.

Xatırladaq ki, 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.
Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib
OXŞAR MÖVZULAR