Impera

XƏBƏR LENTİ
17:45HHM bölmələrinin təlimləri davam edir15:25Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir15:15ATU həkimləri uşağın ürəyini dayandırıb ürək qüsurunu uğurla əməliyyat etdilər15:02İstedadlı və Yaradıcı Gənclərin III Respublika Toplantısı keçiriləcək14:21Müəllim və valideynlər qəbul ediləcək13:34Prezident İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib13:05Sabah hava necə olacaq?12:52Prezident İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində iştirak edib12:47DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ12:34Çikaqo şəhərinin meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb12:20Kənd təsərrüfatı naziri “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib12:10Prezident İmişli rayonuna gedib11:50“Bakı Natiqlik Məktəbi” layihənin icrasını başa çatdırıb11:38Azərbaycan-Türkiyə əlaqələri özünün ən çiçəklənən dövrünü yaşayır11:21Sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir11:00Paytaxt məktəblilərinin daha bir uğuru10:43Kür çayında suyun sərfi artıb10:06Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək09:45Ermənilər atəşkəs rejimini 22 dəfə pozub08:15Şabranda ağır yol qəzası18:23AzTU-da Aprel şəhidlərinə həsr olunmuş filimlərin təqdimatı keçirilib18:16Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib17:46STAR zavodunun açılış mərasimi keçirilib17:41“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib17:22AMEA Dövlət Komitəsinin müraciətinə müsbət cavab verib17:12Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq17:06AQTA əməkdaşları “Sağlam məktəbli” layihəsi çərçivəsində 18 nömrəli məktəbdə olub16:45Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir16:32"Bakı Metropoliteni" QSC-də yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi övladları ilə görüş keçirilib16:11"Mühafizə və təhlükəsizlik qaydaları" mövzusunda təlimlər keçirilir15:53Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edib15:46Dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili mövzusunda seminar keçirilib15:29Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib15:15Bakı-Şamaxı yolu genişləndirilir15:00Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilb14:50Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçirib14:44“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir14:26Qida Təhlükəsizliyi Agentliyi ilə Analitik Ekspertiza Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanıb14:07Şənbə gününün hava proqnozu açıqlanıb13:13Energetika Nazirliyi və BP Niyyət Məktubu imzalayıb13:00“Türk Hava Yolları” noyabrın 8-dən Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır12:44Badamdar sürüşmə zonasında çatların ölçüləri böyüyür11:25Nazir Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşəcək11:15Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək11:04“Loqos”da “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib10:36Energetika naziri Pərviz Şahbazov Çində bir sıra görüşlər keçirib10:15“Sağlam məktəbli” adlı maarifləndirici layihə10:00Miqrasiya Xidmətinin (DMX) Çağrı mərkəzinə 2837 zəng daxil olub09:36Düşmən sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub09:15Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər09:00Tərtərdə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb16:50AQTA əməkdaşları Malayziyada beynəlxalq təlimdə iştirak edib16:17Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub16:00Aİİ-də dini-tarixi abidələrə həsr olunan tədbir keçirilib15:42Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb15:36“AtaSığorta” ASC yeni tibbi sığorta məhsullarını təqdim edir15:22BNA-da Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib15:00Müdafiə naziri "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir14:10Lənkəran dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb13:54“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib13:26Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib13:10“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçiriləcək.12:52İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir12:39Azərbaycanın son 15 ildəki inkişafı Dünya Iqtisadi Formunun gözü ilə12:11Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır11:55Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib11:35Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək11:00İngilis dili müəllimləri üçün seminar keçirilib10:21Azərbaycanın iştirakı ilə Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb09:21Ümumi sığorta yığımları 6,8 milyon manat artıb09:00Atəşkəs rejimi 29 dəfə pozulub08:47Ucarda sahibkarlara güzəştli kredit verilib08:30Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb15:36Paytaxt məktəblilərinin beynəlxalq idman uğurları14:54"Bakı Metropoliteni" QSC-də tələbə adını yüksək balla qazananlarla görüş keçiriləcək14:41Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb14:26Cari ilin aprel-sentyabr aylarında 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib13:57Zenit-raket komplekslərindən döyüş atışları icra edilib12:29Səyyar ASAN xidmət davam edir12:09Bakıda yağış axşama doğru kəsiləcək11:56AQTA zərərli orqanizmlər sirayətlənmiş kivi məhsulunu məhv edib11:45Energetika naziri Çində səfərdədir11:30Bakıda daha bir ərazidə sürüşmə olub, istinad divarı uçub11:20Səfir Daşqın Şikarovun BƏƏ mediasında Müstəqillik Günü ilə bağlı məqaləsi dərc edilib11:00Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir10:00Bakı metropolitençiləri Almaniyada nəqliyyat sərgisində09:30Atəşkəs rejimi 30 dəfə pozulub18:33Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur18:22Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb18:07Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb18:019 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub17:55Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb17:49Tərtər rayonunun dörd kəndinə təbii qaz verilib17:22Rektor qalib tələbələrlə görüşüb17:07Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib16:55“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib16:46AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb16:31Dövlət Müstəqilliyi Gününə hərs olunmuş yaradıcılıq sərgisi keçirilib16:06Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib15:46Üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil edib
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2018 (393)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Pensiya, müavinət və Prezident təqaüdlərinin artırılması üçün əlavə 200 milyon manat vəsait ayrılacaq

27 fev 2018, 16:05   
Pensiya, müavinət və  Prezident təqaüdlərinin artırılması üçün əlavə 200 milyon manat vəsait ayrılacaq


Newscenter.az.27.02.2018. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara Prezidentin təqaüdlərinin artırılması məqsədilə bu ay 13 Fərman və Sərəncamın imzalanması dövlət başçısının əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürü olmaqla, ötən dövrdə ölkəmizdə qurulan etibarlı sosial müdafiə sisteminin ildən-ilə gücləndirilməsində növbəti addımların atılmasını təmin edir. Bunu qeyd olunan Fərman və Sərəncamlarla əlaqədar keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.

Newscenter.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, nazir bildirib ki, sosial müdafiə sisteminin mühüm komponentlərindən olan pensiya təminatı bu gün əhalinin 1 milyon 318 min 434 nəfərini əhatə etməklə, sabit sosial rifahın təmin edilməsində önəmli rol oynayır. Həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 233,68 manata çatmasına imkan verib. Bu dövrdə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi də 17 dəfə artıb: “Azərbaycan Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə növbəti irəliləyişə əsas yaradıb. Sərəncama əsasən əmək pensiyalarının ümumi məbləğinin 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, onların pensiyalarında müvafiq artımın edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulmuş əlavə vəsaitin həcmi 165,4 milyon manat təşkil edir”.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidentinin 20 fevral 2018-ci il tarixli və 22 fevral 2018-ci il tarixli olmaqla imzaladığı 9 sənəd (2 Fərman və 7 Sərəncam) isə Prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir: “Həmin sənədlərə əsasən, müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq. Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan Prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 Fərman və Sərəncam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq”.

Nazir onu da qeyd edib ki, müharibə və 20 Yanvar əlilləri Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə şəhid ailəsi üzvləri əmək pensiyası hüquqları olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar ki, dövlət başçısının müvafiq Sərəncamları ilə həmin sosial ödənişlərin də artırılması təmin olunub.

Ölkəmizdə geniş əhali kontingentini əhatə edən müavinət sisteminin fəaliyyət göstərdiyini qeyd edən nazir bu sosial ödənişlərin də mütəmadi artırılması üçün dövlət başçısı tərəfindən müvafiq Sərəncamların imzalandığını vurğulayıb: “Həmin Sərəncamlar nəticəsində 2003-2017-ci illərdə müavinətlərin məbləğində dəfələrlə artım özünü göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2018-ci il tarixli Sərəncamları bu sahədə bu artım dinamikasını cari ildə də davam etdirməyə imkan verib. Bu Sərəncamlarla yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək. Hər üç Sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana yönələn müavinətlərin artırılmasını nəzərdə tutur və həmin Sərəncamlar üzrə müavinətlərə artımların edilməsi üçün ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayrılacaq”.

Nazir onu da bildirib ki, sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənildiyi nəzərə alınmaqla bu vəsaitin 1,7 milyon manata qədəri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qalanı isə dövlət büdcəsindən ayrılacaq: “Bununla da cari ildə bütün növ müavinətlərin artırılması təmin edilir. Eyni zamanda, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilir ki, bu sosial ödəniş növünün artımı hər il minimum əmək haqqının artması ilə əlaqədar artır. Ölkəmizdə minimum aylıq əmək haqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin müavinət də cari ilin əvvəlindən 12,06 faiz artırılaraq 520 manata çatdırılıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hazırki fevral ayında pensiya və müavinətlərin, Prezidentin təqaüdlərinin artırılması məqsədilə imzalanan 13 Fərman və Sərəncam ümumilikdə 1 milyon 856 min nəfəri əhatə edir. Həmin Fərman və Sərəncamlara əsasən pensiya və müavinətlərə, Prezidentin təqaüdlərinə müvafiq artımların həyata keçirilməsi üçün ümumilikdə ilin sonunadək 200 milyon manat əlavə vəsaitin ayrılması təmin ediləcək”, deyə diqqətə çatdıran S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd olunan Fərman və Sərəncamlarının ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin (18,75 faizinin) rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini və bu sənədlərdən irəli gələn vəzifələrin icrası işlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tam və vaxtında yerinə yetiriləcəyini vurğulayıb.
Sonra S.Müslümov jurnalistlərin suallarını cavablandırıb.
OXŞAR MÖVZULAR