Impera

XƏBƏR LENTİ
15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (320)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsi anılıb

22 yan 2018, 17:20   
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsi anılıb


Newscenter.az.22.01.2018. 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb. Bildirilib ki, Polşanın paytaxtı Varşava şəhərində 20 Yanvar faciəsinin anım günü münasibətilə mərkəzi meydan və küçələrdə bu ölkədə fəaliyyət göstərən Polşa Azərbaycanlı Gənclər Şurasının üzvləri tərəfindən məlumatlandırma aksiyası keçirilib.

Aksiyada gənclər şəhər sakinləri və əcnəbi qonaqlara 20 yanvar 1990-cı il tarixinin Azərbaycan xalqı və ölkəmizin suverenliyi üçün əhəmiyyəti haqqında məlumat verib. Mərkəzi küçələrdə yerli ictimaiyyətə bu tarixi əks etdirən broşür və hər kəsə rəmzi xaraker daşıyan qərənfil təqdim edilib. Broşürlarda Varşava sakinlərinə 28 il əvvəl azərbaycanlıların Vətənin azadlığını, milli şərəf və istiqlaliyyətini hər şeydən üstün tutaraq Sovet ordusunun zirehli əsgər və tanklarının qarşısına əliyalın çıxaraq milli azadlıq naminə canlarından keçməsi haqqında məlumat qeyd olunub.

Aksiya zamanı polyakların bir qismi bu tarix və hadisə haqqında məlumatlı olduğunu deyib. Onların çoxu Azərbaycan xalqının müstəqillik mübarizəsini Polşa xalqının keçmiş mücadiləsi ilə müqayisə edərək, parallel və oxşarlıqlar olduğunu deyiblər.

XXX


20 Yanvar şəhidlərinin xatirəsi Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən “Qala” Yunanıstan-Azərbaycan Cəmiyyətində anılıb. Təşkilatın ofisində baş tutan tədbirdə qanlı hadisələrdən bəhs edən film nümayiş etdirilib, cəmiyyət üzvləri ilə dəyirmi masa arxasında müzakirələr aparılıb.

Müzakirələr zamanı 20 Yanvar 1990-ci il tarixində Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğu qeyd edilib. Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyi vurğulanıb.

Çıxış edənlər sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdilmiş vəhşiliklərdən danşıb, bu qanlı faciədə, Mixail Qorbaçov başda olmaqla bütün təşkilatçıların beynəlxalq hüquq normalarına zidd hərəkət etdiyi vurğulanıb. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bötüvlüyü uğrunda həlak olan şəhidlərin heç vaxt unudulmayacağı, hər zaman yaddaşlarda yaşayacağı deyilib.
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsi anılıb


XXX


Çexiya Respublikası Brno şəhəri Masarik Universiteti pedaqoji fakültəsində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Masarik Universitetinin professoru Azər Kərimov çıxış edərək 1990-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 20 yanvar Azərbaycanda ümumxalq hüzn günü kimi qəbul olunub və hər il bu tarix Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız tərəfindən qeyd olunur.

1990-cı ildə Sovet ordusunun xəbərdarlıq etmədən Azərbaycan xalqına qarşı hərbi əməliyyatlara başlaması nəticəsində 147 nəfərin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, yüzlərlə insan itkin düşdüyü, 841 nəfərin qanunsuz həbs olunduğu iştirakçıların diqqətinə çatdırılıb. Faciələrlə dolu, qanlı yanvar ayının Azərbaycanın tarixinə qara hərflərlə yazıldığı, bu hadisələr zamanı ölkəsinin müstəqilliyi uğrunda canını fəda etmiş insanların xarirəsinin hər zaman əziz tutulduğu vurğulanıb. Dəfələrlə Azərbaycanda olmuş, Azərbaycanı yaxından tanıyan tarixçi alim Frantisek Capka, professor İvan Meznik, Tomas Cermak, azərbaycanlı tələbələr adından Ləman Əhmədova, Arzu Sadıqov tədbirdə çıxış edərək Azərbaycan xalqının hüznünə şərik olduqlarını bildiriblər.

XXX

Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyi Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib. Dərnəyin ofisində baş tutan anım gecəsində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Daha sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr xatırlanıb. Qeyd olunub ki, həmin gecə keçmiş Sovet İttifaqının qoşun hissələri xəbərdarlıq etmədən Bakı şəhərinə yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların böyük heyətinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.

Anım gecəsində iştirak edənlər deyib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsi anılıb


XXX


Benilüks Azərbaycanlıları Konqresində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad olunub. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinə daxil olan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.

Tədbir iştirakçıları 20 Yanvar tarixinin Azərbaycan xalqı üçün ağrılı və hüznlü olduğu qədər şərəfli bir gün olduğunu qeyd ediblər. 150-yə yaxın günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə, 1000-ə yaxın insanın yaralanmasına baxmayaraq, Azərbaycan xalqının öz haqq yolundan geri dönməməsi xüsusi vurğulanıb. Bugünkü müstəqilliyimizin 20 Yanvar şəhidlərinin canı, qanı bahasına qazanıldığı bir daha diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycan xalqı o şəhidlərin sayəsində azad və güclü bir dövlətdə yaşayır.

Diaspor nümayəndələri vurğulayıblar ki, dəfələrlə üzləşdiyi soyqırımı faktları, haqsızlıqlar Azərbaycan xalqını müstəqillik yolundan usandırmayıb, əksinə mübarizlik əzmini daha da gücləndirib: “Bu gün isə biz diaspor olaraq səhidlərimizin ruhunu şad etmək üçün daha çox çalışmalı, dövlətimizi daha yüksək səviyyədə təmsil etməli, düşmənə qarşı daha səmərəli mübarizə aparmalıyıq” – tədbirdə çıxış edənlər belə deyib.

İspaniyanın Barselona şəhərində də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Barselonadakı Azərbaycan Cəmiyyəti ("Azerbaijani Society in Barcelona" - ASB) təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ASB sədri Kərim Kərimov 20 Yanvar hadisələri haqqında danışaraq, müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd edib.

Daha sonra tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, tədbir iştirakçılarından Çiçək Zalova və Nizami Namazov da çıxış ediblər. Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsi anılıb


XXX


20 Yanvar faciəsinin qurbanları Almaniyanın müxtəlif şəhərlərində anılıb. Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi il Berlində təşkil olunan tədbirdə Azərbaycan diasporunun, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak edib. Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirinova tədbiri açaraq 28 il əvvəl baş vermiş qanlı 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixinə ən faciəli və ağır günlərdən biri olmaqla yanaşı, həm də qəhrəmanlıq səlnaməsi kimi yazıldığını deyib.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov o dövrdə cərəyan etmiş proseslərə nəzər salaraq hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizəsinin dayandığını bildirib. Ramin Həsənov 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və Milli Məclisinin 1994-cü il martın 29-da qəbul etdiyi qərarla 20 Yanvar hadisələrinin hərbi müdaxilə və cinayət kimi qiymətləndirildiyini bildirib. Səfir Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb

Daha sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.

Bakı Alman Azərbaycan Dostluq Cəmiyyəti isə Almaniyanın Hannover şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş ,,Son yüz ildə Azərbaycan və Türkiyənin erməni məsələsi, soyqırımı iddiaları və gerçəklər" mövzusunda konfrans keçirib. Tədbirdə professorlar Aygün Attar və Kamal Arı da iştirak edib. Azərbaycanlılarla yanaşı türkdilli ictimaiyyətin də qatıldığı konfrans çərçivəsində 20 Yanvar faciəsində və Azərbaycan torpaqları uğrunda şəhid olan qəhrəmanların fotolarından ibarət sərgi də təşkil olunub.

Almaniyanın Maqdeburq şəhərində isə 20 Yanvar faciəsi fərqli formatda anılıb. Belə ki, şəhərin mərkəzi kücəsində müxtəlif ölkələrin 120-dən artıq təşkilat və cəmiyyətlərinin, əyalət rəhbərlərinin, siyasi partiyaların iştirakı ilə keçirilən və 20 Yanvar faciəsinin ildönümü ilə üst-üstə düşən “Demokratiya yollarında” adlı tədbirdə Maqdeburqdakı Alman-Azərbaycan Cəmiyyəti də təmsil olunub. On mindən artıq insanın iştirakı ilə baş tutan tədbirdə Cəmiyyətin üzvləri 20 Yanvar faciəsi ilə yanaşı, Xocalı soyqırımı, ümumiyyətlə Azərbaycan həqiqətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbir çərçivəsində qanlı hadisələri əks etdirən kitablar, müxtəlif materiallar, sənədlər iştirakçılara təqdim edilib.
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsi anılıb
OXŞAR MÖVZULAR