Impera

XƏBƏR LENTİ
22:39Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı15:55AQTA-nın sahibkarlara müraciət edib15:35“Dəyişikliklərə doğru”: Bakıda üçüncü dəfə “SHE Congress”keçiriləcək13:51İlham Əliyevlə Paşinyan Amerikada görüşəcək?13:19İTV-nin Yayım Şurasının iclası keçirilib13:07Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşüb12:49Xocəsən-Lökbatan avtomobil yolunun 11 km-lik hissəsi yenidən qurulur12:13Müsabiqənin ilk mərhələsi başa çatıb11:56AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir11:13Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən Mehdibəy Səfərov yeni partiya təsis edir10:46Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib10:00Paytaxt məktəblisi Respublika müsabiqəsinin qızıl medalçısı olub09:24Atəşkəs rejimi 23 dəfə pozulub18:36Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib18:17Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb17:48Doktorant, tələbə və AMEA-nın magistrantlarının təqaüdlərinin məbləğləri müəyyənləşdirilib17:31Dövlət Miqrasiya Xidmətində RESTART layihəsinin tərəfdaşlarının ilk görüşü keçirilib17:25Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb17:205 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək16:41“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib16:07Metropolitençilər qan verib15:46Cəbhə bölgəsində maarifləndirmə tədbiri keçirilib15:28“Müasir Azərbaycan Qadını – 4” layihəsinin açılış mərasimi keçirildb15:02Qazaxın içməli su təchizatı yenidən qurulur14:40Səyyar ASAN Kommunal Səbaildə14:386,4 km magistral su kəməri çəkiləcək14:00AzTU ilə Əfqanıstan universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub13:43Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var13:10Miqrasiya Xidməti Anlaşma Memorandumu imzalayıb13:00Sükan arxasında siqaret çəkən sürücülər cərimə olunacaq12:46Binəqədi rayonunda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır12:30Nazirin qəbul vaxtı dəyişdirildi12:13“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir11:37Vergilər Nazirliyində kollegiya iclası keçirilib10:41Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq10:20“Nikoil Bank”ın vəzifəli əməkdaşları həbs edilib09:10Düşmən 27 dəfə atəşkəsi pozub08:31Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı15:20Miqrasiya Xidmətinə 5 min 940 müraciət daxil olub15:05“İrəli” sədri təltif olunub14:52Ali Baş Komandan əsgərlərlə bir süfrə arxasında14:46"İdeyadan Biznesə" layihəsinin ikinci mərhələsinə start verilir13:06Prezident Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib11:22Özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz11:00Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib10:24Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi09:40Ermənilər 29 dəfə atəşkəsi pozub09:00Ölkəmiz “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil olunub18:25İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb17:57Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib17:34“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimatvideosu hazırlayıb17:16Prezidentdən yeni təyinat17:14Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur16:00Qəbələ “KOB Dostu” sahibkarların xidmətində15:49Keçən ay 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanıb15:23Boks üzrə açıq birincilik başa çatıb14:20“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır13:53“Azərenerji” enerjisistemin Dispetçer İdarəetmə Mərkəzini yenidən qurur13:26Prezidentin zəlzələ ərazisindəki sakinlərlə görüşü onlarda böyük ruh yükəsəkliyi yaratdı12:17Paytaxtda daha bir otel istifadəyə verilib11:49İlahiyyat İnstitutunun kataloqu çap olunub11:19Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirilib10:48İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir10:10Bakıda Xıdır Nəbi bayramı qeyd edilib09:54Təmas xəttində monitorinq keçiriləcək09:00Düşmən 21 dəfə atəşkəs rejimini pozub13:52Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır13:23Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək13:00Məktəblilər Avropadan medalla qayıdıb12:48“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı12:30Çexiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib12:00Prezident vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir11:47İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi11:34Azərbaycanın dövlət sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib11:22“Azəriqaz”ın abunəçilərinin sayı 2,2 milyona çatıb10:36Aİİ-də payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb10:26Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib10:15Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək10:00Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub09:17Yeni layihələr Azərbaycan - Rusiya iqtisadi-ticarət əməkdaşlığına növbəti töhfədir08:50Atəşkəs rejimi 25 dəfə pozulub17:50Prezident İlham Əliyev minimum əməkhaqqını 38,4 faiz artırıb17:19Azad Rəhimov vətəndaşları qəbul edib16:50Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib16:30Məlumat Hesablama Mərkəzi "Lightest” – "qlobal etibarlılıq” layihəsi çərçivəsində Kopenhagendə keçirilən konfransda təmsil olunub16:14ATU-da yaşlı qadına böyrək köçürülüb16:00Müxalifət ölkə rəhbərindən ibrət götürsün15:48Bir qrup iş adamı və təhsil eksperti ADAU-da olub15:36İctimai Birlik sədrindən radikallara mesaj- Gör nə qədər ələbaxımsınız15:22Üç rayon üzrə qəbul keçirilib15:12Xərçəng xəstəliyi niyə cavanlaşır?15:06Bu yolda hərəkət qismən məhdudlaşdırılıb14:42Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib14:27Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır14:11Azərbaycan İlahiyyat İnstitutununbirillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub13:58“Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib13:41Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb13:13Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir12:48Alagözlü Leyla-HEKAYƏ12:22Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin(UBİKS) rəhbəri ADAU-da olub
BÜTÜN XƏBƏRLƏR
Fevral 2019 (201)
Yanvar 2019 (397)
Dekabr 2018 (355)
Noyabr 2018 (438)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə keçirilib

07 fev 2018, 17:24   
Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə keçirilib


Newscenter.az.7.02.2018. Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, müşavirəni giriş sözü ilə açan təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov qeyd edilən Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən söz açıb. Bildirib ki, ölkə başçısının rəhbərliyi ilə son 14 il ərzində Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli şəkildə artıb.

Sonra Ceyhun Bayramov qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə məlumat verib. O qeyd edib ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq.

Ceyhun Bayramov bildirib ki, son illərdə ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə məktəbəqədər təhsilin əhatə dairəsi daha da genişləndirilib. Təhsil Nazirliyi bütün ölkə ərazisində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən məktəbəhazırlığın əhatəliliyinin genişləndirilməsini prioritet hesab edir. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.

Ceyhun Bayramov çıxışında beynəlxalq PIRLS qiymətləndirilməsində azərbaycanlı şagirdlərin nəticələrinin 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472 bala yüksəldiyini, bu il PISA beynəlxalq qiymətləndirilməsinin keçiriləcəyini qeyd edib. Ceyhun Bayramov həmçinin, istedadlı uşaqların aşkar edilməsinin önəmini vurğulayaraq bildirib ki, həmin şagirdlərlə işin təşkili üzrə Olimpiadalara hazırlıq mərkəzləri fəaliyyətə başlayıb, beynəlxalq olimpiadalarda qazanılan medalların sayı artıb. Sevindirici haldır ki, beynəlxalq olimpiadalarda son 4 ildə qazanılan 116 medalın 58-i (50%) region məktəblərinin payına düşür. Son illərdə Respublika fənn olimpiadalarına maraq xeyli yüksəlib. Belə ki, ötən il Respublika fənn olimpiadalarının birinci mərhələsində 30 min nəfərə yaxın şagird iştirak edib. Olimpiadalarda qazanılan medalların 55 faizi bölgə məktəblərinin payına düşüb ki, bu da təhsilin inkişaf dinamikasında regionların göstəricilərinin əhəmiyyətli artımından xəbər verir. Bu il isə bilik yarışına 33 mindən çox şagird qatılıb.

Ceyhun Bayramov bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçiriləcəyini deyib.

Müşavirədə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov son illərdə təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri sahəsində görülən işlərdən danışıb. Anar Axundov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələrinin tikildiyini, əsaslı təmir olunduğunu qeyd edib.

Anar Axundov həmçinin bildirib ki, cari il ərzində 137 modul tipli məktəbin quraşdırılması ilə yanaşı, 14 təhsil müəssisəsinin tikintisi, 15 təhsil müəssisəsinin, o cümlədən 2 peşə təhsili müəssisəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yenidən qurulması, eləcə də 40 rayon üzrə 101 təhsil müəssisəsində qazlaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Famil Mustafayev peşə təhsili sistemində aparılan islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisasların tədris olunması barədə geniş məlumat verib. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı görülən işlərdən danışan natiq ötən il Qəbələdə Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verildiyini deyib. Qeyd edib ki, 2016-2017-ci tədris ilindən başlayaraq həyata keçirilən “Asan Peşə” layihəsi bu tədris ilində bütün ölkəni əhatə edib. 2020-ci ilə qədər yenidən qurulması nəzərdə tutulan 10 pilot peşə təhsili müəssisəsi müəyyən olunub. Bildirilib ki, bu il 4 regionda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının qrant layihələri çərçivəsində işlər həyata keçirilir.

İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının əhatə etdiyi dövr üzrə regionlarda pedaqoji kadr təminatı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran Eşqi Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Ceyhun Bayramov müşavirənin işini yekunlaşdıraraq ölkə Prezidenti cənab İlham Əliyevin konfransdakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2018-ci il üçün Fəaliyyət Planının hazırlanması, habelə təhsilin keyfiyyət göstəricilərinin daha da artırılması ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.
R.Mehdiyeva
OXŞAR MÖVZULAR