Impera

XƏBƏR LENTİ
15:05Suraxanı rayonunda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib14:45Azərbaycan Texniki Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib14:30ATU-da beynəlxalq elmi-praktik konfrans keçirilib14:04ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etmək istəyir13:55NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub13:45Türkiyə nümayəndə heyətinin səfəri başa çatıb13:25Türkiyə tarixində əlamətdar hadisə12:53Sabah yağış yağacaq12:43BNA yeni layihənin icrasına başlayıb-VIDEO12:26Münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur12:15Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib12:06Nazir vətəndaşları qəbul edib11:55Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub11:45Dövlət Aqrar Ticarət Şirkəti işçi axtarır11:30Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb11:16Anomaliyaların intellektul axtarışı və çevik nəzarət variantları: “Kaspersky Lab” biznes üçün qorunmanı təkmilləşdirdi11:02Deputat Aytən Mustafazadə milyonlara necə sahib olub?10:48DSX rəisi Rusiya ilə sərhəddə yerləşən sərhəd mühafizə orqanlarının döyüş fəaliyyətini yoxlayıb10:31Raket və artilleriya bölmələri döyüş atışları icra edib-VIDEO10:20Oqtay Şirəliyevin sonu yaxınlaşır, yüzlərlə xəstəxana Səhiyyə Nazirliyinin tərkibindən çıxarılır09:30Ermənilər 24 dəfə atəşkəsi pozub09:00Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib08:23Binəqədidə sahə müvəkkili cinayətkarı gizlədir?19:30AQTA sədri TİGEM nümayəndələri ilə görüşüb19:08Diasporla İş üzrə Dövlət Komitəsində xarici işlər nazirinin müaviniilə görüş keçirilib18:34Sumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb18:21Aİİ-də psixoloqla görüş keçirlib18:10İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb17:56Çəyirtkəkimilərə qarşı mübarizə işlərinə hazırlıqla bağlı toplantı keçirilib17:38Müdafiə naziri NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru ilə görüşüb16:59Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar16:34Azərbaycan İlahiyyat İnstitutunda "Açıq qapı" günləri başlayır16:18Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib15:52Təhsil naziri məktəb direktorlarını topladı15:21Qusarda yol tikintisinə üç milyon manat ayrılıb15:09Müasir çağrı mərkəzləri necə təşkil olunmalıdır?15:00Heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır14:45Rövşən Rzayev BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb13:21Formula-1 yarışları bu avtobusların hərəkət istiqamətini dəyişəcək12:55AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı12:32Paytaxtda müasir yol infrastrukturu yaradılır12:18Bu yollarda xətlənmə işləri aparılır12:05Yalandan və qərəzdən uzaq olmaq lazımdır12:00Nazir Biləsuvarda vətəndaşları qəbul edəcək11:45Avropa Gənclər Olimpiya Festivalına hazırlıq tədbirləri keçirilir11:27Şəhid ailələri və Qarabağ əlillərinin övladları üçün keçirilən sosial layihə başa çatıb11:06“Türk Hava Yolları” Birləşmiş Ərəb Əmirliyində üçüncü istiqaməti – Şarjanı uçuş əhatəsinə daxil etdi11:00Təəssüf ki, sağlam deyil, dövlətini, millətini satan, ədəbsiz müxalifətimiz var10:55Azərbaycanda yeni generasiya güclərinin yaradılması müzakirə edilib10:49"Aqrolizinq" ASC-nin kombaynları hansı fermerlərə xidmət göstərəcək?10:30Xətai rayonunda qaz kəmərləri yenidən qurulur10:05Elçin Quliyev Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb09:55Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib09:42Özünü millətin vəkili sayan, amma heç bir işə yaramayan adam kişilikdən danışmasın09:30Düşmən 21 dəfə atəşkəs rejimini pozub09:15Millət vəkili yubiley medalı ilə təltif edilib09:00ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb08:50Xanım hakimlər elə qanunsuzluğa imza atdılar ki....10:38Şabranın "Şahin"ləri zona mərhələsinin qalibi olublar10:00Müsabiqənin növbəti mərhələsi keçirilib09:24Atəşkəs rejimi 20 dəfə pozulub09:00Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır21:32Bakı, İstanbul, Ankara və İzmir təhsil idarələri arasında niyyət protokolu imzalanıb17:28Taksidə siqaret çəkənləri polis cərimələyəcək17:18Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib17:0920566 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib16:55Əli Kərimli və onun "muşketyor"ları siyasi iblisliklə məşğuldur16:45Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması yekunlaşıb16:34Şamaxıda bəndin uçması nəticəsində dəymiş ziyan aradan qaldırılır16:25Bərdədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə start verilir16:19AQTA və AQTİ heyəti Amerikada işgüzar səfərdə olub16:00BNA daha iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlayıb15:54“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində şahmat turniri keçirilib15:18Azərbaycan Beynəlxalq Su Həftəsində təmsil olunub15:03Özünü Azərbaycan demokratiyasının monopolisti kimi təqdim edən komsomolçu bəy14:46Radikalizmə qarşı mübarizəni ümumxalq işinə çevirmək vacibdir14:30Məktəb psixoloqların fəaliyyəti üçün əsasnamə yoxdur14:05Diplomatik savaş sonda Qarabağın ya sülh, ya da hərb yoluyla azad edilməsi ilə nəticələnəcək13:45Tovuzda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkar olunub13:34İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb13:20Kərimlinin Qərbə yaxın siyasətçi obrazı yaratmaq həvəsi13:06Bakıda nəhəng nəqliyyat qovşağı istifadəyə verildi12:5019,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib12:25Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib12:00Rektor dissertant və doktorantlarla görüşüb11:50Sabiq nazir Avropada milyonlara necə nail olub?11:30Sabunçuda abadlıq – quruculuq işləri aparılır11:08“Azərsu” rəhbərliyi Şamaxıda qəbul keçirəcək10:55Lerikdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib10:49Şamaxıda üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb10:35Binəqədidə Aprel zəfərinin ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib10:24Apelyasiya komissiyası fəaliyyətə başlayır10:00Heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər davam edir09:44Cocuq Mərcanlıda vətəndaşların qəbulu keçiriləcək09:22Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:16Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans keçirilir09:00Paytaxtda daha bir intihar hadisəsi18:45Azərbaycan Prezidenti: “Rusiya ilə əlaqələr çoxplanlıdır”18:35Daha iki rayonda azot gübrələrinin güzəştli şərtlərlə səyyar satışı keçirilib18:21Riqaya ixrac missiyası başa çatıb
BÜTÜN XƏBƏRLƏR
Aprel 2019 (312)
Mart 2019 (323)
Fevral 2019 (330)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bir təqvim ili - fəaliyyətin yekun hesabatı

28 dek 2017, 14:17   
Bir təqvim ili - fəaliyyətin yekun hesabatı


Newscenter.az.28.12.2017. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keyfiyyətli tədris, məktəblərin idarəolunması, səmərəli təhsil mühitinin formalaşdırılması, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə il ərzində çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb.

2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə BŞTİ və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanları səfərbər edilib.



BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.

2017-2018-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə keçirilib. Müvafiq müsabiqədə iştirak etmək üçün müraciət etmiş 1759 uşaqdan 1640-ı uğur qazanıb.

2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 694 uşaq qəbul olunub.

Birinci sinfə şagirdlərin elektron sistem vasitəsilə qəbulu ilbəil təkmilləşdirilir. Belə ki, ilk dəfə valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə yerinə yetiriblər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb olunmayıb. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” Liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələri qeydə alınıb. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilib.
Bir təqvim ili - fəaliyyətin yekun hesabatı

2017-ci ildə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilib. BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24 129 uşaq təhsil alır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır.

2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, 5 yaşlıların 65 faiz həddinə çatdırılıb.

Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha peşəkar və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları keçirilib. Təlimlərdə 870 ibtidai sinif müəllimi iştirak edib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib.

Bu il ilk dəfə olaraq attestatlar yeni qaydada verilib. “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na edilmiş dəyişikliyə əsasən, əvvəlki illərdən fərqli olaraq, ümumi orta təhsil haqqında sənəd şəhadətnamə deyil, attestat adlandırılıb. Həm ümumi orta, həm də tam orta təhsil haqqında attestatlarda hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, yekun attestasiyanın nəticələri, tam orta təhsil haqqında attestatlarda isə bunlarla yanaşı şagirdin seçdiyi təmayül istiqaməti də qeyd edilib.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 1349 vakansiya təqdim olunub.

2017-2018-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsində zəruri keçid balını toplayaraq BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin fəaliyyəti aparılan monitorinqlər nəticəsində qiymətləndirilərək, onlar arasından 105 müəllimin çalışdıqları ümumi təhsil müəssisələrinə müddətsiz əmək müqaviləsi əsasında işə təyin edilməsinə Təhsil Nazirliyi tərəfindən razılıq verilib.

2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumi təhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublika daxili yerdəyişməsi çərçivəsində isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə dəyişdirilib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 391 nəfər, II turu üzrə 219 nəfər müəllim vəzifəsinə işə qəbul edilib.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 866 müəllim işə qəbul üçün göndərilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilib. Müsabiqənin müsahibə mərhələsində 90 nəfər uğurlu nəticə göstərib. Onlardan 30-nun təlim-tərbiyə işləri üzrə direktor müavini, 16-nın tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 27-nin psixoloq, 17-nin kitabxanaçı vəzifəsinə işə qəbulu yaxın günlərdə müvafiq qaydada həyata keçiriləcək.

BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu keçirilib. Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

2017-ci ildə ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, dövlət təltiflərinə layiq görülüblər. Belə ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 6 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Bu il gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 22 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
Bir təqvim ili - fəaliyyətin yekun hesabatı

Paytaxt məktəbliləri ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstəriblər. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu - 162 nömrəli məktəbin məzunu Mahirə Əsədzadə, 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 278 nömrəli tam orta məktəbin məzunu Pərvin Əhmədova, 111 nömrəli tam orta məktəbin məzunu İlhamə Hüseynova və 287 nömrəli “Zəkalar” liseyinin məzunu Nemət Yusifov bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.

Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 25-i qızıl, 3-ü gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2016-2017-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.

BŞTİ tərəfindən artıq 4-cü ildir ki, Könüllülük Proqramı həyata keçirilir. 2017-ci ildə 2 dəfə elan edilən Könüllülük Proqramına qoşulmaq üçün 381 müraciət daxil olub. Qeyd edək ki, BŞTİ tərəfindən həyata keçirilmiş birinci Könüllülük Proqramında 15, ikinci Könüllülük Proqramında 25, üçüncü Könüllülük Proqramında 35, dördüncü Könüllülük Proqramında 42 nəfər gənc seçilib. Hazırda davam edən beşinci proqrama isə 34 nəfər könüllü qoşulub. BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanan gənclərdən 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi il ərzində çoxsaylı layihələr həyata keçirib.

“Məktəb seminarları layihəsi çərçivəsində cari ildə iki dəfə görüşlər təşkil edilib. Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri və fənn müəllimləri əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər. Təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Təlimə Dəstək Mərkəzi tərəfindən 374 “Ən yaxşı dərs” dinlənilib. “Ən yaxşı dərs”lər I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunub. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilib.

“75 məktəb” layihəsi çərçivəsində keçirilən “Dəyirmi masa”lara paytaxtın bütün rayonları üzrə 600-dən çox iştirakçı qatılıb. Layihənin həyata keçirildiyi müddətdə IX sinif şagirdləri üçün vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarlar və IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər üçün maarifləndirici görüşlər təşkil edilib.

“Uğur üçün tədris” layihəsi BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. “Uğur üçün tədris” (SPEX) layihəsinə 56 pilot məktəb cəlb olunub. Layihənin ilkin mərhələsində paytaxt məktəbliləri və İngilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanları keçirilib. İmtahanlarda ümumilikdə 400 VII-VIII sinif şagirdi və 600 İngilis dili müəllimi iştirak edib. Layihə çərçivəsində dərs müşahidələri aparılıb, dil təkmilləşdirmə və metodologiya təlimləri keçirilib.

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi vasitəsilə məktəblilərin ali məktəblərə qəbul olunmasına və şəxsi inkişafına dəstək verilir. Aztəminatlı ailələrdən seçilən potensiallı gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək məqsədilə reallaşdırılan layihə əsasında 2017-ci ildə 125 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 82 nəfəri yüksək nəticə göstərərək dövlət hesabına təhsil alan tələbələrdir. Artıq 4-cü ildir ki, həyata keçirilən layihəyə 2017-2018-ci tədris ili üzrə 2100-dən çox şagird müraciət edib. Onlardan 240 məktəbli layihənin iştirakçısı adını qazanıb.

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı ”Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində 122 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Layihə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi və valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir. “Məktəblinin dostu” layihəsi çərçivəsində "ON/OFF" video müsabiqəsi, "Mənim sevimli müəllimim" şeir müsabiqəsi , "Səndən öyrəndim" videoçarx müsabiqəsi, “Şanlı bayrağım” adlı fotomüsabiqə, "Aprel döyüşləri şagirdlərin gözündə" inşa müsabiqəsi, "Unudulmaz filmlər" müsabiqəsi, "Nə? Harada? Nə zaman?" intellektual oyunu, məktəblilər arasında voleybol və şahmat turnirləri, güllə atıcılığı üzrə yarış, “Karyera planlama” və “Fövqəladə hallarda davranış qaydaları” mövzularında təlimlər keçirilib, müxtəlif qısametrajlı videoçarxlar hazırlanıb, fləşmoblar təşkil edilib. Bakı məktəbliləri “Məktəblinin dostu” və “ASAN könüllüləri” ilə birlikdə Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Eyni zamanda, “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi” təşkil olunub. Bakı şəhərindəki 18 ümumi təhsil məktəbini əhatə edən “Yay məktəbi” zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilib, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunub.

BŞTİ və ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşlığı çərçivəsində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 66 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb. Layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.
Bir təqvim ili - fəaliyyətin yekun hesabatı

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində hər təqvim ayında məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunub. Hər ayın yekunlarına görə, “Ayın ən qənaətcil məktəbi”, “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi”, “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”, “Ayın tədqiqatçı bioloqlar məktəbi”, “Ayın ən sağlam məktəbi”, “Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib.

IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi uğurla reallaşdırılıb. Layihə çərçivəsində respublikanın 54 rayon və şəhərlərinin 270 ümumi təhsil məktəbində pedaqoji kollektivin iştirakı ilə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva ağacı əkilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət hissinin oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə ümumi təhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi həyata keçirilib. Layihə çərçivəsində təşkil olunan ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edib. 39 ümumi təhsil müəssisəsini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində çoxsaylı ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi həyata keçirilib. Layihə çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi keçirilib, tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri görülüb. Məktəblərin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb, şagirdlərə sağlam qidalanma və məktəbdə qida rasionunun tərkibi haqqında biliklər öyrədilib.

Paytaxt məktəblərində “Çərşənbə iməcilikləri” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb. Habelə şagirdlərə çərşənbələrin mahiyyəti barədə geniş məlumat verilib.

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Dərslər paytaxtın 12 inzibati rayonu üzrə 37 mərkəzdə tədris olunub. Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumi təhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə, 22 453 XI sinif şagirdinə 264 dərs keçirilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslərin tədrisi ilə 150-dən çox müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki 150 məktəbdə “Məktəb icmaları” layihəsi həyata keçirilir. 2017-ci ildə paytaxt məktəblərində “Məktəb icmaları” layihəsi çərçivəsində müxtəlif müsabiqələr və layihələr təşkil edilib:

- “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” müsabiqəsi keçirilib. Valideynlərin məktəblilərin həyatında daha fəal iştirakının təmin edilməsi məqsədilə reallaşdırılan müsabiqədə valideynlər müxtəlif layihələr təqdim ediblər. Layihələrdən 10-u qalib seçilib.

- “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” layihəsi, eləcə də “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə “Birlikdə” jurnalı təqdim edilib. “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Kitabxanaçılar klubu yaradılıb. Kitabxanaçılar Klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan digər kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyyətinin inkişafı məsələlərini əhatə edir. Kitabxanaçılar Klubunun əsasını paytaxtın 68 ümumi təhsil məktəbində fəaliyyət göstərən 75 nəfər kitabxana işçisi təşkil edir.
Təhsil Nazirliyi, “British Council” təşkilatının və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün İngilis dili” layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edən layihə çərçivəsində Qaradağ inzibati rayonunda fəaliyyət göstərən 6 pilot ümumi təhsil məktəbinin İngilis dili müəllimlərinə “British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən tədris ili boyunca 120 saatlıq təlimlər keçirilib, onlayn dil və metodiki dəstək proqramı tədris olunub. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürülüb. Eyni zamanda, təlimçi İngilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunub, müəllimlərin dərsləri dinlənilənilib, onlara müvafiq dəstəkləyici rəylər verilib.
BŞTİ və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə ümumi təhsil müəssisələrində “İngilis dili mütəxəssisi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrində dərs müşahidələri aparılıb, İngilis dili müəllimlərinə, eləcə də TDM-in müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlara “Sinfin idarə olunması” komponenti üzrə təlimlər keçirilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi həyata keçirilib. Şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək kimi bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyan layihə çərçivəsində “Dəyirmi masa”lar keçirilib və klub rəhbərləri üçün təlimlər təşkil edilib. Layihə paytaxtın 34 məktəbini əhatə edib.
BŞTİ və Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə ümumi təhsil məktəblərində “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” pilot layihəsi həyata keçirilib. “Düşün, proqramlaşdır, öyrən!” devizi ilə həyata keçirilən layihənin əsas məqsədi proqramlaşdırmanı hamı üçün əlçatan etmək və proqramçı təfəkkürlü şəxsiyyətlər yetişdirməkdən ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsi həyata keçirilib. Layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir. Layihə çərçivəsində 258 psixoloq üçün Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu və Humel Psixologiya Mərkəzi tərəfindən təlimlər təşkil edilib.
Bir təqvim ili - fəaliyyətin yekun hesabatı

BŞTİ-nin “Caspian Development Bank (CDB)”la birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərində maliyyə savadlılığının artırılması istiqamətində layihə həyata keçirilib. “Öz gələcəyini qur” adlı layihə çərçivəsində VII-X sinif şagirdləri və onların valideynlərinə ailə büdcəsinin formalaşdırılması, qorunması və düzgün idarə olunması istiqamətində təqdimatlar edilib, interaktiv oyunlar keçirilib və bankın əməkdaşları tərəfindən maliyyə maarifləndirilməsi, iqtisadi və maliyyə savadlılığının artırılması, büdcəyə qənaət istiqamətində məlumatlar verilib.

Paytaxt məktəbliləri arasında “Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində məntiq yarışları keçirilib. Yarışlar məktəblilərdə məntiqi biliklərin genişləndirilməsi, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkara çıxarılması və onların elmə marağının daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 ümumi təhsil müəssisəsində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir. Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməkdən ibarətdir. Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilib. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir.
“İngilis dili resurs mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində İngilis dili resurs mərkəzləri yaradılıb. BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzlərində müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün Britaniya Şurası Təşkilatının təlimçiləri tərəfindən təlimlər və danışıq klubları təşkil olunacaq. Həmçinin, seçilmiş müəllimlər Böyük Britaniyada təcrübə keçmək imkanı da qazanacaq.
Bakı məktəblərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam Həmrəyliyi İli” çərivəsində “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında İslam dəyərlərinin roluna dair tədbirlər” layihəsi həyata keçirilib. Layihə çərçivəsində məktəb kollektivləri, valideyn komitə sədrləri və şagirdlərin iştirakı ilə görüşlər təşkil edilib. Müzakirə formatında həyata keçirilən görüşlərdə müasir dünyada baş verən siyasi proseslər, islamafobiya və İslam dünyasında həmrəylik barədə söhbət aparılıb.
"Azərbaycan yurdum mənim" başlığı altında “Liderlik məktəbi” layihəsi həyata keçirilir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin təşəbbüsü ilə keçirilən layihəyə BŞTİ-nin tabeliyindəki 37 ümumi təhsil məktəbində təhsil alan 100 nəfər VII, VIII və IX sinif şagirdləri cəlb olunub. Layihə çərçivəsində şagird və valideynlərin iştirakı ilə keçirilən “Dəyirmi masa”larda Azərbaycanın tanınmış şəxsləri, elm, təhsil və mədəniyyət xadimlərinin moderatorluğu ilə ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumi təhsil məktəblərinin V siniflərində “İnformatika fənninin tədrisi” üzrə pilot layihə tətbiq olunmağa başlayıb. Layihənin ilk mərhələsinə BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil məktəbi cəlb olunub. Gələcəkdə layihəyə qoşulan məktəblərin sayının artırılması nəzərdə tutulur.
Bakı məktəbləri arasında “Hər vərəqi bir yarpağa dəyişək” layihəsi həyata keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, IDEA İctimai Birliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə reallaşdırdığı layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Layihə çərçivəsində kağız tullantılarının toplanması ilə bağlı məktəblərarası yarış keçirilib.
Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2016-cı ildən etibarən “eTwinning Plus” qrant layihəsini reallaşdırır. 2017-2018 tədris ili ərzində layihəyə BŞTİ-nin tabeliyindəki 23 məktəb cəlb olunub. Pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 35 Avropa ölkəsində olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif lahiyələr icra etmək məqsədilə keçirilən layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminarlar və konfranslar təşkil olunur.
2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 191 məktəbdə 469 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.
BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 49 nəfəri Respublika fənn olimpiadalarında qalib olub. Həmin şagirdlərdən 7-si qızıl, 13-ü gümüş, 29-u bürünc medal qazanıb.
Paytaxt məktəbliləri “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqənin əsas məqsədi gənclərin elmi potensialının inkişaf etdirilməsi, şagirdlərin elmi yaradıcılığa, tədqiqat aparmağa həvəsləndirilməsi, elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Müsabiqəyə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qaliblər arasında Kompüter elmləri üzrə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev və 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə də yer alıb.
Paytaxt məktəbliləri 2017-ci ilin may ayında ABŞ-da keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak ediblər. 77 ölkədən 1700-dən çox məktəblinin iştirak etdiyi İntel ISEF-də Robotexnika ve süni intellekt kateqoriyası üzrə Elgün Alışev “Eşitmə qabiliyyəti zəif olan insanlar üçün vizual köməkçi” layihəsinə görə Qətərin Tədqiqatlar və İşləmələr Fondunun xüsusi mükafatına layiq görülüb. O, müxtəlif ölkələrdə yaşayan və müxtəlif bədən dillərindən istifadə edən lal-kar insanlara ünsiyyət qurmaq imkanı verən elektron vizual köməkçi hazırlayıb və öz layihəsini uğurla təqdim edib.
Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri müsabiqədə fəal iştirak edib. Ekspertlərin qiymətləndirmə nəticələrinə görə, müsabiqəyə təqdim olunan işlərdən 82-si nominantlar siyahısına düşüb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir.
OXŞAR MÖVZULAR