Impera

XƏBƏR LENTİ
18:31Kəmaləddin Heydərov baş vermiş qəza ilə bağlı Gəncəyə gedib18:17Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb18:02Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib17:14İnam Kərimov vətəndaşlarla görüşəcək17:02ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır16:25Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib16:17Hakimlər və ədliyyə orqanlarının işçiləri təltif edilib - SİYAHI16:10Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi-SİYAHİ15:53Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib15:26Qətərdə regionun ultramüasir klinikası açılıb15:11“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”15:00Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb14:45Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu” keçiriləcək14:3620 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.14:25Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək14:10“Plastik və rekonstruktiv cərrahiyyə” dərsliyi çap edilib13:54Sabah hava necə olacaq?12:59Kanalizasiya kollektordan kəsilmiş mal başları çıxarılıb12:53Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib12:09Payız tətili ekskursiyaları təşkil edilib11:53Bakıda ilk dəfə Xəzər İnnovasiya Konfransı keçiriləcək11:21Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək11:04Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib09:45Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var09:30Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək09:20İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir09:14Ermənilər atəşkəs rejimini 30 dəfə pozub08:50Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək08:31Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib08:06Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib16:36Azərbaycan Cümhuriyyətinin 100 illiyi İğdırda qeyd edilib16:12QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb16:00Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı keçirilib15:57Fənn olimpiadalarının ilk mərhələsi üçün seçim turu15:41Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib15:30Energetika naziri Pərviz Şahbazov “Türk axını”ilə bağlı mərasimdə iştirak edir15:21İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib15:11Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər13:50“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək13:47Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib13:37Sabah hava necə olacaq?13:25“İrəli” növbəti qalibləri müəyyənləşdirib13:13Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir13:06Müəllimlər üçün seminar keçirilir12:55İlham Əliyev belaruslu həmkarı ilə görüşüb12:46Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq12:28“Azərsu” işçi axtarır11:4813-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib11:22Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub10:50Azərbaycan diasporunun təşkilatlanmasında yeni mərhələ10:22Ümumordu iməciliyi keçiriləcək09:40Ermənilər 25 dəfə atəşkəsi pozub09:00Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib18:54İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.18:33İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb18:11Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb17:53“Coca-Cola” şirkəti “Caspian Ecology 2018” sərgisində iştirak edib17:28Ağcabədidə “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib17:08Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib16:09Nazir Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşüb16:00Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni icra ediblər15:49Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı15:33Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib15:12Müəllim və valideynlər qəbul edilib14:50"İƏT Modeli" - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi14:20Prezident Sumqayıta gedib14:02“Strateji Yol Xəritəsi”nə dair əməkdaşlıq ediləcək13:50Kitabxana işinin təşkilinə dair təlimlər keçirilir13:25Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb13:16“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb və ilk şəffaflıq mərkəzini açıb13:00Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib12:50Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib12:48Şəffaflığın artırılmasına dair seminarlar keçirilir10:48Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir10:29Təhsil Nazirliyində yeni təyinat09:18Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Təhsil Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib08:15Qaradağda yanğın16:58Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib16:27Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq16:13Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib15:24Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək14:50İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb14:12Bakı şəhərinə yeni icra başçısı təyin edilib13:38Fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün problem yaradılır13:18Hövsan qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək13:04Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi12:51Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclasları keçirilir12:39Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib11:36“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq11:12Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir11:00Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub10:00Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar09:23Təhsil müəssisələrində “Eko-təqdimatlar” keçirilir09:00Atəşkəs rejimi 26 dəfə pozulub15:52AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir15:11İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib15:00Fuad Muradov Los-Ancelesdə görüşlər keçirib14:29Magiya ilə bağlı kitab çap edilib14:07Azərbaycan məhsullarının ixracı genişlənir
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2018 (274)
Oktyabr 2018 (502)
Sentyabr 2018 (465)
Avqust 2018 (361)
İyul 2018 (606)
İyun 2018 (645)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bələdiyyə qulluqçularının hüquq və vəzifələri

01 mar 2018, 20:55   
Bələdiyyə qulluqçularının  hüquq və vəzifələri


Newscenter.az.1.03.2018. Yerli özünü idarəetmə orqanlarının yaradılmasında və inkişaf etdirilməsində məqsəd sakinlər tərəfindən bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində daha çox söz sahibi olmaq və tədricən dövlətin bu sahədə yükünü azaltmaqdır. Lakin bu hələlik Azərbaycan bələdiyyələri üçün heçdə asan məsələ deyil. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra hakimiyyətə gəlmiş bolşevik höküməti tərəfindən bələdiyyələrin ləğv edildiyi və yerli özünü idarəetmə sahəsində yaranmış 79-illik boşluqdan sonra müstəqil Azərbaycan Respublikasında yenidən təsis edilmiş bələdiyyə orqanları xarici dövlətlərin bələdiyyələri ilə müqayisədə daha gənc və təcrübəsizdir. Nəzərə alınmalıdır ki, uzun illər boyu dövlət aparatının nəzarətində olan və dövlətin maliyyə gücü ilə həll edilən məsələlərin bələdiyyələrə həvalə edilməsi mərhələli şəkildə həyata keçirilsədə yeni yaranmış və maliyyə gücü zəif olan bələdiyyələr üçün müəyyən çətinliklərə səbəb olur.

Bütün bu çətinliklərə baxmayaraq yerli problemlərin həllini üzərlərinə götürmüş bələdiyyələrin, abadlıq və quruculuq işlərinin uğurla aparılmasında, yerli iqtisadi, sosial müdafiə, ekaloji, sosial inkişaf proqramlarının və layihələrin həyata keçirilməsi prosesində bələdiyyə orqanlarında vəzifə tutan peşəkar və məsuliyyətli bələdiyyə qulluqçularının xüsusi rolu və iştirakı vardır.

Qanunvericiliyə əsasən bələdiyyə qulluqçuları kimlərə deyilir və hansı mərhələləri keçməklə bələdiyyə qulluğuna qəbul olmaq mümkündür? Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxslər bələdiyyə qulluqçusu hesab edilir. Bələdiyyə qulluqçuları yerli özünü idarə orqanlarında xidməti vəzifələrinə seçkilər vasitəsiylə deyil “Bələdiyyə qulluğu haqqında”Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən müsabiqə yolu ilə qəbul edilirlər. Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının qanununa əsasən seçki yolu ilə seçilmiş bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.

Hər peşə sahibi kimi bələdiyyə qulluqçusu olaraq çalışan və yaxud bələdiyyə qulluğuna qəbul olmaq istəyən şəxs və yaxud şəxslər sakinlərə xidmət sahəsində çalışacaqları ilə əlaqədar olaraq bələdiyyə qulluqçusu olmasından irəli gələn hüquq və vəzifələrini bilməli, zərurət yaranarsa vəzifələrindən irəli gələn haqlarını tələb etməyi bacarmalıdırlar.Yəni bələdiyyə qulluqçusunun hüquq və vəzifələri bir bütöv olaraq vəhdət təşkil edən normalardır. Tədricən dövlət tərəfindən bələdiyyələrə həvalə edilən sahələrdə bələdiyyə orqanlarının səmərəli fəaliyyətinə və vətəndaş cəmiyyətinin inkişafına bələdiyyə qulluqçusunun hüquq və vəzifələrinin təmin edilməsi ilə nail olmaq mümkündür. Təbii ki, bələdiyyə qulluqçusu üçün təkcə vəzifələrini bilmək yetərli deyil, hər bir bələdiyyə qulluqçusu eyni zamanda işində məsuliyyətli olmalı və xidməti işindən irəli gələn vəzifələrinə əməl etməyə borcludur. Bu qədər mühüm və məsuliyyətli peşədə çalışsalarda təssüfki, bələdiyyə qulluqçusu kimi çalışanların əksəriyyəti qanunvericilikdən irəli gələn hüquq və vəzifələrinin nə olduğunu və hansı qanunlarla tənzimləndiyini bilmirlər. Halbuki hər bir bələdiyyə qulluqçusu qanunvericilikdən irəli gələn hüquq və vəzifələrini əzbər bilməlidir.

Bələdiyyə qulluqçularının hüquq və vəzifələrinin təmin edilməsi, bələdiyyə qulluqçularının statusunun müəyyən edilməsi və hüquqi vəziyyətinin tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin nizamnamələri və digər müvafiq qanunvericilik aktlarları ilə həyata keçirilir.

Bələdiyyə qulluqçularının hüquqları aşağıdakı 7 maddədən ibarətdir:
1. İşə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək.
2. Vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq.
3. Səlahiyyətləri daxilində məsələlərə baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək.
4. Həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək.
5. İxtisas dərəcəsini və peşə hazırlığını artırmaq.
6. Bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək.
7. Öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.

Bələdiyyə qulluqçuları sakinlərə xidmət göstərmək və çalışdığı bələdiyyə orqanının ona verdiyi səlahiyyətlərin icrası kimi mühüm xidməti vəzifənin daşıyıcıları olduqları üçün hüquqları ilə bərabər vəzifələrinin fərqində olması, qanunvericiliyə əməl etməsi, xidməti işində məsuliyyətli olması və əmək intizamına riayət etməsi yerli özünü idarəetmə orqanlarının fəaliyyət keyfiyyətinin yüksəlməsinə təsir gəstərən amillərdəndir. Bələdiyyə qulluqçuları öz vəzifələrinə nə qədər ciddi riayət etsələr sakinlərin bələdiyyələrə olan güvəni bir o qədər möhkəm olar. Əhalinin bələdiyyələrdən gözlədiyi xidmətin səviyyəsi və keyfiyyətin yüksək olması bələdiyyə qulluqçularının fəaliyyətindən aslıdır.

Bələdiyyə qulluqçularının vəzifələri aşağıdakılardır:
1. Öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmək.
2. Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq.
3. Rəhbərliyin «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyələrin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək.
4. Əmək və icra intizamına riayət etmək.
5. Yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.

Bələdiyyə orqanları tərəfindən bələdiyyə qulluqçuları arasında xidməti vəzifədə çalışdıqları müddətdə hüquqlarından irəli gələn vəzifələrlərinə əməl etməyin vacibliyini aşılayan seminarlar və kurslar vasitəsiylə xüsusi marifləndirmə işləri mütamadi olaraq aparılmalıdır. Bələdiyyə qulluqçusunun vəzifələri cəmiyyətin və sakinlərin maraqlarına və ehtiyaclarına uyğun şəkildə qəbul edilmiş davranış qaydasıdır və əməl edilməsinə qanunvericiliklə təminat verilir.

Hökməli bələdiyyəsinin sədr müavini, bələdiyyə məsələləri üzrə ekspert, hüquqşunas, Fərman Salmanlı
OXŞAR MÖVZULAR