Impera

XƏBƏR LENTİ
20:00Buenos Ayres 2018 Atletlər kəndində Azərbaycan deleqasiyasının rəhbərinin müavini Vaqif Əliyev idmançılarla görüşüb20:00Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib15:00AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perespektivləri müzakirə olunub14:38Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək14:00AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı13:20İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib13:00Bu yolda təmir işləri aparılır12:55Sabahın hava proqnozu açıqlanıb12:05“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib11:50Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub11:39Prezident İlham Əliyev Lənkəran rayonuna səfərə gedib11:33AQTA əməkdaşı nüfuzlu beynəlxalq təşkilatın işçi qrupuna üzv seçilib11:22Qanunsuz ova cəhd edən şəxslər 4000 manat cərimələnib, 3 ov tüfəngi götürülüb11:1224/7 Sahibkarlıq proqramına start verilir10:43Şəkidə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib10:00Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək09:26Aqrar kadr bazarına sahiblənməliyik09:00Erməniər atəşkəs rejimini 28 dəfə pozub19:20Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib19:00AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb18:25“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib18:15Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib18:00Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu17:55Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib17:49Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək17:34Prezident İlham Əliyev jurnalistin sağlıq durumu ilə bağlı müvafiq göstəriş verib17:25Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir17:18İlk səyyar qəbul keçirilib17:04ATXƏM sədri dünyaca məşhur professorla görüşdü16:35Texniki Universitetlə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib16:20AQTA maarifləndirmə tədbirləri çərçivəsində “Sağlam məktəbli” layihəsinə start verib16:18Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:43Oğuzda meşə gözətçilərinə hücum edən şəxslər həbs olunub15:23100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb15:19Sabah hava necə olacaq?15:01Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib14:48Azərbaycanın energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb14:30Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir14:00Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək13:50Danışıqlarda sükut hökm sürür13:38Badamdarda torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub13:10Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib12:55Badamdar şosesində hərəkət məhdudlaşdırılıb12:30Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb11:43Bu yolda təmir işləri aparılır11:14Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq10:50“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər10:17Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir09:50Məktəblilər üçün ekskursiyalar təşkil edilib09:35Düşmən atəşkəs rejimini 27 dəfə pozub09:00Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir08:34İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib16:00AQTA sahibkarlara müraciət etdi15:50Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir15:36Bu yolda rənglənmə işləri aparılacaq13:52Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub13:40Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub13:25Yağış yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ13:10Kiber idman turniri keçiriləcək12:52Dövlət Komitəsi yeni layihəyə start verib12:34İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib12:10Prezident Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub11:51Prezident şimal zonasına gedib11:45Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır11:28Nardaran sakinlərinin qanuni mülklərinə kim göz dikib?- ŞİKAYƏT10:52Narkomaniyaya qarşı maarifləndirici tədbirləri keçirilir10:38Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb10:06İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir09:27Səfir Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb09:00Atəşkəs rejimi 25 dəfə pozulub18:35Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib18:22Prezident bu şəxslərə fəxri ad verdi-SİYAHI18:05Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon manat ayrılıb17:46Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib17:11AzTU yeni bir əməkdaşlığa imza atdı16:36Bakı şəhər Prokurorluğunda həbs16:20İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb16:00Azərbaycan 2020-ci ilde Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına rəsmi evsahibliyi edəcək15:25“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib14:14Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib13:47Azərbaycanlı jurnalist Misir mətbuatında ermənilərin işğalçılıq siyasətindən yazdı13:32Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək13:06Kiçik yaşlı məktəblidən böyük uğur12:54Təhsil naziri Ceyhun Bayramov Finlandiyada səfərdə olub12:49Sabah hava necə olacaq?12:20Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib11:46Azərbaycanda tələbələr üçün ilk akademik test mərkəzi açılıb11:14Almaniya hökuməti: Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir11:06Zakir Həsənov Özbəkistana gedir11:00Azərbaycanda məhbusları aparan vaqonlar kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək10:47Ağsu rayonunda 15 km-lik avtomobil yolu yenidən qurulur10:30“AtaTravel” MMC Prime Travel Market 2018 tədbirində iştirak edib10:10Qarabağ mitinqi siyasi oyunlar üçün keçirilməməlidir09:50Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:30Aİİ-də xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib09:00“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü oldu08:33ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub17:00Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir16:49Qalib startapçılarla görüş keçirilib16:09Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (276)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin dördüncü konfransında çıxış edib

22 fev 2018, 15:04   
Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin dördüncü konfransında çıxış edib


Newscenter.az.22.02.2018. Fevralın 21-22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib. “İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması” mövzusunda təşkil edilən Konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən “İƏT-in Əmək Bazarı Strategiyası” müzakirə olunub. Tədbirdə həmçinin İƏT ölkələri arasında işçi qüvvəsi mübadiləsinə dair ikitərəfli sazişlərin hazırlanmasına, bilik və bacarıqların qarşılıqlı tanınmasına, işçilərin sağlamlığı ilə bağlı İƏT-in strategiyasına və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Newscenter.az xəbər verir ki, konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əmək bazarının inkişafı baxımından hər bir ölkəyə təsir edən bir çox çağırışların həllinin qlobal gündəmdə ən vacib məsələlərdən olduğunu, qloballaşmanın, demoqrafik tendensiyaların, texnoloji dəyişikliklərin iqtisadiyyatdakı iş yerlərinə təsirlərinin əmək bazarı ilə bağlı qarşıda duran vəzifələrin miqyasını genişləndirdiyini vurğulayıb. Nazir qeyd edib ki, bütün bunlar nəzərə alınmaqla, məşğulluq səviyyəsinin və işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına yönələn təsirli islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İşçi qüvvəsinin tələb və təklifinin effektiv tənzimlənməsi və dəstəklənməsi əmək bazarlarında davamlılıq və inklüzivliyə nail olmaq baxımından çox vacibdir.

S.Müslümov vurğulayıb ki, qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi, enerji resurslarının qiymətlərinin aşağı düşdüyü son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü islahatlar proqramı əsasında ölkədə sistem xarakterli sürətli islahatlarla milli iqtisadiyyatın uğurla şaxələndirilməsi şəraitində sabit əmək bazarının təmin edilməsi üzrə Azərbaycanın səmərəli təcrübəsi analoji transformasiya prosesi keçən digər ölkələr üçün də maraqlı ola bilər. Ölkənin əmək bazarında sabitliyin dəstəklənməsi məqsədilə kompleks tədbirlər sistemi reallaşdırılmışdır ki, bu əsasda makroiqtisadi sabitliyin təmin olunması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstəyin göstərilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, korporativ sosial məsuliyyət çərçivəsində ictimai işlərin təşkili, peşə hazırlığının gücləndirilməsi kimi uzunmüddətli və qısamüddətli tənzimləyici tədbirlərdən istifadə olunmuşdur: “Bu kompleks tədbirlər, aparılan islahatlar ölkədə işsizliyi aşağı səviyyədə saxlamağa geniş imkanlar yaradıb. Qeyd edək ki, hər il orta hesabla 100 mindən çox gənc işaxtaran vətəndaşın əmək bazarına daxil olduğu Azərbaycanda 2017-ci ilin sonunda işsizliyin səviyyəsi 5% təşkil edib”.

Nazir əmək bazarı ilə bağlı dəqiq və operativ, əhatəli informasiyaların əldə olunmasında, əmək bazarına çevik və səmərəli nəzarətin təşkilində ölkəmizdə 2014-cü ildən tətbiq olunan Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron İnformasiya Sisteminin önəmini diqqətə çatdırıb: “Azərbaycanın uğurları beynəlxalq iqtisadi təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan həmçinin əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Dünya İqtisadi Forumunun daha bir son hesabatına görə, İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan ölkələr arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb”.

S.Müslümov əmək bazarında uzunmüddətli dayanıqlı müsbət meyillərin təmin olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda yeni qurulmuş işsizlik sığorta sisteminin yaratdığı maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirləri əhəmiyyətli dərəcədə genişləndirilməkdədir. Səmərəli məşğulluq üçün vacib olan işçi qüvvəsinin bacarığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və digər bu kimi məsələlər də xüsusi diqqət mərkəzində saxlanılır: “Bu sahədə əsas götürülən hədəflər 2030-ci ilə qədər olan dövr üçün hazırlanan, məşğulluq sahəsində dövlətin əsas siyasət tədbirlərini əhatə edən Məşğulluq Strategiyasının layihəsində də öz əksini tapmışdır”.

Mövcud çağırışların həlli istiqamətində adekvat və çevik qərarların qəbulu üçün düşünülmüş daxili siyasətlə yanaşı, daha sıx beynəlxalq əməkdaşlığın da əhəmiyyətini diqqətə çatdıran S.Müslümov bildirib ki, İƏT-ə üzv ölkələr üçün əmək və məşğulluq sahəsində ümumi maraq kəsb edən məsələlər kifayət qədərdir: “Bizim əsas hədəfimiz İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın konseptual, əməli və institusional davamlılığını təmin etməklə dəstəklənməsidir. Bu mənada ölkələrimizdə daha dayanıqlı və inklüziv əmək bazarı yaratmaq üçün zəngin fikir və təcrübə mübadiləsinə geniş imkanlar açan əmək nazirlərinin bu görüşü İƏT-in əmək bazarı və məşğulluq siyasəti üçün gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək”.
Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İƏT-in mənzil-qərərgahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması Təşkilata üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək üçün müstəsna platforma olacaq. Bu təsisat əmək və məşğulluq sahəsində praktiki müstəvidə səmərəli və davamlı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini qeyd edən S.Müslümov Azərbaycanın 2017-ci ildə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsində İƏT ölkələrinin mühüm dəstəkləyici roluna görə təşəkkürünü ifadə edərək ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib: “Bildiyiniz kimi, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Bundan əlavə, Azərbaycanın sərgi üçün təklif etdiyi mövzu -“İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişaf və innovasiyaların əsasında insan kapitalı dayanır.” S.Müslümov İƏT-ə üzv ölkələrin əmək nazirlərini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.

S.Müslümovun İƏT-in və ayrı-ayrı üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirməsi, qarşılıqlı maraq doğuran məsələlərə dair əməkdaşlıqla bağlı müzakirələrin aparılması da nəzərdə tutulub.
OXŞAR MÖVZULAR