Impera

XƏBƏR LENTİ
14:30Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı14:06İyunun 22-də “Açıq qapı” günü keçiriləcək14:03338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib13:42Türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib-VIDEO13:13Həbsxana satışa çıxarıldı12:53Bu yollarda rəngləmə işləri aparılacaq12:45300 məktəbə yeni direktor təyin edilib12:40“Virtual Qarabağ” IKT Gənclər ictimai birliyi və Google şirkətinin Google Mədəniyyət İnstitutu tərəfdaş oldu12:30Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib12:25“Carlsberg Azerbaijan” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı12:192018-2019-cu tədris ilində 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib12:06“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi11:55165 mindən çox uşaq birinci sinfə gedib11:30AQTA enerji içkiləriiləbağlı qaydaları müəyyənləşdirdi11:17“Türk Hava Yolları” yeni istiqamətlərə uçuşlar həyata keçirəcək11:00Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb10:55Böyük Britaniya dərgisində azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında məqalə dərc edilib10:30Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib10:13Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar09:55Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək09:432018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514 şagird bitirir09:25Düşmən 19 dəfə atəşkəsi pozub09:02Nazirdən məzunlara təbrik mesajı15:51“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib15:29Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilir14:5715 iyundan başlanan yol14:15Bakıda dağlıq ərazidə yanğın başlayıb14:00BŞTİ-nin tabeliyində 318 məktəb fəaliyyət göstərir13:40“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər keçirilir13:3150 minə yaxın müraciət daxil olub13:11Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO13:00Ola bilsin Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var12:54“Kaspersky Lab”: istifadəçilərin yalnız 28%-isənədlərinin təhlükəsizliyini yoxlayır və lazımi dəyişikliklər edir12:49“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb12:22Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?10:14Paytaxt təhsili 2018-2019-cu tədris ilini uğurla başa vurur10:00Energetika Nazirliyinin rəhbərliyi şimal zonasında vətəndaşları qəbul edəcək09:50AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?09:37Atəşkəs rejimi 15 dəfə pozulub09:00Fuad Muradov Latviyaya səfər edib08:50Doğum günün mübarək olsun, ŞƏHİD!08:43Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi08:30Türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib18:05Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib17:39Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib17:10AzTU Elmi Şurasının növbəti iclası keçirilib16:41Yevlaxda “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirili16:35Murad Köhnəqala həbs edilib16:26“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib16:10Komitə rəhbərliyi vətəndaşları qəbul edib16:00Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib15:46Bu günə qədər 235159 hektar sahədə taxıl biçini aparılıb15:35Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb15:11Naftalanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır14:51Energetika naziri Pərviz Şahbazov Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib14:45“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 135836 istehlakçıya xidmət edib14:30Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb13:52Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar konfransı və sərgisi keçirilir13:27Bu günə qədər gümçülər 313,13 ton yaş barama təhvil veriblər13:10Bu yollarda diqqətli olmaq tövsiyə edilir12:50Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib12:43“Təhsil Liqası”na yekun vurulub12:30Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb12:12Millət vəkili Eldəniz Səlimov seçicilərlə görüşüb12:05İngilis Dili Olimpiadası başa çatıb12:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur11:54Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb11:35Bərdədə pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib11:08Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib11:00Gənc bioloqların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib10:51Prezident İlham Əliyev təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib10:20Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb09:49Düşmən ərazilərimizə 8 mərmi atlb09:00Komitə sədri vətəndaşları qəbul edib08:39Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib17:432019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub17:00Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib16:1218-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgilərinin açılışı olub15:52“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı Əlaqələndirmə Komissiyasının son toplantısı keçirilib15:40Beynəlxalq turnirin çempionları bəlli olub15:20Bakıda III Milli Mühasiblər Forumu keçiriləcək15:03Yeni vaqonlar artıq Bakıdadır14:50Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursuna göndərilib14:22Sabah 40 dərəcə isti olacaq13:45Tovuzun daha bir yaşayış məntəqəsi qazlaşdırılır13:27“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir13:17Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib13:00Aİİ rektoru tələbə və valideynlərə müraciət etdi12:45Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın xilaskarı oldu.12:03Mini-futbol çempionatı başa çatıb11:55Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır11:45Təhsil nazirin müavini videoqəbul keçirəcək11:30O cəmiyyətlərdə ki din gəlir, pul mənbəyinə çevrilib.....11:24Gədəbəydə 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur11:14Müsabiqə-konfransın qalibləri mükafatlandırılıb10:56Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycan da təmsil olunacaq10:35Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək10:10Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib09:41Atəşkəs rejimi 16 dəfə pozulub09:00Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib-VIDEO
BÜTÜN XƏBƏRLƏR
İyun 2019 (308)
May 2019 (846)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)

«    Mart 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şir ürəyi yeyən azərbaycanlı ovçu

01 mar 2018, 12:07   
Şir ürəyi yeyən azərbaycanlı ovçu


Azərbaycanlı ovçu Yeni Qvineyada adamyeyən qəbilələr arasında ov edəcək

Newscenter.az.1.03.2018. "
Azərbaycan brendi" layihəsini təqdim edirik. Devizi "Azərbaycanın brendi onun insanıdır" olan layihənin ilk insan kapitalı peşəkar ovçu kimi dünyanı fəth edən Faiq Babanlıdır. 41 yaşlı Faiq Babanlı ilə söhbət edərkən onun ruhən qat-qat yaşlı və həyat təcrübəsinin olduğu görünür. O, vaxtilə güləş və qaydasız döyüşlə məşğul olaraq böyük uğurlar qazanıb. 15 ildir ki, Safari Ov Klubu Azərbaycanın rəhbəridir. Həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir. 80-dən çox ölkədə ov edən Faiq Babanlı daima Azərbaycanın təbliğatını da aparır.

-Peşəkar ovçudan əsas nə tələb olunur? Yəni ovçu ova gedərkən özünün ovlanmaması üçün nəyə diqqət etməlidir?


- Ovçunun öncə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır. Bunlar ovçunun cəngəllikdə ovlanmaması üçün ən vacib faktordur. Onun ərazisinə düşəndə heyvan dəqiq bilir ki, sən haradasan. Çünki buralar onun arealıdır. Mən hər şeyi hissiyyatla görürəm. Əgər mən nəyi isə hiss etdimsə, heç kim mənim fikrimi dəyişə bilməz. İkincisi, peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu edən çox azdır. Çünki ölüm qorxusu var.



Mən o etapı çoxdan keçmişəm. Mən atıcılıqda seçilirəm, yəni hədəfi nəzərdə tutmuram. Heyvana atmaq tam başqadır, vəhşiyə atmaq tam başqa, cəngəllikdə isə atmaq tamam başqadır. Məsələn, dağda çox uzaq məsafədən bucaq altında atırsan. Peşəkar ovçu tək güllə atmaqla fəxr etməməlidir. Əvvəla, hər heyvana eyni güllə ilə atəş açmaq olmaz. Məsələn, filin gülləsi ayrıdır, şirin gülləsi ayrıdır və s. Hər heyvanın növünə görə gülləsi var.

-Siz peşəkar ovçu olaraq hansı cəhətinizə görə dünyada özünüzü nömrə bir hesab edirsiniz?

-Mən özümü nömrə bir hesab etmirəm. Mənə belə deyirlər.

-Bəs nömrə birlərin arasında...

- Mən insan ayağı dəyməyən ən təhlükəli nöqtələrdə ov edirəm. Nömrə bir varsa da, hamısı o dərəcədə deyil. Dünyada tanınmış ovçular var. Cəngəlliyə isə ov üçün ancaq mən gedirəm. Çünki cəngəlliyə adam girmir. Orada sözün əsl mənasında həyat təhlükəsi var.

-Dünyada ovçuların reytinq siyahısı var. Onlar nəyə əsasən o siyahıya salınır?

- Orda müəyyən şlemlər var; qızıl şlem, brilyant şlem. Məsələn, hansısa ovçu dağkeçilərinin kolleksiyasını yığır. Onunla reytinq siyahısına alınır. Bununla yanaşı, ovçuluqda "Dangerous game" var. Hansı ovçu Afrikanın 5 (leopard, fil, vəhşi camış, kərgədan, şir) heyvanından bir neçəsini vursa, o, dünya ovçuları arasında seçilir. -Bəs siz hansı cəhətinizə görə həmin reytinqə düşübsünüz? - Mən ekstremal ovçu olduğuma görə o siyahıya düşmüşəm. Həmçinin mən dediyim 5 heyvandan 4-nü ovlamışam. Təkcə qalır kərgədan. Qeyd edim ki, bu heyvanları ovlamaq üçün hər birinə görə dövlətə müəyyən məbləğdə ödəniş etməlisən.

Mənim ovlarımın çoxu dünyada göstərilmir. Mən cəngəllikdə vəhşi heyvanlarla üz-üzə gəlirəm. Bunu məndən başqa heç bir ovçu etmir. Hər kəs ovdan bir cür adrenalin alır. Mən də ekstremal şəraitdəki ovlarımdan adrenalin alıram... - Adətən, sizin kimi ölümün gözünə dik baxan insanlara deyirlər ki, şir ürəyi yeyib. Baxıram ovladığınız heyvanların arasında şir də var. Siz ovladığınız hansısa şirin ürəyini yeyibsizizmi? - Əlbəttə, çox yemişəm. Həqiqətən, şirin yeyiləsi bir yeri varsa, bu da ürək əzələsidir. Yəni mən onu yeməmişəm ki, özümə güc gəlsin. Sadəcə, dadlı olduğuna görə yemişəm. -Ümumiyyətlə, şir ürəyi yeyəndən sonra insan, həqiqətən də özündə hansısa güc hiss edirmi?

-Mən hiss etmirəm (gülür). Amma mən ölümdən qorxmayaraq şirlə qarşılaşıb onu ovlayarkən özümdə bu gücü hiss edirəm.

-Dünyada vəhşi heyvanları sizin kimi cəngəllikdə ov edən təxmini neçə ovçu var? - Ora gedən adamları mən görürəm və onları bütün dünya tanıyır. Amma onların hamısı bir dəfə gedir. Mən isə onların getdiyindən daha da dərinliklərə, təhlükələrin olduğu yerlərə gedirəm. Məni daha çox özünə çəkən Amazon cəngəlliyidir. Mən ruhən ora çox bağlıyam. Mənə lazımdır ki, cəngəlliyin içərisində nə olduğunu görüm. Mən dünyanın ən ucqar və çətin keçidləri olan yerlərində ov etmişəm. Amma Amazon cəngəlliyi tamam başqa bir aləmdir. - Amazonda ov etməyin nə kimi özəlliyi var? -Ölüm qorxusunun olması. Oranın özünəməxsus atmosferi var. Ölüm qorxusunun olması insanda yüksək məsuliyyət tələb edir. Bunu hər an hiss edirsən. Hiss edirsən ki, təbiət səni sıxıb çıxartmaq istəyir. Orada ovun vaxt məhdudiyyəti yoxdur. Cəngəllikdə yatmaq olmaz. Hər an ovlanmayasan deyə, daim ayıq olmalısan. Məsələn, mən ora gedəndə bəzən elə olur ki, 4-5 sutka yatmıram. -Bəs Azərbaycanın təbliğatını necə aparırsınız? -Hər bir ölkədə ov aləmində tanımmış şəxsiyyətlər var. Mən onlarla görüşəndə Azərbaycan haqqında da danışıram. Azərbaycanın xaricdə təbliğatı mənim üçün vacibdir. Mən ova gedəndə hər kəsə üzərində Azərbaycanla bağlı yazılar olan köynəklər geyindirirəm. Ayrıca mən hara ova gedirəmsə, ora Azərbaycanın bayrağını sancıram. Mənə deyirlər ki, bura gələn yoxdur deyə, bayrağı görən olmayacaq. Mən də deyirəm ki, vertolyotla uçanların görməsi üçün bayrağı burada sancıram. Yəni dünyanın ən tanınmış insanlarının ov üçün gəlib gedə bilmədiyi əlçatmaz yerə məhz azərbaycanlı gedir və orada Azərbaycanın Dövlət bayrağı dalğalanır. Bununla yanaşı, kampımın üzərində də hər zaman Azərbaycan bayrağı asılır. -Dünya şöhrətli ovçuları Azərbaycana gətirə bilirsinizmi? -15 ildən artıqdır ki, dünya şöhrətli insanlar mənim dəvətimlə Azərbaycana leqal ova gəlir və qonağım olurlar. Elə son gələnlərdən biri İsveç futbolçusu Zlatan İbrahimoviç idi. Yəni dünyada başqa tanınmış çox insanlar var ki, Azərbaycanda gəlib ov edirlər. Bu insanlar bizi sayıb gəlirlər. O adam keyfiyyətlidir ki, onun çoxlu əlaqələri var. Hər insan harasa gedəndə bilməlidir ki, kimin yanına gedir. Əgər onun kalibri dəvət edən adamla eynidirsə, bu dəvəti qəbul edir. Biz özümüz də xaricdə harasa dəvət ediləndə bu kimi məsələlərə xüsusi diqqət edirik. Yəni bizi dəvət edən dünya şöhrətli adamdırsa, onun beynəlxalq arenada xüsusi çəkisi varsa, onun dəvətini qəbul edib gedirik.

-Bildiyimiz kimi, Azərbaycana turist axını gücləndikcə, turizm sahəsi üzrə yeni istiqamətlərin yaranması zərurətə çevrilir. Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli şərait varmı?

- Ölkəyə turist axınını artırmaq üçün ov birinci vasitədir. Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək olar, amma bu iş hökmən dövlət nəzarəti altında olmalıdır. Çünki ov hər hansı heyvanın qırılıb yox olmasına gətirib çıxara bilər. Keniyanı misal çəkim. Keniyada ov etməyə icazə verilmir. Heyvan çoxdur, amma ov yoxdur. Peşəkar ovçu hər qarşısına çıxan heyvanı vurmur. O seçib heyvanın ən qocasına güllə atır. Xaricdən gəlib ev etmək istəyən qonağı biz müşayiət edirik. Biz ona istiqamət veririk ki, hansı heyvanı vurmaq olar və ya olmaz. Biz özümüz də hansısa ölkəyə gedəndə ov üçün hər heyvan növündən asılı olaraq rəsmi lisenziya alaraq ödəniş edirik.

-Elə heyvanlar var ki, onların sayı lazım olandan daha çoxdur və ovlanması vacibdir. Azərbaycanda təbiətə ziyan verən belə heyvanlar varmı?

- Buna misal olaraq deyim ki, canavarların Azərbaycanda təhlükəsi var. Eyni zamanda çaqqalların və yenotların da azaldılması mütləqdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin verdiyi məlumata görə, canavarlar maralları və dağkeçilərini yeyirlər. Bu da həmin heyvanların təbii artımının qarşısını alır. Canavarları da tələ qurmaq və ya zəhərli dərmanlarla yox, ancaq ov üsulu ilə azaltmaq olar. Çünki ovçu gözlə görüb vurur.

-Azərbaycanda ovçuların peşəkarlaşmasına nə dərəcədə ehtiyac var?

- Azərbaycanda ovçuluq tam dövlət nəzarəti altında olmalıdır.Bizim əsas məqsədimiz Azərbaycanda pərakəndə ovçuluq məsələsini aradan qaldırmaqdır. Buna görə də Azərbaycanda ovçuların peşəkarlaşmasına çalışırıq. Həmçinin Azərbaycandan xaricə ov təşkil edirik. Həmkarım Asif İlyasovla birgə real ov filmləri çəkib dünyaya yayırıq. Bütün dünya bizi Safari Ov Klubu Azərbaycan (safari.az) adı ilə tanıyır. Biz müxtəlif beynəlxalq ov cəmiyyətlərinin tədbirlərində iştirak edirik. Fəaliyyətimiz dəfələrlə qiymətləndirilib. Elə bu günlərdə ABŞ-da Beynəlxalq Ov Cəmiyyəti tərəfindən təltif edildik. -Sizin ovçuluq sahəsində müəlliminiz olubmu? - Mənim bir müəllimim olub, o da həyatdır. O məni möhkəm döyüb. Şəxsi mənafe və şöhrəti düşünmədən həyatımı sürmüşəm. Etdiyim işlərin nəticəsində dünyanın müəyyən dairələrinin diqqətini çəkmişəm. Buna görə də dünya məni tanıyıb. Bilirisiz, bizim daxilimizdə hər şey var. Biz, sadəcə, ondan tam istifadə edə bilmirik. Ona görə də gərək insan adlı mexanizmi işlətməyin ustası olasan. Allah insanı ideal yaradıb. Buna görə də insan çox böyük məxluqdur. Hər şey insanın anlamından asılıdır. Mənim üçün insanın əsas şəxsiyyəti önəmlidir.

-Siz ovçuluqdan nə kimi mənəvi zövq alırsınız?

-Ovçuluq mənim daxili qidamdır. Mən əsas vaxtımı daxilimi nizam-intizama salmağa və enerji balansımı qorumağa sərf edirəm. Mən vaxtdan istifadə edib öz daxilimi enerji ilə yükləyirəm. Bütün bunları mən ovçuluqla edirəm. -Sizin üçün əlçatmaz olanı edibsinizmi? Yəni ovçu olaraq öz istəyinizə çatıbsınızmı? - Mən hər zaman qarşıma ən çətin hədəflər qoymuşam və bu hədəflərin maksimum dərəcədə yerinə yetirilməsinə can atıram. Bəli, mənim üçün əlçatmaz olanı çoxdan etmişəm. Və mənim etdiyimi hər ovçu edə bilməz…

-Növbəti ovunuzu harada etməyi planlaşdırırsınız?

-Ov edilməyən yerlərə dəvət almışıq. Planımız Yeni Qvineyaya getməkdir. Mən oxla da yaxşı atıram. Yeni Qvineyada adamyeyən qəbilələr var. Onlarla ov edəcəm. -Dünyanın Azərbaycana marağını artırmaq üçün nə etmək lazımdır? - Dünyanın Azərbaycana marağını artırmaq üçün insan faktoru məsələsi önə çəkilməlidir. Yəni azərbaycanlılar öz qəhrəmanlıqlarını ölkə daxilində deyil, xaricdə göstərməlidirlər. Çünki ölkə daxilində onu kimsə görmür. Xaricdə bütün sahələrdə tanınmış şəxslərin sayı artmalıdır. Ölkənin qiyməti onun şəxsiyyətlərinə görə verilir.

Mən 80-dən çox ölkədə olmuşam və bütün qitələrdə ov etmişəm. Ovladığım heyvanların vətənimdə yaratdığım şou-rumda canlı obrazlaşdırılmış kolleksiyasını etmişəm. Biz bu işə bir neçə ölkənin mütəxəssislərini cəlb edirik. Bununla cəngəlliklərin reallığını göstərirəm. Bura gələnlər gördüklərinə heyran olurlar. Nəzərə alın ki, ovçuluq yüksək sferadır. Dünyaya göstərmək istəyirik ki, Azərbaycanda da bu sahəyə uyğun şəxsiyyət var. Xaricdə soydaşlarımız Azərbaycanda da belə işlərin görülməsi haqqında fəxrlə danışa bilərlər. Demək, bütün iş həll olunub. Yəni artıq biz varıq. Bir günə 10 ilin işini görürük. Çünki biz Azərbaycan üçün yetişmişik. Bir ölkənin hər hansı sahəsi üzrə insanının tanınması, bu ölkənin dünyada tanınması deməkdir. Qeyd: İnsan kapitalı üzərində brendləşməyə xidmət edən “Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra edilir. Layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır.
OXŞAR MÖVZULAR