Impera

XƏBƏR LENTİ
15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib15:24Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:0040 il sonra yeni dərslik çap olundu14:10Sabah yağış yağacaq13:53“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb13:22Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb12:46“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb12:13Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur12:00Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq11:33Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib11:21Müdafiə naziri Zakir Həsənov Çexiyaya səfər edəcək10:51Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır10:34İcazəsiz ova cəhd edən şəxs saxlanılıb10:1516 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar AQTA maarifləndirici videoçarx yayıb09:41Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:10İnam Kərimov Masallıda vətəndaşlarla görüşəcək09:00Qarabağ qazisi Etimad Əsədov vəfat edib08:30Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (320)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycanda bütün əsas azadlıqlar tam təmin olunur

23 yan 2018, 21:27   
Azərbaycanda bütün əsas azadlıqlar tam təmin olunur


Newscenter.az. 23.01.2018. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.

Dövlət başçısı qeyd edib: "Düşünürəm ki, hər bir ölkə üçün, xüsusən bizim regionda qonşularla münasibətlər prioritet olmalıdır. Azərbaycanda daxili risklər və təhdidlər yoxdur və ona görə də biz öz sərhədlərimizdə təhlükəsizliyə zəmanət veririk".

İlham Əliyev bildirib ki, ən yaxşı yol öz milli maraqlarını və qonşuların milli maraqlarını nəzərə alaraq qonşularla praqmatik və səmimi əlaqələr qurmaqdır: "Biz ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşularla yaxşı münasibət qurmuşuq. Qonşuluğumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatımız var".

Prezident vurğulayıb ki, Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 26 yaşı var, lakin Azərbaycan özünü tam müstəqil dövlət kimi möhkəmləndirməyi bacarıb: “Azərbaycan öz milli maraqları əsasında və heç bir qonşu ölkənin milli maraqlarına zidd olmadan müstəqil xarici siyasət yürüdür”.

Dövlət başçısı əlavə edib ki, qonşularının çoxundan kiçik olan bir ölkə üçün xüsusi balans tapmaq və qonşuluğun üstünlüklərindən faydalanmaq çox vacibdir:

“Çünki böyük qonşular böyük bazarlar deməkdir və bizim üçün ən yaxşı bazar qonşularımızın bazarıdır. Ona görə də hesab edirəm ki, qonşuluqda qarşılıqlı maraqlar, maraqların balanslaşdırılması, bir-birinin daxili işinə qarışmama və əməkdaşlığa praqmatik və praktiki yanaşma ölkəmizin uğurunun, daxili sabitliyin və gələcək üçün yaxşı perspektivlərin əsas səbəblərindən biridir”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub
Dövlət başçısı qeyd edib: "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir və düşünürəm ki, bu istiqamətdə böyük uğurlara nail olmuşuq. Neftin qiymətləri kəskin azalan zaman mən bildirdim ki, Azərbaycan üçün postneft dövrü artıq başlayıb və biz neft və qazı yaddan çıxarmalıyıq. Əlbəttə, biz hazırkı layihələri yerinə yetirməliyik, lakin əsas gəlir mənbəyi kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatına yönəlməliyik. Ona görə də biz ciddi islahatlar həyata keçirdik və artıq bu islahatlar yaxşı nəticələr göstərməkdədir".

Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qeyri-neft sektorunda 3 faiz artım, qeyri-neft sənayesində isə, demək olar, 4 faiz artım qeydə alınıb: "Bildirmək istəyirəm ki, iqtisadiyyatımızın şaxələndirilməsi prosesi artıq gedir və bizim bu tempi azaltmaq planımız yoxdur. Hazırda neftin qiyməti artır, lakin bu bizə sadəcə ehtiyatlarımızı artırmağa imkan verəcək. Biz xərclərimizi optimallaşdıra bildik. Ötən il neftin qiyməti azalsa da, ehtiyatlarımızı 4,5 milyard dollar artıra bildik. Bu o deməkdir ki, neftin qiyməti aşağı olsa belə, biz təhlükəsizliyimizi təmin etmişik”.

Dövlət başçısı qeyd edib ki, bu il dövlət büdcəsində neftin baza qiyməti 1 barelə görə 45 dollardan nəzərdə tutulub: “Beləliklə, bu qiymətdən yuxarı nə olsa, suveren fonumuza gedəcək. Eyni zamanda, başa düşməliyik ki, neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olaraq qalacaq. Bu gün qeyri-neft sektoru bizim ÜDM-in 70 faizini təşkil etsə də, vəzifəmiz ixracı şaxələndirməkdir”.

Enerji layihələrinə gəldikdə isə, Prezident İlham Əliyev qeyd edib ki, onlar Azərbaycan və region üçün vacibdir və Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr regionun enerji xəritəsini dəyişib:

"Gürcüstanın Supsa limanına uzanan, Xəzər və Qara dənizi birləşdirən ilk boru xəttini çəkdik, daha sonra ikinci neft boru xətti Bakı-Tbilisi-Ceyhan Xəzər və Aralıq dənizlərini birləşdirdi. Sonra eyni marşrut boyunca qaz boru xətti inşa etdik. Nəticədə biz artıq karbohidrogenlərimiz üçün ixrac marşrutlarını diversifikasiya etmişik, həm də tərəfdaşlarımızın, o cümlədən Avropada, əhəmiyyətli enerji təhlükəsizliyini təmin edirik".

Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının bəzi ölkələri neft tədarükünün çox hissəsini Azərbaycandan alırlar və 2-3 il ərzində "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla başa çatmasından sonra onlar Azərbaycan qazına da çıxış əldə edəcəklər.

"Eyni şeyləri Bakı-Tbilisi-Qars nəqliyyat layihəsi haqqında da demək olar, hansı ki həmin dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur və əvvəlki 30-35 gün əvəzinə bu yola iki həftə sərf olunur. Beləliklə, bu, yeni bir nəqliyyat xəritəsi, yeni bir şaxələndirmə xəritəsidir və dənizə çıxışı olmayan Azərbaycan regional nəqliyyat qovşağına çevrilib. Beləliklə, gələcəkdə nə neft, nə də qaz olmayacaq, bunlar bir gün bitəcək, gələcəkdə innovasiya, səmərəlilik, yaxşı idarəetmə, menecment, nəqliyyat, şəffaflıq və sahibkarlıq üçün dövlət dəstəyi olacaq".

Prezident İlham Əliyev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanın əsas məqsədlərindən biri yoxsulluq və işsizliyi azaltmaq idi və bu uğurla həyata keçirildi:

"Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik isə 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon nəfər artıb, ona görə də iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir. Bundan əlavə, neft-qaz sektoru çox iş yeri yaratmır. İşsizliyi aşağı səviyyədə saxlamaq üçün təhsil, idarəetmə, kənd təsərrüfatı, turizm və xidmət sahələrini diqqətdə saxlamalıyıq. Bizim əhali islahatlara hazırdır və islahatlar əhali tərəfindən müsbət şəkildə qəbul olunur. Onlar ağrılı deyil, çünki radikal islahatlar apararkən, ilk mərhələdə əhali üçün ağrılı olur. Beləliklə, hələ də dövlət dəstəyinə ehtiyacı olanlara əhəmiyyətli sosial paket verdik. Ona görə də, bu düzgün bir proses idi və önümüzdəki illərdə biz sadəcə iki il bundan əvvəl başlamış olduğumuz işi - çox dərin və əhatəli islahat siyasətimizi davam etdirməliyik"


Dövləti başçısı qeyd edib ki, heç bir senzura olmadan internetdən istifadə sərbəstdirsə və əhalinin böyük əksəriyyəti internetdən istifadə edirsə, mətbuatın məhdudlaşdırılmasından söhbət gedə bilməz: "Hesab edirəm ki, bu, siyasi səbəblərə əsaslanır. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Yenə təkrar edirəm, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur və bizim hökumət bütün əraziləri genişzolaqlı internetlə təmin etmək üçün mühüm layihə həyata keçirir. Ona görə də bu münasibət qərəzli və bəzən də düşməncəsinə yanaşmaya əsaslanır. Bu münasibət Qərbdə bəzi siyasi mərkəzlər tərəfindən formalaşdırılır. Mən bu barədə tam dəqiqliklə danışmaq istəməzdim. Düşünürəm ki, bunun haradan qaynaqlandığı aydındır. Niyə belə münasibət var? Səbəb çox sadədir. Çünki Azərbaycan müstəqil, öz milli maraqlarına uyğun siyasət yürüdən bir ölkədir. Biz riskli və ölkəmiz üçün çətinliklər yarada biləcək heç bir avantüraya qoşulmuruq. Əvvəl dediyim kimi, bizdə daxili risklər yoxdur, Azərbaycanda sabit siyasi və iqtisadi mühit mövcuddur. Bizim qarşılaşa biləcəyimiz bütün potensial risklər kənardan gəlir".

Prezident bildirib ki, Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyaya sürükləmək üçün çox cəhdlər olub: "Biz həmişə çox neytral olmuşuq, heç kimin əleyhinə fəaliyyət göstərmirik. Biz risk daşıyan və milli maraqlarımıza cavab verməyən heç bir kampaniyaya qoşulmuruq. Buna görə də hücumların əsas səbəbi o ola bilər ki, bəziləri o qədər də böyük olmayan Azərbaycanı çox müstəqil hesab edir və bəzi QHT-lərin bu cür qiymətləndirməsi bizim reputasiyamıza xələl gətirmək, Azərbaycanı guya qeyri-demokratik ölkə kimi təqdim etmək məqsədi daşıyır. Bir daha deyirəm, bu gün biz siyasi və iqtisadi inkişafdan danışırıq. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında 35-ci yerdə qərarlaşan bir ölkə üçün bu yaxşı göstəricidir. Bu, Azərbaycanın azad olduğunu göstərir. Davos, həmçinin siyasətçilərə ictimai etimad göstəricilərini açıqladı və Azərbaycan 20-ci sırada qərarlaşdı və inklüziv inkişaf göstəricisində Azərbaycan 3-cü yerdə qərarlaşıb. Biz real vəziyyətə baxmalıyıq”.
OXŞAR MÖVZULAR