Impera

XƏBƏR LENTİ
13:52Sabah hava necə olacaq?13:16QHT sədri Ukraynadakı "Qafqaz" xalq rəqs ansamblına millli geyimlər hədiyyə edib13:00Daha bir kəndə təbii qaz verilib12:45Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?12:28İrandan gələn vətəndaşın əl yükündə narkotik vasitə-heroin aşkarlanıb12:19Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır11:46Azərbaycan və Rusiya Xəzərdə birgə təlimlər keçirib11:1230 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək10:58“Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanacaq10:45Məktəb direktorları ilə görüş keçirilib10:32“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə10:08Havanı çirkləndirən zavodla bağlı toplanmış sənədlər məhkəməyə göndərilib09:40Düşmən atəşkəs rejimini 87 dəfə pozub09:20Romada əlil qız "İtaliya gözəli" seçilib09:00Prezident: "Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər"19:22“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib19:05Müdafiə naziri bölmələrin döyüşə hazırlığını yoxlayıb18:43Ələt-Astara-İran ilə dövlət sərhədi-Biləsuvar avtomobil yolu yenidən qurulur18:38İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb18:30Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib18:13Metropoliten sərnişinlərə Milli Musiqi Günü sürprizi etdi18:03Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək17:47Dini Komitə və Dövlət Təhlükəsizlik Xidməti Ağsuda "Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğunu aşkar edib17:43Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb17:38İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib17:35Prezident Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayırıb17:19AQTA balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir17:04Azad Rəhimov Avstriyanın vitse-kansleri ilə görüşüb16:55Ağcabədinin su təchizatı və kanalizasiya sistemləri yenilənir16:12Moldova ilə əməkdaşlıq protokolu imzalanıb15:59Prezident Cavid Qurbanova "Şöhrət" ordeni verdi15:26AzTU-nun müətəxəsissləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar15:11Dövlət Komitəsindən diaspor təşkilatlarına səmərəli təklif14:40İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib14:25“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində14:05Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək13:59Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib13:44Azərbaycan gənclərinin Mərakeşə səfəri baş tutub13:36Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib13:35Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib13:11Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib13:00Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO12:45Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub12:30Prezident Masallı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib11:55Prezident Masallı rayonuna gedib11:44Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib11:20Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb10:40Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır-VİDEO09:20Ermənilər atəşkəs rejimini 85 dəfə pozub08:18Carlsberg Azerbaijan təhlükəsiz avtomobil idarəetmə üzrə dəyirmi masa formatında görüş təşkil edib16:20Babək prospektində işlərin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulur16:09“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb15:47Səfir Daşqın Şikarov Xəlifə Fondunun baş direktoru Məhəmməd Haci əl Xuri ilə görüşüb15:33Beynəlxalq Atletika Federasiyası 1-ci dərəcəli lektorlar üçün seminar keçirib14:32Diaspor təmsilçisinə İtaliyada yüksək etimad14:23Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur14:12“Bilik günü” AzMİU-da qeyd olunub13:44Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir13:23ATU-da “Bilik günü” qeyd olundu13:07Bakının İrəvana son mesajı12:57489 namizəd uğur qazanıb12:40Bakıda keçirilən parad Ermənistada açıq hərbi dərs idi12:35Culia Gralou: "Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun"12:27Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır12:08Bu yolda rənglənmə işləri aparılacaq11:55İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub11:47Millət vəkili Kiyev Universitetinin tələbələri ilə görüşüb11:35Məktəblilər Avropa birinciliyinin qalibi olublar11:27Tələbə adını qazanan 1803 gənc Azərbaycan Texniki Universitetini seçib11:11Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi olub10:56Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:38Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər keçiriləcək10:17Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir10:00Azərbaycanın din xadimləri Prezidentə müraciət ünvanlayıblar09:40Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb09:30Atəşkəs rejimi 93 dəfə pozulub09:15Azərbaycanda məmur vəfat edib19:35İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib19:13Dövlət Fitosanitar Xidməti əhaliyə xəbərdarlıq edir18:37Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib18:32"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir18:27Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib18:18Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq18:11Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrılıb18:03Paytaxtda fəaliyyət göstərən bir sıra çörək istehsalı müəssisələrində nöqsanlar aşkar edilib17:37AQTA sahibkarlara müraciət etdi17:12Energetika Nazirliyi“Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib17:01İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkaşlıq müzakirə edilib16:34İlqar Məmmədovun "demokartikliyi"16:12Təhsil naziri İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb16:02Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək15:25NATO Parlament Assambleyasının nümayəndə heyəti Energetika Nazirliyində olub15:00İnam Kərimov Salyanda vətəndaşları qəbul edib14:34Energetik içkilərə vergi tətbiq edilməlidirmi?14:22“Türk Hava Yolları” yeni uniformasını təqdim edib14:04Qırmızı Körpü Asiya və Avropa arasında qlobal əlaqələndirmənin mühüm elementinə çevrilir13:45Nazir Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb13:27AzTU-da Tvininq layihəsi çərçivəsində görüş keçirilib12:58İlhaiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə tədbirlər həyata keçirəcək12:39Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2018 (255)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dini Komitədə 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

11 yan 2018, 17:39   
Dini Komitədə 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib


Newscenter.az.11.01.2018. ​Yanvarın 11-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı və bölgə şöbə müdirləri iştirak ediblər.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O qeyd edib ki, dövlət başçımız nitqində ötən il Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addım adlandırıb və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli” nin İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanın İslam dünyasında gedən proseslərdə öz mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini qeyd edib.
Dini Komitədə 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Hesabat dövründə dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olduğunu bildirən Dövlət Komitəsinin sədri ötən il Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK –nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasına da diqqət çəkib. Fondun yaradılması haqqında müvafiq Fərmanın imzalamasının, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadının göstəricisi olduğunu deyib.
Müşavirədə daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun illik hesabatı dinlənilib. Ə.Zülfüqarov məruzəsinə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verməklə başlayıb.
Bildirib ki, Dövlət Komitəsi ayrıca və müxtəlif təşkilatlarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.

Hesabat dövründə İslam həmrəyliyinin mahiyyətini özündə ehtiva edən 20-ə yaxın mövzuda 15-i Bakıda olmaqla respublikanın bütün bölgələrində 240-dan artıq tədbir təşkil olunub.

“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 25 regional konfrans, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 27 seminar-müşavirə baş tutub.
Habelə 4-6 may tarixlərində Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində DQİDK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda Dinlərarası Harmoniya” adlı panel və “Azərbaycan-İslam Mədəniyyətinin İncisi” adlı foto-sərgi keçirilib.
Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi hesabat dövründə ölkədə vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, vəhdət, həmrəylik prinsiplərinin təbliği, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyətini davam etdirib. Qeyd olunub ki, son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur. Bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür. Ə.Zülfüqarov hesabat dövründə dini təhsil sahəsində müsbət irəliləyişə nail olunduğunu, 10 İslam Kollecinin Dövlət Komitəsində qeydiyyata alındığını, hazırda fəaliyyət göstərən Quran kurslarının qanunauyğun yaradılması və fəaliyyət göstərməsini araşdırmaq üçün müvafiq komissiya yaradıldığını, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün Tədris Planı hazırlanaraq təsdiq edildiyini bildirib.
2017-ci ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirildiyini deyən şöbə müdiri onların ümumi sayının 793-ə çatdığını qeyd edib. Bildirib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür.
Dini Komitədə 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

O, dövlət qeydiyyatına alınmış 22 dini icmanın ləğv edilməsi ilə bağlı müraciət edildiyini, 19 dini qurumun ləğv edilməsi barədə məlumatın Dini qurumların dövlət reyestrinə daxil edildiyini, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığını vurğulayıb.
DQİDK – nın şöbə müdiri ölkə xaricindən qaynaqlanan müəyyən radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan təriqətlərin dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı işlər görüldüyünü bildirib. Qeyd edib ki, hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.
Dini Komitədə 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. Bildirib ki, maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olunub.
Eyni zamanda, ötən ildə Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80-dən çox dini təyinatlı çap məhsulları nəşr edilib.
Ə.Zülfüqarov 2016-cı ildə olduğu kimi 2017-ci ildə də Dövlət Komitəsi maarifləndirici xarakterli sənədli filmlərin çəkilməsi işinə diqqət ayırdığını qeyd edib. Dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv mahiyyət daşıyan, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verə biləcək “Şəhadət” filminin ölkənin bütün rayon və bölgələrində geniş auditoriyaya təqdim edildiyini vurğulayıb. Eləcə də “Vəhdət” və “Üfüqdəki gələcək” adlı sənədli filmlərin çəkilişinin yekunlaşmaq üzrə olduğunu deyib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini təhlükəsizlik məqamlarına toxunub. S.Heydərov dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.
OXŞAR MÖVZULAR