Səfir Daşqın Şikarov BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri ilə görüşüb » Newscenter.az
Impera

XƏBƏR LENTİ
15:36İsraillə "Həmas" arasında imzalanan müqavilə Qəzzada humanitar problemləırin həllinə yol açacaq15:17Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib15:03Kür çayının aşağı axarında artım müşahidə edilib14:45Kredit İttifaqının İdarə Heyətinin sədri barəsində cinayət işi başlanılıb14:34Mexanizatorlara sertifikat təqdim ediləcək14:30Sürüşmə zonalarında aktivlik müşahidə olunur14:18“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb14:00Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır13:36Xəbərdarlıq:Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək13:25"Aqrolizinq" cənub zonasının sakinləri ilə görüş keçirəcək13:04“Kaspersky Lab” şirkəti messenger və sosial şəbəkələrə olan fişinq hücumlarında artım qeydə alıb12:50Köçəryan siyasətə hansı güclə qayıdır?12:36İstirahət günlərində hava qeyri-sabit keçəcək, temperatur aşağı enəcək12:14İrandan psixotrop maddə gətirmək cəhdinin qarşısı alınıb12:00ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirilib11:44Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib11:34Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağın azad edilməsinə gətirib çıxarmayacaq11:256 müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb11:05Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır10:52Son 17 ildə ilk səfər10:31Bu yollarda təmir və rənglənmə işləri aparılır10:13Dövlət Baytarlıq Xidmətindən rayon rəhbərlərinə müraciət10:00Əsgər ölümünə görə üç hərbi qulluqçu həbs olunub09:44Tramp Qorbaçovla eyni siyasəti aparır09:30Ermənilər 92 dəfə atəşkəs rejimini pozub09:15Xaçmazda qanunsuz ağac kəsilməsi faktı aşkar edilib09:00Bakının böyük bir hissəsinə təbii qaz fasilə ilə veriləcək22:04Ağdaşda yaşayış binasında yanğın olub, xəsarət alan var19:27İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb18:52Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb18:19ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a olublar18:06“Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib17:582018-2019-cu dərs ilinin prioritet istiqamətləri müəyyənləşib17:37Avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.17:22Avqust ayı üzrə pensiyalar hesablara köçürülüb17:11Aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb16:45Qarabağ klanı Nikola qarşı cəbhə açır16:36Toxumçuluq mövzusuna həsr olunmuş regional müşavirə keçiriləcək16:15Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb16:10QARABAĞ TV-nin internet səhifəsi hazırlanıb16:00Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib15:43“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək15:34Serj Sərkisyan istintaqa çağırılıb14:37Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir13:59General-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib13:31Prezident bu şəxsləri təltif etdi-SİYAHI13:23Şəmkirdə 26 yaşlı gənc özünü yük vaqonundan asaraq intihar edib13:12Sabah hava necə olacaq?12:57Nazir vətəndaşlarla görüşəcək12:33Bu ilin 6 ayında 369611 kv. metr sahə məcburi dezinfeksiya edilib12:21Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib12:13SABAH qrupu tələbələrinin təcrübə proqramı başa çatıb11:56Lerikdə 28 məntəqəni birləşdirən yol yenidən qurulur11:40“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib11:33Təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır11:25Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib11:15Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb11:03Daha bir yolda təmir işləri həyata keçirilir10:53Azərbaycan İlahiyyat İnstitutu boş qalan yerlərə tələbə qəbulu elan edir10:22Bakı-Quba yolunda təmir işləri başlanılıb10:08Qurban bayramı ilə əlaqədar müvəqqəti kəsim məntəqələri yaradılır09:53İrandan Azərbaycana narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup saxlanıldı09:34Gürcüstanla həmsərhəd rayonlara əlavə vaksin göndərilib09:19Düşməın 87 dəfə atəşkəsi pozub09:00Paytaxtdakı yaşayış binalarından birində yanğın olub08:25“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib20:42Paytaxtda yaşayış binasında yanğın olub19:12Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb18:30Babək prospekti yenidən qurulacaq18:15İmişli sakini Araz çayında boğulub17:57Balakəndə itkin düşmüş şəxsin meyiti tapıldı17:02İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib16:29Keçən ay 653 nəfərin ölkə ərazisinə girişinə qadağa qoyulub16:10Salyanda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib15:59Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb15:45Goranboyda ağır yol qəzası15:39Şamaxıda torpaq sürüşməsi baş verib15:19Bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir15:04Xarici ölkələrdə Azərbaycanın ticarət evlərinin fəaliyyətinə dair müzakirələr aparılıb14:40Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib14:10Daha bir kəndə təbii qaz verilib13:36Sabah Azərbaycanda havanın temperaturu artacaq12:29Türk dünyasının birlik və bərabərliyi istiqamətində daha bir addım12:17Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur12:08Təbiətə ziyan vuran şəxs cərimələnib11:53Paytaxtda 19 ünvanda piyada keçidi təşkil olunacaq11:37Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir edilir11:08Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır10:39Bu rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq10:25Axtarışda olan 22 nəfər saxlanılıb09:54Ermənilər müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:03Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il keçir08:14Paytaxtda daha bir intihar cəhdi16:07Vaşinqtonla Ankara arasında səmimi dialoq mümkün deyil15:21Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq14:35Sabah hava necə olacaq?14:12BƏƏ mətbuatı Qəbələdə keçirilən festivaldan yazdı13:39XƏBƏRDARLIQ-Qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq13:24"Nyukasl xəstəliyi"nə qarşı profilaktik tədbirlər aparılır13:15Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2018 (322)
İyul 2018 (606)
İyun 2018 (645)
May 2018 (917)
Aprel 2018 (757)
Mart 2018 (669)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Səfir Daşqın Şikarov BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri ilə görüşüb

01 mar 2018, 13:34   
Səfir Daşqın Şikarov BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri ilə görüşüb


Newscenter.az.1.03.2018. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov fevralın 28-də bu ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Thani bin Ahmed əl Zeyudi ilə görüşüb.

Səfirlikdən Newscenter.az-a verilən məlumata görə, D.Şikarov Azərbaycan və BƏƏ arasında əlaqələrin ümummilli lider Heydər Əliyev və Şeyx Zayed əl Nəhyan tərəfindən yaradıldığını, artan xətlə inkişaf edən sıx ikitərəfli siyasi və iqtisadi əlaqələr, son nailiyyətlər və həyata keçirilən tədbirlərdən danışıb.

Səfir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunmasına verdiyi diqqət, neft və qaz hasil edən ölkə olduğundan ətraf mühitə tullantıların azaldılması məqsədilə müasir texnologiya və təcrübələrə külli miqdarda vəsait sərf etməsi, beynəlxalq müstəvidə bu sahədə əməkdaşlıq etməsi, Paris Müqaviləsinin üzvü olması barədə məlumat verib. D.Şikarov həmçinin davamlı iqtisadi inkişaf yolunu tutmuş Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunaraq ölkəmiz tərəfindən həyata keçirilən iqtisadi, humanitar, mədəni, idman və incəsənət tədbirləri barədə danışıb. O, bütün sahələrdə inkişaf edərək regionda və dünyada nüfuz sahibi olan ölkəyə çevrilmiş Azərbaycanın tək problemi olan qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalı və bunun nəticəsində yaranmış humanitar və iqtisadi problemlər, Ermənistanın işğal altında saxladığı ərazilərdə ətraf mühitə verdiyi zərər, nüvə tullantılarını bu torpaqlarda basdırması, təbii sərvətləri talan etməsi, bununla yanaşı, məscid və digər tarixi, mədəni abidələri dağıtdığı barədə ətraflı məlumat verib.
Səfir Daşqın Şikarov BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri ilə görüşüb

Thani bin Ahmed əl Zeyudi iqlim dəyişikliyinin getdikcə daha vacib xarakter aldığı, Körfəz regionunun bu dəyişikliklərdən daha çox əziyyət çəkdiyi, bu səbəbdən ölkəsinin bu sahədə görülən tədbirləri artırması barədə məlumat verib. O, neft mühəndisliyi sahəsində işlədiyi zamanlarda Azərbaycanda olduğunu, ölkəmizin gözəlliyinə heyran qaldığını, müvafiq sahələrlə tanış olduğunu diqqətə çatdırıb.

İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin müvafiq sahə ilə yanaşı, BƏƏ-yə idxal olunan məhsulların sertifikatlaşdırılması sahəsində də fəaliyyətinə toxunan səfir Azərbaycanın iqtisadi və ticarət nöqteyi nəzərindən BƏƏ-yə xüsusi diqqət verdiyi, mükəmməl coğrafi yerləşmə və təbii şəraitə görə Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirildiyi, BƏƏ-də bu məhsullara daim tələbatın olduğu, məhsullarımızın bu bazara çıxarılması üçün əlavə tədbirlər görüldüyü barədə danışıb. Şirkətlərimizin BƏƏ bazarına çıxışını asanlaşdırmaq üçün nazirliklə əməkdaşlığa ehtiyac duyulduğunu deyən Daşqın Şikarov BƏƏ-yə verilən xüsusi diqqəti bir daha qeyd edərək Azərbaycanın dörd ticarət nümayəndəsindən birinin məhz BƏƏ-yə təyin olunmasının bunun göstəricisi olduğunu diqqətə çatdırıb.
Səfir Daşqın Şikarov BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri ilə görüşüb

Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev Azərbaycan məhsullarının BƏƏ və region ölkələri bazarına çıxarılması məqsədilə görülən tədbirlər barədə məlumat verib, məhsulların sertifikatlaşdırılması sahəsində işlərin operativ və məhsuldar şəkildə qurulması üçün nazirliklə sıx əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb.
Səfir müavini Leyla Süleymanova Azərbaycanda və müxtəlif ölkələrdə bir çox təhsil, mədəniyyət və xeyriyyə layihələri həyata keçirən Heydər Əliyev Fondu tərəfindən ekoşəhərciklərin salınması layihəsinin olduğu barədə məlumat verib, gələcəkdə BƏƏ ilə əməkdaşlıq məsələlərinin gündəliyinə bu sahədə birgə təşəbbüslər həyata keçirilməsinin daxil edilməsini təklif edib, nazir bu sahədə əməkdaşlığın maraqlı ola biləcəyini bildirib.
OXŞAR MÖVZULAR